Açıq Büdcə İndeksi 2010: nəticələr və tövsiyyələr



Yüklə 445 b.
tarix28.08.2018
ölçüsü445 b.


  • Açıq Büdcə İndeksi 2010:

  • nəticələr və tövsiyyələr

  • Kənan Aslanlı

  • IBP-nin yerli eksperti

  • 28 oktyabr 2010-cu il


Aşıq Büdcə İndeksi nədir?

  • Açıq Büdcə İndeksi (Open Budget Index - OBI) xüsusi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən indeksdir.

  • Bu indeks Beynəlxalq Büdcə Tərəfdaşlığı (International Budget Partnership) təşkilatı (ABŞ) tərəfindən hazırlanır.



OBI 2010

  • 8 vacib büdcə sənədi barədə 123 suallıq (bu suallardan 92-si əsasdır) sorğu 94 ölkədən seçilən yerli partnyor təşkilatlar tərəfindən doldurulmuşdur.

  • Azərbaycan tərəfdən yerli tərəfdaş MBQ üzvü olan İctimai Vəsaitin Monitorinqi Mərkəzi olmuşdur.

  • Tədqiqat əsasən 2008-2009-cu büdcə illəri ərzində olan dəyişiklikləri əhatə etmişdir.

  • Azərbaycan üzrə yerli tədqiqatçının ilkin fikirlərinə iki əlavə anonim şərhçinin və hökümət nümayəndəsinin qeydləri olmuşdur.





Azərbaycanın mövqeyi

  • OBI 2010 – 94 ölkə arasında 52-ci yer (OBI 2008 – 85 ölkə arasında 50-ci yer, OBI 2006 – 59 ölkə arasında 45-ci yer)

  • Azərbaycan 100 mümkün baldan 43 bal toplayıb

  • Bu OBI 2010 üzrə orta səviyyədən (42 bal) 1 bal çoxdur.

  • Neft və qaz gəlirlərindən asılı 24 ölkənin orta səviyyəsindən (26 bal) 17 bal çoxdur.



OBI üzrə son 3 sorğunun nəticələri





Azərbaycanın mövqeyindəki irəliləyişin səbəbləri

  • Hesablama Palatasının veb səhifəsində dövlət büdcəsi və DSMF-nin büdcəsi üzrə qanun layihələrinə rəylər intensiv şəkildə yerləşdirilmişdir (http://ach.gov.az/?/az/content/168/).

  • Büdcə zərfində dövlət büdcəsinin izahatı hissəsi bir qədər detallaşdırılıb, vergi daxilolmalarında neft və qeyri-neft sektoru bölgüsü aparılıb.

  • Maliyyə Nazirliyi 2008 və 2009-cu illərdə bir neçə dəfə dövlət büdcəsinin icrası ilə bağlı aralıq hesabat açıqlamışdır.





Şəffaflıq və milli gəlir arasında əlaqə



Azərbaycan və qonşuları büdcə şəffaflığı güzgüsündə



Azərbaycan üçün tövsiyyələr

  • “Vətəndaş büdcəsi” (citizens budget) və “Büdcə öncəsi bəyanat” (pre-budget statement) hazırlanmalı və yayılmalıdır;

  • Dövlət büdcəsi üzrə qanun layihələrinin, aralıq büdcə hesabatlarının və icra olunmuş büdcə üzrə hesabatların məzmunu və əhatəliliyi daha da zənginləşdirilməlidir;

  • Parlamentdə ictimaiyyət nümayəndələrinin iştirakı ilə geniş tərkibdə açıq büdcə dinləmələri keçirilməlidir;

  • Parlament yalnız büdcə layihəsi müzakirə olunanda və təsdiqlənəndə deyil, büdcə icra olunanda da onun üzərində nəzarət imkanları əldə etməlidir;

  • Hesablama Palatasının (HP) rəyləri və audit hesabatları bütün büdcədənkənar fondları əhatə etməlidir. İndiki halda HP-nin Dövlət Neft Fondunun büdcəsi üzrə rəyləri açıqlanmır və orada hər hansı auditin aparılması haqda məlumatlar verilmir.



  • Təşəkkür edirəm !!!





Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə