Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə13/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   9   10   11   12   13   14   15   16   ...   96
az tarix en yeni — копия

Əhəməni imperiyası. II Kir Midiyanı işğal etdikdən sonra Əhəməni fars dövlətinin əsasını qoydu. Əhəmənilər sülaləsindən olan II Kir özünü Midiya şahı elan etdi. Əhəməni dövlətinin paytaxtı Ekbatan şəhəri oldu. II Kir bir neçə il ərzində Midiyanın bütün ərazisini, Babilistanı, Anadoluda Lidiya dövlətini işğal etdi. Misirə qədər Qərb ölkələri Əhəmənilərə tabe idi. II Kir e.ə. 530-cu ildə Araz çayı yaxınlığında köçəri massaqet tayfaları ilə döyüşdə məğlub edilərək öldürüldü. Massaqetlərin hökmdarı Tomiris adlı bir qadın Kiri məğlub etmiş, başını kəsdirmiş və qanla doldurulmuş tuluğa saldıraraq demişdir: “Sən qan istəyirdin, doyunca iç”. Sak- massaqet tayfaları Orta Asiyada və Şimali Azərbaycanda yaşamış- lar. II Kirin oğlu II Kambiz (e.ə.530-522) Misiri işğal etdi. Kambiz Misirdə olarkən, e.ə. 522-ci ildə İranda dövlət çevrilişi olmuş, Qaumata adlı bir maq özünü Kirin oğlu Bardi kimi qələmə vermiş və Əhəməni taxt-tacını ələ keçirmişdir. Əhəmənilər nəslinin nüma- yəndəsi Qaumatanın yalançı Bardi olduğunu bildirmiş və ona qarşı sui-qəsd təşkil edərək öldürmüşlər. Beləliklə, I Dara (e.ə.522-486) hakimiyyətə gəlir. E.ə. 522-521-ci illərdə Əhəməni dövlətinin tərki- bində üsyanlar baş vermiş, lakin yatırılmışdır. I Dara Əhəməni im- periyasını 20 satraplığa (canişinliyə) bölmüşdür. Azərbaycan əhalisi Əhəməni dövlətinə vergi verirdi və onun ordusunu müharibə za- manı hərbi dəstələrlə təmin edirdi. Makedoniyalı İsgəndər (e.ə.336- 323) yürüşü zamanı Əhəməni imperiyasına dağıdıcı zərbələr vur- muşdur. E.ə. 331-ci ildə Şimali Mesopotamiyada Qavqamel adlı yerdə III Dara məğlub olmuşdur (1, s. 268). III Dara imperiyanın Şərq hissəsinə qaçmış və e.ə. 330-cu ildə yolda öz adamı Bes tərəfindən öldürülmüşdür. Beləliklə, Əhəmənilər imperiyasına son qoyulmuşdur. Bundan sonra İsgəndər tutduğu ərazilərlə birlikdə Balkan yarımadasından Hindistana qədər əraziləri (Azərbaycanın cənubu da) əhatə edən imperiya yaratmışdır.



  1. Yüklə 265,68 Kb.

    Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə