Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Çirklənmiş qazma məhlulunun yığılması üçün buruqdan 40m məsafədə əlavə bağlı  tutum quraşdırılmalıdır.  3.1.1.37



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə38/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   34   35   36   37   38   39   40   41   ...   244
Neft qaz yangin tehlukesizlik

3.1.1.36
Çirklənmiş qazma məhlulunun yığılması üçün buruqdan 40m məsafədə əlavə bağlı 
tutum quraşdırılmalıdır. 
3.1.1.37 
Qazma məhlununun hər dövründən sonra separator və ştuserlər yoxlanılmalı, şlam və 
çirkdən su ilə təmizlənməlidir. 
3.1.1.38
Quyu ağzında və digər qaz yığılması mümkün olan yerlərdə hava mühitində neft 
qazlarının miqdarı normadan yüksək olduqda (havada qazın qatılığı partlayıştəhlükəli qatılıq 
həddinin 20% -dən çox olduqda) qazma işlərinin aparılması qadağandır. 
3.1.1.39 
Lay flüidlərinin quyuya axını aşkar edildikdə, qazma prosesi və qazma məhlulunun 
dövranı dayandırılmalı, quyunun ağzı germetikləşdirilməli və quyunun vəziyyəti yoxlanılmalıdır. 
AYTL sahələrində birinci üç quyunun qazılması açıq qaz və neft fontanlarının ləğvi üzrə 
hərbiləşdirilmiş dəstənin nümayəndəsinin nəzarəti altında aparılmalıdır.
3.1.1.40 
Buruqda həcmi 20 m
3
yanğına qarşı olan və buruğun su təchizatı ilə birləşdirilmiş 
tutum yerləşdirilməlidir. 
3.1
 
Mədən-geofiziki işləri 
3.2.1 Ümumi tələblər 
3.2.1.1 
Mədən-geofiziki işləri qüvvədə olan «Edinıye pravila bezopasnosti pri vzrıvnıx rabo-
tax», «Osnovnıe sanitarnıye pravila rabot s radioaktivnımi veşestvami i druqimi istoçnikami 
poniziruyuşix izluçeniy OSP-80», «Pravila bezopasnosti pri transportirovanii radioaktivnıx 
veşestv» i «Normı radioaktivnoy bezopasnosti i NRB-80» sənədlərin tələblərinə müvafiq 
aparılmalıdır. 
3.2.1.2 
Mədən-geofiziki işləri sifarişçinin nümayəndəsinin iştirakı ilə partiyanın (dəstənin) 
rəisinin rəhbərliyi altında aparılmalıdır. 
Qeyd: Dəstənin rəisi olmadıqda müəssisə üzrə əmrlə və ya sərəncamla məsul şəxs təyin 
edilməlidir. 
Qeyd: Partiya rəisi olmadıqda müəssisə üzrə əmrlə və ya sərəncamla məsul şəxs təyin edilməlidir. 
3.2.1.3 
Quyunun mədən-geofiziki işlərinə hazırlığı müəyyən olunmuş aktla rəsmiləşdirilir
sifarişçinin məsul nümayəndəsi və geofizika partiyasının rəhbəri tərəfindən imzalanır. Quyunun 
hazırlıq aktı geofizika partiyasının rəisinə təqdim edildikdən sonra işə başlamağa icazə verilir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə