Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan


Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv



Yüklə 265,68 Kb.
səhifə5/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   2   3   4   5   6   7   8   9   ...   96
az tarix en yeni — копия

Orta Tunc dövrü e.ə. III minilliyin axırı və II minilliyin əv. başlamış, II minilliyin ortalarına qədər davam etmişdir. Orta Tunc dövründə sosial və əmlak bərabərsizliyi artmış, tayfalar arasında əlaqələr genişlənmiş, iri yaşayış məskənləri yaranmışdır. İlkin şəhər mərkəzləri də yaranmış və müdafiə divarları ilə əhatə olunmuşdur: Naxçıvandakı İkinci Kültəpə, Oğlanqala, Urmiya sahilindəki Göytəpə, Qarabağdakı Üzərliktəpə. Qədim Naxçıvan şəhəri Orta Tunc dövründə, 3500 il b.ə. tanınmışdır. Artıq təbəqə- ləşmə gedirdi (2-3 otaqlı evlərin olması bunu sübut edirdi). Bağçılıq və bostançılıq kimi yeni təsərrüfat sahələri yaranmışdı. Süni su- varma kanalları yaradılmışdır. Taxılın döyülməsində öküz və ya at qoşulmuş daş vəllərdən istifadə edilmişdir. Taxıl və un ehtiyatı saxsı küplərdə, quyularda saxlanırdı. Üzümçülük və şərabçılıq mey- dana gəlmişdir. Atdan minik vasitəsi və qoşqu qüvvəsi kimi istifadə edilmişdir. Maldarlığın inkişafı əhalinin ət və süd məhsullarına olan tələbatını ödəməklə yanaşı, tayfalararası ticarətin artmasına şərait yaratmışdır. Sənətkarlığın müstəqil sahəyə çevrilməsi nəticəsində 2-ci böyük ictimai əmək bölgüsü-sənətkarlığın başqa istehsal sahələrindən ayrılması baş vermişdi (8, s. 41). Naxçıvan yaxın- lığında II Kültəpədə dulusçuluq məhəlləsi və dulus sobaları tapıl- mışdır. Qablar naxışlarla bəzədilərkən rəngli boyalardan istifadə edilmişdir. Filizçıxarma işi geniş inkişaf etmişdir. Əridilmiş metalı xüsusi qəliblərə tökərək müxtəlif əmək alətləri, silah, bəzək əşyaları hazırlayırdılar. Döymə və lehimləmə üsullarından istifadə olunmuş- dur. Toxuculuq, sümükişləmə, gön-dəri işləmə və daşişləmə kimi sənət sahələri də inkişaf etmişdir. Ovçuluq və balıqçılıq köməkçi məşğuliyyət sahələri idi. Orta Tunc dövründə Azərbaycan ərazi- sində yaşamış qəbilə və tayfalar böyük tayfa ittifaqlarında birləş- mişlər. İri tayfa ittifaqlarının vahid mərkəzləri var idi. Onlara nüfuz- lu, varlı adamlar başçılıq edirdi. İctimai və əmlak bərabərsizliyi dərinləşmişdi. Əhalinin dini inamları, mərasim və ayinləri qəbir abi- dələrinin quruluşunda (daş qutular, kurqanlar), dəfn adətlərində (ölülərin yandırılması, onların üzərinə qırmızı boya çəkilməsi və s.) əks olunmuşdu (1, s. 122). Qaya təsvirlərinin bir çoxu ibtidai ov- sunla bağlı olmuşdur. Saxsı qabların, metal əşyaların və bəzək şey- lərinin üzəri həndəsi naxışlar, heyvan və bitki rəsmləri ilə bəzə- dilmişdir.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə