Azərbaycan ərazisində ibtidai icma quruluşu Plan



Yüklə 265,68 Kb.
səhifə22/96
tarix05.10.2023
ölçüsü265,68 Kb.
#125742
1   ...   18   19   20   21   22   23   24   25   ...   96
az tarix en yeni — копия

Orta əsrlərdə bütün çıxışlar milli zəmində başlasa da, sonra- dan siyasi mahiyyət kəsb edərək, azadlıq müharibəsi səviyyəsinə yüksəldi. Bu, Erkən Orta əsrlərdə Şərqdə islamın bəzi ayinlərinə, feodal zülmünə və ən başlıcası-ərəb əsarətinə qarşı çevrilmiş xalq hərəkatı idi. Xürrəmilər tarixdə ilk dəfə işğalçılara qarşı mübarizədə azadlıq rəmzi kimi qırmızı bayraq qaldırmış və qırmızı paltar gey- mişlər.
Xürrəmilərə başçılıq edən Cavidan və Əbu İmran arasında kəskin mübarizə gedirdi. Cavidan Bəzz qalasının sahibi və xürrəmi- lərin başçısı idi. Hər il qış vaxtı Zəncan bazarlarında qoyun satardı. 816-cı ildə Babəklə də ilk dəfə bazarda rastlaşmışdı, özü ilə Bəzz qalasına gətirmişdir. Babək 798-ci ildə Ərdəbil yaxınlığındakı Bi- lalabad kəndində kasıb bir ailədə doğulmuşdu, 1 yaşında ikən ata- sını öldürmüşlər, anası Sərab şəhərinə köçərək oğlunu çətinliklə bö- yütmüşdür. Babək əvvəlcə çoban, sonra dəvə karvanlarında sarban, Təbrizdə usta yanında şagird işləmişdi. Babəkdən əvvəl 778-ci ildə qalxan üsyan yatırıldı, 2-ci üsyan isə bundan 30 il sonra xəlifə Ha- run əl-Rəşidin dövründə Cavidanın başçılığı ilə 808-ci ildə baş verdi (8, s. 261). Üsyançılar 100 min nəfərdən artıq sayı var idi. Üs- yan çətinliklə yatırıldı, 10 minlərlə adam əsir götürüldü, kişilər öl- dürüldü, qadınlar və uşaqlar qul bazarlarında satıldı. 816-cı ildə növbəti döyüşlərin birində Cavidan və Əbu İmran bir-birini öldür- dülər. Cavidanın dul qadınının təşəbüsü ilə xürrəmilər icmasının ba- şına 18 yaşlı Babək keçdi. Babək olan üsyanları təhlil etdi, uğur- suzluğun səbəblərini araşdırdı və belə qənaətə gəldi ki, xalqı ayağa qaldırıb silahlandırmaqla ölkəni əsarətdən xilas etmək olar. O, öz adamlarını Azərbaycanın hər yerinə göndərərək camaatı ərəblərə qarşı müharibəyə çağırdı .819-cu ildə xəlifə xürrəmilərə qarşı ilk nizami ordu göndərdi. 829-cu il iyunun 3-də Həşdadsər dağında ərəblər xürrəmilərlə həlledici savaşi başladı .Məqsəd Bəzz qalasını ələ keçirmək idi. 150 minlik ərəb ordusundan 30 min nəfəri məhv edildi. Xəlifənin sevimli sərkərdəsi Məhəmməd əl-Tusi öldürüldü. Sonrakı il xürrəmilər Həmədan şəhərini tutdular. Bu, ərəb orduları üzərində 5-ci qələbə idi. 833-cü ilin sonunda Həmədan şəhəri yaxınlığında şiddətli döyüş başladı (8, s. 264). Xürrəmilər ilk dəfə ağır məğlubiyyətə uğradılar. Onların itkisi 60 mindən 100 minə qə- dər idi. Xəlifə Bizansla müharibəni dayandırdı. Dövlətin fəaliyyə- tini, bütün ordunu, maddi və hərbi sursatı Babəkilərə qarşı yönəltdi. Yollar sahmana salındı, yollarda keşikçi məntəqələri yaradıldı. Or- duya göndərilən ərzağın, silahın və pulun çatdırılması üçün tədbirlər görüldü. Orduda intizam möhkəmləndirildi. 835-ci ildə Afşin adlı məşhur sərkərdə xürrəmilərə qarşı vuruşan orduya baş komandan təyin edildi. O, türk mənşəli idi. Öz qərargahını xürrəmilərin isteh- kamına yaxın olan Bərzəndə köçürdü və əks kəşfiyyatı gücləndirdi. Afşinin tədbirlərindən qorxuya düşən yerli iri feodallar, Babəkin sadiq tərəfdarları və müttəfiqləri Səhl İbn Sumbat, İbn Bəis, Əbu Musa və b. tədricən ondan uzaqlaşdılar. Afşin hərbi təcrübəyə malik sərkərdə, İranın və Azərbaycanın hakimi, səbrli və tədbirli idi. Hətta Babəkin casuslarını da öz tərəfinə çəkirdi. 2 il özünə lazım olan mə- lumatı topladıqdan sonra həlledici döyüşə hazırlaşdı. Müharibə uzandıqca qüvvələr nisbətindəki fərq ərəblərin xeyrinə dəyişirdi. Buna baxmayaraq, xürrəmilər 836-cı ildə Həşdadsər dağı yaxın- lığında döyüşdə qələbə çaldılar (2, s. 273). Ərəb sərkərdəsi Buğa döyüş meydanından qaçdı. 837-ci ildə xəlifə Afşinin köməyinə 2 böyük ordu və 30 milyon dirhəm pul göndərdi. Həmin ilin yayında Afşinin qoşunu Bəzz qalasını mühasirəyə aldı. Son döyüş 837- ci il avqustun 26-da başlandı. Babəkin müttəfiqi Bizans im- peratorunun 100 minlik ordusunun arxadan ərəblərə zərbə endirmək cəhdi Bəzz qalasını xilas edə bilmədi. Afşin özü Babəkin sarayına baxan dağın üstündə qurduğu çadırda savaşı izləyirdi. Bəzz qala- sının müdafiəsinə Babəkin etibarlı sərkərdəsi Adin (Aydın) başçılıq edirdi. Xürrəmilərin qeyri-adi igidliyi ərəbləri heyrətə gətirmişdi. Ərəblərdən 100 min nəfər, xürrəmilərdən 80 min nəfər həlak oldu (8, s. 266-267). Ərəblər Afşinin göstərişi ilə Bəzz qalasını 3 gün yandırdılar, 8 minə yaxın əsir götürdülər. Babəyi Sentyabrın 15-də Samirəyə apardılar. 838-ci il yanvarın 4-də onlar Samirəyə yetişdilər. Xəlifə Mötəsimin əmri ilə Babək martın 14-də edam edildi

Yüklə 265,68 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə