Azərbaycan Respublikası Füzuli rayon Mərkəzi kitabxanası Mədəniyyət və Turizm Nazirliyi Füzuli rayon mks



Yüklə 49,87 Kb.
tarix06.02.2018
ölçüsü49,87 Kb.
#26600


Azərbaycan Respublikası Füzuli rayon Mərkəzi kitabxanası

Mədəniyyət və Turizm Nazirliyi Füzuli rayon MKS

http://madea2015.imm.az/style/images/art/slide0.jpg

Azərbaycan! Ana torpaq!
Mən pərvanə, sən bir çıraq,
Variığına varaq-varaq
Qurban olum, qurban olum.

 "Vətən mənə oğul desə nə dərdim"

mövzusu ilə bağlı hazırlanmış metodik məktub

Bakı – 2016

TƏRTİB EDƏN: İ.Şahbazova.

REDAKTOR: L.Xudaverdiyeva.

 "Vətən mənə oğul desə nə dərdim" mövzusu ilə bağlı MKS-in kitabxanaları üçün hazırlanmış metodiki vəsaiti tərtib etdi; İ.Şahbazova; red. və burax. məsul L.Xudaverdiyeva; Füzuli rayon Mərkəzi kitabxanası Füzuli rayon MKS – Bakı ş, 2016-cı il.

© Füzuli rayon Mərkəzi kitabxanası Füzuli rayon MKS

Vətənpərvərlik insanın daxilindəki duyğulardır 
Əgər bunlar yoxdrusa, o insan mənəviyyatsızdır.

Xalqın, Vətənin taleyi hər bir insanın taleyinə çevrilməlidir!

http://gdb.rferl.org/7b000ae7-21bd-4353-819a-53487fd15532_mw1024_mh1024_s.jpg

Vətən müharibəsi bütün xalqın, hər bir vətəndaşın öz şərəf və namusunu qorumaq üçün aparılan müharibədir!

GİRİŞ

Vətən bizim yaşadığımız kənddən, şəhərdən, qəsəbədən, rayondan başlanır. Vətən onun gözəlliyinin şahidi olan atlaz çəmənlərdən, dibi görünməyən yamyaşıl meşələrdən, durna gözlü bulaqlardan, coşqun çaylardan, mavi göllərdən başlanır.

Vətən müqəddəsdir, ülvidir. Onun hər şeyi – dağı, daşı, torpağı, suyu, səması bizim üçün əzizdir, doğmadır.  Azərbaycan Mənim Vətənimdir və mən bu diyarı ürəyim qədər sevirəm. Mən bu diyarın oğluyam və lazım gələrsə, canımı da, qanımı da, Vətənimə fəda etməyə hazıram.     


Can qurban etmənin vaxtı çatıbsa, 
Səndən hansı namərd əsirgəyər can?
Qoyaram başımı ayaqlarına,
Ey ana torpağım! Ey Azərbaycan!


       

Ana kimi yar olmaz, vətən kimi diyar
Vətən – doğma diyar, ana yurd... 
Vətən – babaların, dədələrin əmanəti...
Vətən – tariximiz, ənənəmiz, azadlığımızdır...
Vətən – bir millətin illər uzunu yaşadığı, adətinin, ənənəsinin, varlığının,

şüurunun, birliyinin torpağı ilə birləşdiyi məkandır. Elə bir məkan ki, ana

qucağı kimi isti, ata qoynu kimi əmin və etibarlıdır.
Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqələridir. Vətən millətin doğulduğu, doyduğu, sığındığı və maddi-mənəvi varlığını davam etdirdiyi yerdir. Vətən millətin evi, millət də vətəndə yaşayan ailədir. Vətən bizi qoruyan anadır. Çünki biz onun sayəsində inkişaf edir və yetkinləşirik. Vətən həyata havasını tənəffüslə başladığımız yerdir. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Vətən bədənimizin bir parçasıdır. Vətən atalarımızın qəbristanlığı, övladlarımızın dünyaya gəldiyi yerdir.

Vətən və yurd sevgisi təkcə insanlara məxsus deyil, yaradılan bütün canlılarda bu hiss vardır. Heyvanlar, quşlar öz yuvalarını sevir, onları qoruyurlar. Qışda isti ölkələrə köçən quşlar havalar istiləşincə on kilometrlərlə yolu qət edib geriyə vətənlərinə dönürlər.

Vətəni sevmək sadəcə torpağı sevmək deyil, vətənin daşını, havasını, suyunu sevmək deməkdir. Əks təqdirdə bu sevgi kamil sayılmır.

Vətənə bağlılıq onu sevmək, qorumaq və inkişaf etdirməkdir. Çünki nə vətənsiz bir millət, nə də millətsiz bir vətən ola bilər. Vətən əldən gedərsə, o millətin hər cür milli-mənəvi dəyərləri də yox olub gedər. Vətəni qorumaq dövlət və milləti qorumaq, vətəni sevmək də dövlət və milləti sevməkdir. Vətənə bağlılıq milli-mənəvi dəyərlərə, ailəyə, bayrağa, dilə, tarixə, adət-ənənəyə, dinə, sənətə, milli birlik və bərabərliyə bağlılıqdır.

Vətəni sevmək, onu düşmənlərə verməmək, hər cür hücum ehtimalına  qarşı tədbirli olmaq və lazım olduğu zaman onun üçün canını vermək müqəddəs bir vəzifədir. Milli-mənəvi dəyərlərini, haqqı-həqiqəti, namusu, şan-şərəfi sevən bir insan vətənini də mütləq sevməlidir. Çünki bunlar vətənsiz yaşaya bilməz. Vətənə hücum varlığımıza, birlik-bərabərliyimizə, azadlığımıza edilən hücumdur. Buna görə vətən düşmənlərinə qarşı ayıq-sayıq olmaq, onlarla mübarizə etmək ən böyük və ümdə vəzifəmizdir. Bu vəzifəni yerinə yetirərkən ölmək həyatdan şərəflə ayrılmaq, şəhid olub ən uca mərtəbələrə çatmaqdır, yaralanmaq isə şərəflə dönməkdir, qazilikdir. Vətəni sevmək təhlükə anında vətənin imdadına yetişmək, lazım olduğunda canını sevə-sevə verə bilməkdir. Sülh zamanında onun abadlığına çalışmaq, maddi-mənəvi inkişaf və yüksəlməsini hədəf və məqsəd seçməkdir. Xeyirli olan işləri yaymaq, vətəndaşlara kömək etmək, vətənin səadəti üçün səy göstərmək, onun möhkəmliyini və əmin-amanlığını  təmin etməyə çalışmaqdır.

Ata babalarımızdan əmanət olaraq aldığımız, üzərində xoşbəxt və firavan  yaşadığımız, yer üzünün cənnəti olan bu gözəl yurdumuzu, onun üzərində atalarımızın qurduqları sivilizasiya və mədəniyyət xəzinələrini, dilimizi, mənəviyyatımızı qoruya bilmək, yaşatmaq və gələcək nəsillərə ötürmək üçün onu müdafiə etməyə hər an hazır olmalıyıq. Çünki vətən, hər nə bahasına olursa olsun müdafiə etmək məcburiyyətində olduğumuz, şəhidlərimizin uğrunda can verib, qanlarıyla suladığı, mənəviyyatı, dili, bayrağı, mədəniyyəti və əxlaqı bir olan millətimizin üzərində yaşadığı torpaq parçasıdır. Vətəni müdafiə etmək insanın sinəsində doğulub boya-başa çatdığı, suyu və çörəyi ilə bəsləndiyi, havasını tənəffüs etdiyi sevimli vətəninə, mənəviyyatına, millətinə, ismət və namusuna, haqqlarına hücum edildiyi zaman malını, canını və hər şeyini fəda etməkdən çəkinməməkdir.



Vətənimizin atributları bizim üçün müqəddəsdir. 

Bayrağımız qanımızı rənginə qatdığımız, xalqımzın parlayan ulduzu, göylərdə dalğalanan nazlı, şanlı hilallı bəzəyidir. O, altında doğulub, kölgəsində öldüyümüz uca dəyərimizdir. O olmadan nə azadlıqdan, nə müstəqillikdən, nə də dövlət və millət kimi varlığımızdan söz etmək mümkundür. 

Vətən gerbi  dövlətimizin, xalqımızın azadlığının, müstəqilliyimizin şanlı simvoludur. Gerbimiz bayrağımız qədər qəlbimizdə qürur oyadır. Dövlət gerbimiz xalqımızın igidlik dastanı, şanlı əcdadlarımızın köksünü qabardan iman gücü və qüdrət əsəridir. Gerbimizə diqqət etsək, bir qalxanı xatırladan simvol dövlətimizin sülhsevər dövlət olduğunu nəzərə çatdırır. Bizim heç kimin torpağında gözümüz yoxdur, başqaları da bizim torpaqlara göz dikməməlidir. Əgər belə olarsa xalqımız bir qalxan kimi vətənimizin müdafiəsinə qalxacaqdır.

Vətən himni gözlərimizi yaşardıb, qəlbimizi kövrəldən analarımızın laylası, nənələrimizin ninnisidir. Himnimiz xalqımızın güc və güdrət nərəsidir. Buna görə də himn oxunurkən hörmət əlaməti olaraq ayağa qalxılır, hamı bərabər oxuyur. Onun verdiyi güc ilə başımız dikəlir. Himnimizin hər bir misrası və hər bir kəliməsi qəhrəman ata – babalarımızın bizə misli bərabəri olmayan əmanətidir. Ona hörmət bəsləmək, onun ruhunu və idealını qəlbimizdə yaşatmaq ən müqəddəs vəzifəmizdir.

Vətən və onun şəhidləri

http://imgs.su/tmp/1295470845-128.jpg

İslamın ən böyük dəyər verdiyi prinsiplərdən biri də şəhidlikdir.



Şəhid, müqəddəs bir qayə, vətən, millət və Allah yolunda döyüşərkən və ya çalışarkən ölən müsəlmana deyilir. Həm Quran ayələrində, həm də mötəbər hədislərdə şəhidlərin necə yüksək bir dərəcəyə sahib olduqlarını göstərən məqamlar olduqca çoxdur. Həqiqətən də şəhidlərin Allah qatında çox dəyərli olduqlarını göstərən ayələrin birndə belə deyilir: "Allah yolunda öldürülənlərə (şəhid olanlara) ''ölü'' deməyin. Əksinə, onlar (Allah dərgahında diridirlər, lakin siz bunu dərk etmirsiniz" (Bəqərə 154).Başqa bir ayədə isə belə buyurulur: "Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Xeyr, onlar öz Rəbbinin yanında diri olub ruzi (cənnət ruzisi) yeyirlər. Onlar Allahın Öz mərhəmətindən onlara bəxş etdiyi nemətə (şəhidlik rütbəsinə) sevinir, arxalarınca gəlib hələ özlərinə çatmamış (şəhidlik səadətinə hələ nail olmamış) kəslərin (axirətdə) heç bir qorxusu olmayacağına və onların qəm-qüssə görməyəcəklərinə görə şadlıq edirlər" (Ali İmran 169-170).

Şübhəsiz ki, şəhidlər ən böyük qarşılığı Qiyamət günü görəcəklər. Çünki yalnız şəhidlər, cənnətdə dilədikləri yerə gedə bilirlər və onların başqa müsəlmanlara haqq-hesab günü şəfaət etmə səlahiyyəti olacaqdır. Naslardan gələn xəbərlərə görə, şəhidlər, qiyamət günündə gördükləri böyük mükafata görə təkrar dirilib Allah yolunda döyüşərək şəhid olmağı arzularlar.

Millət olaraq istiqlaliyyətimizi qazandıqdan sonra ilk olaraq tanış olduğumuz sözlərdən biri "şəhid" sözü olmuşdur. Bu gün torpaqları uğrunda iyirmi mindən çox şəhid vermiş bir millət üçün şəhidlikdən daha müqəddəs bir şey ola bilməz. Xalqımız istər qanlı 20 yanvar gecəsində, istərsə də mənfur qonşularımızla davam edən müharibədə şəhid olmuş övladlarını unutmur. 

Bu vətən hər birimizin anamızdır və dar günündə onun yardımçısı olmaq, onu qorumaq hər birimizin borcudur. Çünki vətən sevgisi imandandır. Çünki bircə gün vətənin keşiyində durmaq bütün dünyadan və dünyanın içindəkilərdən daha xeyirlidir. Çünki bu yolda itki yoxdur: Ya şəhidlik var, ya da qazilik. 

Şəhidlər bizim həm nisgilimiz, kədərimiz, ürək ağrımız, həm də qürurumuz, vüqarımız, fəxrimiz, ölməzliyimiz, örnəyimizdir.

Şəhidlər şərəf, qeyrət, ucalıq zirvəsidir,


Şəhidlər azadlığın od-şimşək zərrəsidir.
Şəhidlər tarixləşən – istiqlal türbəsidir,
Şəhidlər şimşək kimi buludlar saxlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Şəhidlər Vətən daşı, yurdun vətəndaşıdır,


Şəhidlər azadlığın uca heykəl daşıdır.
Şəhidlər məmləkətin, xalqın qan yaddaşıdır.
Şəhidlər unudulmaz, ölməz, can dağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!
Şəhidlər ana yurdu tutdular candan baha,
Şəhidlər yollar açdı, qaranlıqdan sabaha.

Şəhidlər ölməz ruhla, gedir üzü Allaha,
Şəhidlər gedən yolu tufanlar bağlamazlar.
Şəhidlər ölməzdirlər, ölməzi ağlamazlar!

Allahın ən sevimli bəndələri – ŞƏHİDLƏR Şəhidlik haqda hədislər


Həzrət Mühəmməd Peyğəmbər (s):

«Şəhidin qanının ilk damlası axıdılanda borcdan başqa bütün günahları silinər».

«Qiyamət günündə üç dəstə izzət və cəlal sahibi olan Allahın qarşısında şəfaət edər və onların şəfaəti qəbul olar: peyğəmbərlər, alimlər və şəhidlər».

«Zülmü aradan qaldırmaq yolunda öldürülən şəxs şəhiddir».

«Öz ailəsini zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir.

Öz malını zalımdan qoruyaraq öldürülən şəxs şəhiddir.

Öz qonşusunu zülmdən qoruyaraq öldürülən şəxs şəhiddir.

Allah naminə öldürülən şəxs şəhiddir».

Həzrət Əli (ə):

«Ölümlərin ən yaxşısı qətlə yetirilməkdir. Əgər qətlə yetirilməsəniz də, axırda öləcəksiniz. Canım əlində olan Allaha and olsun ki, mənim gözümdə başına min qılınc zərbəsi dəyməklə öldürülmək Allaha ibadət etmədən rahat yataqda ölməkdən daha yüngüldür».
http://efirde.az/uploads/posts/2016-04/1459981391_vkutblf5dqa.jpg

İnsan insan olur öz hünəriylə
Millət millət olur xeyir şəriylə
Torpağın bağrına cəsədləriylə
Azadlıq toxumu əkdi şəhidlər.
Yüklə 49,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə