Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə çənlərin damı  qardan təmizlənməlidir.  3.5.1.17



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə52/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   48   49   50   51   52   53   54   55   ...   244
Neft qaz yangin tehlukesizlik

3.5.1.16 
Qış fəslində çənlər parkındakı yollar, pilləkənlər və yollar, eləcədə çənlərin damı 
qardan təmizlənməlidir. 
3.5.1.17 
Günəş şüalarının təsirindən qorunmaq üçün çənlər açıq boya ilə rənglənməlidir. 
3.5.1.18 
İstismar əməliyyatlarında, həmçinin qəza və ya yanğın zamanı lazım olan 
dəyişmələri tez və səhvsiz etmək üçün çənlər parkının işçıləri iş yerlərində asılmış boru 
kəmərlərinin yerləşmə sxemlərini və bütün siyirtmələrin təyinatını bilməlidirlər. 
3.5.1.19 
Qızdırılması və yaxud yay vaxtı uzun müddət saxlanılması lazım olan neft və neft 
məhsulları çənlərə doldurularkən, onların miqdarı, qızmadan mayelərin həçminin genişlənməsi
nəzərə alınmalıdır. Çəndə soyuq neft məhsuluun həcmi tutumun həcminin 95%-dən, 
mayeləşdi-rilmiş qazın isə-3%-dən artıq olmamalıdır. 
3.5.1.20 
Səviyyə ölçülən və nümunə götürülən zaman çənin damı dağılan neftdən dərhal 
təmizlənməlidir, çənin damında silgi materiallarının və hər hansı əşyaların saxlanılması qada-
ğandır. 
3.5.1.21 
Çənlərdə özlü (qatı) neftlərin qızdırılması işçi heyətin nəzarəti altında yalnız buxar 
və yaxud su ilə, ilanvari qızdırıcılarla aparılmalıdır. 
3.5.1.22 
Çənlərdə neftin qızdırılmasına (müəyyən olunmuşhallarda) qızdırıcının üzərində 
mayenin səviyyəsinin 50 sm-dən az olmadığı halda yol verilir. 
3.5.1.23 
Çənlərin istismarı prosesində tənəffüs klapanları və odkəsicilərin sazlığına 
müntəzəm nəzarə olunmalıdır. Havanın müsbət temperaturlarında odkəsicilərin vəziyyəti ayda 
iki dəfədən az olmayaraq yoxlanılmalıdır. 
3.5.1.24 
Çənlərə baxış keçirilən, nümunə götürülən və ya mayenin səviyyəsi ölçülən zaman 
zərbədən qığılcım verməyən tərtibatlardan istifadə edilməlidir. 
3.5.1.25 
Hər bir çən və çənlər qrupunun (bənd xaricində) çıxış xəttində neft tutucularından 
əvvəl və sonra hidravlik sürgü quraşdırılmalıdır. 
3.5.1.26 
Fəaliyyətdə olan çənin tikişlərində, gövdəsində və yaxud dibində çat əmələ gələrsə 
çən dərhal boşaldılmalı və təmizlənməlidir. 
Dolu çənlərdə qaynaq və pərçimlənmə işlərinin aparılması qadağandır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə