Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Quyuların ştanqlı quyu nasosları ilə istismarı



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə44/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   40   41   42   43   44   45   46   47   ...   244
Neft qaz yangin tehlukesizlik

 
Quyuların ştanqlı quyu nasosları ilə istismarı 
3.3.31 
Quyuların ağzı, tədqiqat işlərinin aparılmasına və boruarxası boşluqdan qazın götürül-
məsinə imkan verən kipləşdirici quyu ağzı armaturla təchiz edilməlidir. 
3.3.32 
Mancanaq dəzgahı işləyən zaman onun ötürücü kəmərinin yerində fırlanmaması üçün 
dartılmasına nəzarət edilməlidir.
3.3.33 
Elektrik avadanlıqlarının yerləbirləşdiricisi kimi quyunun konduktorundan istifadə 
edilməlidir. Konduktorla mancanaq dəzgahının çərçivəsi ən azı iki nöqtədə qaynaqlanmalıdır. 
Hər keçiricinin en kəsiyinin sahəsi 48 mm
2
-dən
az olmamalıdır. Yerləbirləşdirmə ötürücüləri və 
onların qaynaq yerləri baxış üçün rahat olmalıdır. 
Yerləbirləşdirmə ötürücüsü kimi müxtəlif forması olan (dairəvi, künclü və s.) profilli polad 
materiallardan istifadə edilməlidir. Bu məqsədlə polad burazdan istifadəsinə yol verilmir. 
Quyuların dalma və yivli elektrik nasos qurğuları ilə istismarı 
3.3.34 
Dalma mərkəzdənqaçma elektrik açarlarının elektrik avadanlıqlarını quraşdırmaq üçün 
budka yanmayan materialdan olmalıdır. 
Odadavamlı məhlulla hopdurulmuş taxta konstruksiyalı budkaların istifadəsinə icazə verilir. 
3.3.35 
İstənilən gərginlikli elektrik ötürücü xətlərin altında idarəetmə stansiyalarının və 
avtotransformatorların yerləşdirilməsi qadağandır. 
3.3.36 
Kabel barabanının eleltrik intiqalının quyu ağzında yerləşdirilmiş düyməli idarəetmə 
qurğusu partlayışdan mühafizəli olmalıdır. 
Quyuların sınağı və tədqiqi 
3.3.37 
Sınaq vaxtı quyuların yaxınlığından keçən və quyuya gedən bütün yollarda, 250m-dən 
az olmayan məsafədə, küləyin gücündən və istiqamətindən asılı olaraq postlar qurulmalı, açıq 
alovdan istifadəni qadağan edən xəbərdaredici nişanlar quraşdırılmalıdır. 
3.3.38 
Quyuların üfürülməsi və ölçmə işləri aparılan zaman qazma qurğusunun və quyuların 
yaxınlığında olan avtomobillərin, tarktorların mühərrikləri və qazanların odluğu söndürülməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə