Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Müxtəlif təyinatlı naqillər normal və qəza rejimlərində qızmanın buraxıla bilən həddinə  olan tələbləri təmin etməlidir.  2.7.1.9



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə30/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   26   27   28   29   30   31   32   33   ...   244
Neft qaz yangin tehlukesizlik

2.7.1.8 
Müxtəlif təyinatlı naqillər normal və qəza rejimlərində qızmanın buraxıla bilən həddinə 
olan tələbləri təmin etməlidir. 
2.7.1.9
Elektrik qurğularının istismarı zamanı qadağandır: 
- izolyasiyası zədələnmiş və istismar prosesi zamanı qoruyucu elektrik izolyasiya xüsusiyyət-
lərini itirmiş kabel və naqillərdən istifadə etmək; 
- odadavamlı altlığı olmayan elektrik qızdırıcı cihazlardan istifadə etmək, həmçinin onları 
şəbəkəyə qoşulmuş halda nəzarətsiz qoymaq;
- otağın qızdırılması üçün standarta uyğun gəlməyən (qeyri zavod istehsalı olan) qızdırıcı 
elektrik sobalarından və ya bu məqsədlər üçün közərmiş lampalardan istifadə etmək; 
- ucları izolə olunmamış elektrik kabel və naqilləri gərginlik altında saxlamaq; 
-zədələnmiş razetkalardan, şaxələndirici və birləşdirici korobkalardan, açarlardan və digər 
elektrik məmulatlarından istifadə etmək; 
- iş prosesində səthinin temperaturu ətraf mühitin temperaturundan 40
o
C-dən çox olan elektrik 
mühərriklərini və digər elektrik avadanlıqlarını istismar (əgər bu elektrik avadanlıqlarına başqa 
tələblər qoyulmayıbsa) etmək.
2.7.1.10
Bütün elektrik qurğuları qısa qapanma cərəyanından və digər anomal rejimlərdən 
(alışmaya və yanğına gətirib çıxaran) qoruyucu aparatlarla müfafizə olunmalıdır. Qoruyucuların 
əriyən taxmaları üzərində nominal cərəyanı göstərilməklə kalibirlənməlidir (möhür qoruyucunu 
istehsal edən zavod və ya elektrotexniki labarotoriya tərəfindən vurulmalıdır). 
2.7.1.11
Bütün elektrik mühərrikləri, idarəetmə, işə salıcı-tənzimləyici, nəzarət-ölçü və 
qoruyucu aparatlar və eyni zamanda bütün köməkçi elektrotexniki avadanlıq və naqillər icrasına 
görə ətraf mühit şəraitinə, “ПУЭ” qaydalarına uyğun olmalıdır.
2.7.1.12
İzolyasiyasız naqillərin partlayış təhlükəli otaqlarda (binalarda) istifadəsi qadağan-dır. 
2.7.1.13
İçərisində yanar maye, yanar və ya partlayış təhlükəli qazlar olan texnoloji boru 
kəmərlərindən, həmçinin korroziyaya qarşı sərt örtüklə izolə edilmiş boru kəmərlərindən, 
yerləbirləşdiricilər və yerləbirləşdirici ötürücülər kimi istifadə olunması qadağandır. 
2.7.1.14
Partlayış-yanğın təhlükəli otaqlarda və xarici qurğuların partlayış təhlükəli zonala-
rında qadağandır: 
- qoruyucu yerləbirləşdiricisi, qapaqlarının, işə salma qurğusunun blokirovkası nasaz və ör-
tüyünün partlayışdan mühafizə ünsiyyəti pozulmuş elektrik qurğularının işə salınması; 
- partlayışdan mühafizəli icralı elektrik avadanlıqlarının cərəyan keçirən hissələri gərginlik 
altında olan zaman gövdənin örtüyünün açılması; 
- qısa qapanmadan avtomatik açılmış elektrik qurğularının açılmanın səbəbi aşkar və ləğv 
edilmədən işə salınması; 
- istifadə edilməyən elektrik şəbəkəsinin gərginlik altında saxlanılması; 
- qısa qapanma cərəyanlarından və izafi yüklənmədən qorunmayan elektrik qurğularının işə 
salınması; 
- partlayışdan mühafizəsi olan elektik avadanlıqlarının naqil və kabelləri nominal parametr-
lərdən artıq yüklənməsi; 
- qığılcımdan mühafizəli icralı cihazların dəstinə daxil olmayan cihazların, digər aparat və 
dövrələrin bu cihazın qida mənbələrinə qoşulması; 
- elektrik avadanlıqlarının qoruyucularının (istilik elementləri, ayırıcılar və s.) digər növ və 
ya həmin elektrik avadanlığının hesablanmamış qoruyucularla əvəz edilməsi. 
2.7.1.15
Partlayış təhlükəli zonalarda (otaqlar və ya xarici qurğularda) yalnız partlayışdan 
qorunma səviyyəsi partlayış təhlükəli zonanın sinfinə uyğun, ondan yüksək, partlayışdan 
mühafizənin növü isə partlayış təhlükəli qatışığın kateqoriya və qrupuna uyğun olan
Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə