Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Neft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə41/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   37   38   39   40   41   42   43   44   ...   244
Neft qaz yangin tehlukesizlik

3.3 Neft və qaz quyularının istismarı. Quyuların mənimsənilməsi 
3.3.1 
İstismar kəmərinin perforasiyasına qədər fontan quyusunun quyu ağzı avadanlığı və quyu 
kommunikasiyaları quyu məhsulunun qəbuluna hazır olmalıdır. Neftin ümumi anbara və 
tutuculara açıq qanovla axıdılmasına yol verilməməlidir. 
3.3.2 
Quyuda kəmərin partlayış üsulu ilə deşmə əməliyyatı barədə FHN-nin yanğın təhlükə-
sizliyi xidmətlərinə yazılı şəkildə məlumat verilməli, əməliyyat qazma və ya neftqazçıxarma 
idarəsinin geoloqunun iştirakı ilə aparılmalıdır.
Quyularda atma-partlayış işləri mütləq yanğınsöndürmə avtomobillərinin növbətçiliyi ilə 
aparılmalıdır. 
3.3.3 
Fontan armaturlarının işçi təzyiqi quyunun istismarı zamanı quyu ağzında gözlənilən 
maksimal təzyiqə uyğun olmalıdır. 
3.3.4 
Fontan armaturu, armaturların təchizat normasına müvafiq olaraq, araqat və sancaqların 
tam komplekti vasitəsi ilə yığılmalıdır. Armaturların quraşdırılması müvafiq sənədlərə uyğun 
rəsmiləşdirilməli və neftqazçıxarma müəssisəsinin baş mühəndisi tərəfin-dən təsdiq edilməli-dir. 
3.3.5 
Fontan quyusunun mənimsənilməsi prosesində nasos-kompressor borularının endiril-
məsinə və qaldırılmasına yalnız quyu ağzında gözlənilən maksimal təzyiqə uyğun keçirici ka-
tuşka və qol borusu olan siyirtmə olduqda icazə verilir. 
Boruların endirilməsi və ya qaldırılması əməliyyatları zamanı neft və qaz təzahürü və yaxud 
günün qaranlıq vaxtlarında işıqlandırmanın qəza sönməsi baş verərsə, yuxarıda göstərilən 
siyirtmə dərhal quyu ağzında quraşdırılmalı və sonrakı işlər dayandırılmalıdır. Əgər quyu uzun 
müddətə saxlanılıbsa quyu ağzı germetikləşdirilməlidir. 
3.3.6 
Quyunun mənimsənilməsi səyyar kompressorun köməyi ilə aparılırsa, o quyu ağzından 
25m-dən az olmayan məsafədə, küləyin üstünlük təşkil edən istiqamətində quraşdırılmalıdır. 
3.3.7
Fontan quyusunun svablanma üsulu ilə mənimsənilməsindən əvvəl:
- aqreqatla idarəetmə pultunda işləyən işçinin qorunması məqsədi ilə qurulmuş talvarın yanar 
konstruksiyaları odadavamlı tərkiblə işlənilməli; 
- yuxarı siyirtmənin istiqamətləndirici qıfı qığılcım verməyən materialdan olmalı; 
- səyyar qaldırıcı bucurqad quyu ağzından 25m-dən az olmayan məsafədə quraşdırılmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə