Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Azərbaycanda metal alətlərdən istifadə. Tunc



Yüklə 265,68 Kb.
səhifə4/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   2   3   4   5   6   7   8   9   ...   96
az tarix en yeni — копия

Azərbaycanda metal alətlərdən istifadə. Tunc dövrü e.ə. IV minilliyin sonundan (Azərbaycanda e.ə. II minilliyin sonlarına qədər) başlayır. Tuncun meydana gəlməsi ibtidai cəmiyyətin tələ- batından döğmuşdu. Təmiz misdən hazırlanan alətlər tez xarab olur- du. Tunc misə müxtəlif qatışıqlar qatışdırmaqla alınan yeni metal idi. Tunc dövrünü erkən, orta və son tunc dövrü mərhələlərinə bö- lürlər. Erkən Tunc dövrü e.ə. IV minilliyin 2-ci yarısından III minilliyin sonuna qədər davam etmişdir. Bu dövrə Azərbaycanda Kür-Araz mədəniyyəti səciyyəvidir ki, bu da Qarabağda, Naxçıvanda, Xaçmazda, Qazaxda, Şəmkirdə, Qobustanda, Urmiya əra- zisində və b. bölgələrdə tapılmış zəngin materiallar əsasında tədqiq edilmişdir (8, s.33-34). Yaşayış məskənləri bəzən 3-5 ha çatırdı, çay kənarında, düşməndən müdafiə olunmaq üçün əlverişli yerlərdə salınırdı, ətrafına müdafiə divarı çəkilirdi. Bunlar Füzuli rayonunda, Təbriz yaxınlığında, Urmiya gölü ətrafında öyrənilmişdir. Evlər dairəvi formada, bünovrəsi daşdan, divarları çiy kərpicdən, bəzi bölgələrdə çubuqdan hörülüb suvanmış daxmalar və yarımqazma evlər formasında tikilirdi. Dini ayinlər üçün ibadətgahlar tikilmişdir. Xaçmaz rayonunda Sərkərtəpə yaşayış məskənində dairəvi planlı böyük ibadət evi aşkar edilmişdir. Belə ibadət evləri Qazax rayo- nunda Babadərviş və Naxçıvan yaxınlığında Kültəpə yaşayış yerlə- rində də vardır. Erkən Tunc dövründə 1-ci böyük ictimai əmək bölgüsü meydana gəlmiş, əkinçilik maldarlıqdan ayrılmışdır (8,
s. 35). Toxa əkinçiliyi xış əkinçiliyi ilə əvəz olunmuşdur. Süni suvarma yaranmışdır. Şumlama zamanı qoşqu heyvanlarından istifadə edilirdi. Taxılın biçilməsində daş lövhələrdən hazırlanmış oraqlarla yanaşı, tunc oraqlardan da istifadə edilirdi. Taxıl xüsusi quyularda və böyük təsərrüfat küplərində saxlanılır, həvəngdəstələr, dən daşları (kirkirə) və sürtkəclərin köməyi ilə üyüdülürdü. Mal- darlığın inkişafında mühüm irəliləyişlər var idi. Davarların (qoyun, keçi və s.) sayının artması, atdan istifadə nəticəsində maldarlığın yeni sahəsi-köçmə (yaylaq) maldarlığı meydana gəlmişdi. Maldar tayfalar əkinçilərə nisbətən daha tez varlanmışlar. Artıq məhsul alış- verişin genişlənməsinə imkan vermişdi. Əmlak bərabərsizliyi meydana gəlmişdi (1, s. 114). Azərbaycanın əhalisi sənətkarlığın dulusçuluq, metalişləmə, toxuculuq və s. sahələr ilə məşğul olmuş- dur. Saxsı qabların bir qismi xörək və mətbəx qabları idi. Tuncdan əmək alətləri, silahlar, bəzək əşyaları (muncuq, qolbaq və s.) və məişət əşyaları (biz, iynə, bıçaq və s.) hazırlanmışdır. Bəziləri qızıl əşyalar da hazırlamışlar. Qoyunçuluğun inkişafı toxuculuğu geniş- ləndirmişdir. Axirət dünyasına inam var idi. Tunc dövründə ölülər yaşayış məskənlərindən kənarda dəfn edilmiş, bəzi qəbirlərin üzə- rində kurqanlar (torpaq təpələr) qurulmuşdur. Ölüyandırma və kol- lektiv dəfnetmə adəti meydana gəlmişdir. Ailədə, təsərrüfatda və ictimai həyatda kişilərin rolu artmağa başlamışdır. Ailəyə və tayfaya kişilər başçılıq etməyə başlamışlar. Erkən tunc dövründə xış əkin- çiliyi və köçmə maldarlığının yaranması kişinin təsərrüfatda rolunu artırmış və anaxaqanlığı (matriarxat) ataxaqanlığı (patriarxat) ilə əvəz edilmişdir (9, s. 21).

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə