Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə3/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   2   3   4   5   6   7   8   9   ...   96
az tarix en yeni — копия

İstehsal təsərrüfatının yaranması. Neolit dövrü e.ə. VII minillikdən başlamışdır. İstehsal təsərrüfatı bu dövrdə yaranmışdı. İnsanlar maldarlıq və əkinçiliklə məşğul olmuş, saxsı qablar hazırlamış, daş alətləri cilalamağı və deşməyi öyrənmiş, toxuculuqla məşğul olmuşlar (9, s.14). Təsərrüfatda olan bu yeniliklərə “Neolit inqilabı” deyilir. Əhali oturaq həyata keçmiş, ovçuluqla, balıqçılıqla məşğul olmuşdur. Əmək alətləri çaxmaqdaşından, obsidandan (vulkanik şüşə-dəvəgözü) hazırlanırdı. Naxçıvanda, Gəncə ətrafın- da, Təbriz yaxınlığında, Qobustanda, Qazax bölgəsində Neolit dövrü abidələrindən daş toxalar, oraq dişləri, çəkic, balta və lövhə- lərdən ibarət əmək alətləri tapılmışdır.
Eneolit dövrü e.ə. VI-IV minillikləri əhatə etmişdir. İnsanlar ilk dəfə metalla tanış olmuş və misdən alətlər hazırlamışlar. Azərbaycanda bu dövrün yaşayış məskənləri Gəncə-Qazax, Mil-Qara- bağ, Muğan, Naxçıvan bölgələrində, Urmiya gölü ətrafında və Təb- riz yaxınlığında tədqiq edilmişdir (8, s. 27-28). Əkinçi-maldar tayfalar kiçik kəndlərlə, qəbilə icmaları halında çay kənarında, əkin- çilik və maldarlıq üçün əlverişli yerlərdə salınırdı. Yaşayış binaları kiçik, çiy kərpic və möhrədən dairəvi tikilirdi. Evin ortasında və ya divarın yanında ocaq qurulurdu. Belə evlərdə qoşa nigaha əsaslanan ailələr yaşamışlar. Əhali əkinçilik, maldarlıq, balıqçılıq, dulusçuluq, daşişləmə, sümükişləmə, toxuculuq və s. məşğul olmuşlar. Sənət- karlar saxsı qablar, daş və sümükdən əmək alətləri, məişət və bəzək əşyaları hazırlayırdılar.Torpağı toxa ilə şumlayırdılar. Həmin dövr “toxa əkinçiliyi” dövrü adlanır. Taxıl daş oraqla biçilirdi, taxıl eh- tiyatı saxsı küplərdə və quyu anbarlarda saxlanırdı. Bir neçə buğda və arpa növü əkib becərirdilər. Ev heyvanları əhliləşdirilmişdi. E.ə. V minilliyin axırlarında Azərbaycanda ilk dəfə atın əhliləşdiril- məsinə başlanmışdır. Cəlilabadda Əliköməktəpədə əhliləşdirilmiş at sümükləri tapılmışdır. Tapılmış iy ucluqları toxuculuqla məşğu- liyyəti sübut edir. Misdən müxtəlif əmək alətləri və bəzək əşyaları hazırlanmışdır. Qadın müqəddəs varlıq hesab edilirdi. Tapılmış qadın heykəlləri bunu sübut edən maddi mədəniyyət qalıqları idi. Eneolit dövründə anaxaqanlığı nəslinin mövqeyi sona çatmış, icma ağsaqqalları şurası mühüm rol oynamışdır. Ölüləri yaşayış məs- kənində, binaların arasında və evlərin içərisində basdırırdılar. Ölü- lərin üzərinə qan rəmzi sayılan qırmızı boya çəkir, yaxud orxa səpir- dilər. Eneolitin son mərhələsində e.ə. IV minilliyinin I yarısında metalişləmənin inkişafı başlamışdı.

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə