Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


İbtidai icma quruluşunun dağılması



Yüklə 265,68 Kb.
səhifə7/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   2   3   4   5   6   7   8   9   10   ...   96
az tarix en yeni — копия

İbtidai icma quruluşunun dağılması




E.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində ibtidai icma quruluşunun dağılması sürətlənmişdir. Azərbaycanın cənub ərazi- sində dövlət qurumları, şimal hissəsində iri tayfa ittifaqları mövcud olmuşdur. İri tayfa ittifaqları yaranır (Xocalı-Gədəbəy, Talış- Muğan, Naxşıvan, Qobustan-Abşeron, Quba-Xaçmaz, Şəki-Balakən zonalarının iri etnik birləşmələri), bu itifaqa nüfuzlu tayfa başçıları rəhbərlik edirdi. Tayfalar daxilində də güclü təbəqələşmə gedirdi. Əhalinin təbəqələşməsi yoxsul və varlı adamlara məxsus qəbirlərdə (kurqanlar, daş qutular) yaxşı izlənirdi. Kurqanlar böyüklüyü, quru- luşu və içərisinə qoyulmuş əşyaların zənginliyi ilə fərqlənirdi. Tunc dövründə əhalinin məişətində və dünyagörüşündə əsaslı dəyişik- liklər olmuşdur. Tikinti işində məişət avadanlıqlarının çox növlü və yüksək bədii zövqlə hazırlanması, sitayişlə bağlı bütlərin yaranması, səma cisimlərinə, suya, ağaca, ayrı-ayrı heyvanlara və s. sitayiş izlənilirdi. Məişət əşyaları, bəzək əşyaları həndəsi naxışlarla, insan, heyvan və quş təsvirləri ilə bəzədilirdi. Bu dövrdə qullar olmuşdu. Sahibkarların qullarını da onunla dəfn edirdilər. Qəbirlərdən çoxlu silah-nizə, ox ucluqları, xəncər, qılınc, döyüş baltası, paltar zireh- ləri, toppuz və s. tapılması həmin dövrdə cəmiyyətin həyatında hərb işinin mühüm yer tutduğunu göstərir. İri tayfa ittifaqlarının yaran- ması, hakimiyyətin ayrı-ayrı nüfuzlu şəxslərin əlində cəmlənməsi, cəmiyyətin yoxsullara və varlılara parçalanması və s. amillər e.ə. II minilliyin axırı-I minilliyin əvvəllərində Azərbaycanda ibtidai icma quruluşunun dağılmasını sürətləndirdi (8, s. 56-57).


MÖVZU-2




Azərbaycan ərazisində ilk sinifli cəmiyyət və dövlət qurumları (Manna, Midiya, Aratta, Lullubi, Kuti, Atropatena, Albaniya



Plan:


  1. Azərbaycan ərazisində qədim tayfa ittifaqları erkən dövlətlər. Manna çarlığı.

  2. Azərbaycan Midiya Əhəmənilər dövlətinin tərkibində.

  3. Atropaten dövlətinin yaranması, onun sosial-iqtisadi siyasi vəziyyəti.

  4. Alban çarlığı.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə