Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Kabel yüksək temperatura davamlı, bütün uzunluğu boyu bütöv olmalıdır.  3.4.1.38



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə48/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   44   45   46   47   48   49   50   51   ...   244
Neft qaz yangin tehlukesizlik

3.4.1.37 
Kabel yüksək temperatura davamlı, bütün uzunluğu boyu bütöv olmalıdır. 
3.4.1.38 
Quyuya salınmazdan əvvəl kabelin vəziyyəti yoxlanılmalıdır. Əgər onun şaxələrin-
dən biri qırılmış olsa, kabelin quyuya salınmasına icazə verilmir. 
Quyuların quyudibi zonasının azotlu qızdırılmış
karbohidrogen mayelərlə işlənilməsi 
3.4.1.39 
Qızdırıcı qurğu quyu ağzından və azotlu karbohidrogen mayesi vuran aqreqatlardan, 
həmçinin bu mayeni daşıyan avtosisternlərdən 25m-dən az olmayan məsafədə yerləşdirilməli-
dir. 
3.4.1.40 
Qızdırıcı qurğu, ondan sonra quraşdırılmış avadanlıq və onların birləşmələri və quyu 
ağzı avadanlıqlar isti məhsulun temperaturundan ən azı 50
0
C yuxarı temperatura davamlı 
olmalıdır. 
3.4.1.41 
Azot və qızdırıcı qurğuların karbohidrogen mayesini vurmaq üçün basqı xətləri 
qoruyucu və əks klapanlarla təchiz olunmalıdır.
3.4.1.42 
Karbohidrogen mayesi saxlanılan tutumun yanında yanğın postu qurulmalıdır. 
3.4.1.43 
Azotlu karbohidrogen mayesi ilə iş aparılan zaman quyuya verilən isti məhsulun 
təzyiqinə və temperaturuna mütəmadi nəzarət edilməlidir. Təzyiq və temperatur layihədə 
göstərilən qiymətdən çox olmamalıdır. 
3.4.1.44 
Quyunun azotlu karbohidrogen mayesi ilə işlənilməsindən sonra hava quyunun hava 
ilə mənimsənilməsi qadağandır. 
Layın hidravlik yarılması 
3.4.1.45 
Qış aylarında donmuş manifoldun açıq odla qızdırılması qadağandır. 
3.4.1.46 
Elektrik güc qurğusunun yanacaq bakları yanğından və zədələnmədən təhlükəsiz yer-
də yerləşdirilməlidir. 
3.4.1.47 
Yanar maddələr daşıyan avtosisternlərin üzərində “Oddan təhlükəlidir” sözləri yazıl-
malı və onlar karbon qazlı odsöndürənlə, keçə (ölçüsü 2x2) və bellə təchiz edilməlidir. 
Laydaxili yanma 
3.4.1.48 
Laydaxili yanma (LDY) işləri bu işlər üzrə müəssisənin səlahiyyətli nümayəndəsinin 
və müəssisə üzrə əmrlə təyin edilmiş cavabdeh şəxsin iştirakı ilə, müvafiq qaydada təsdiqlənmiş 
layihəyə əsasən aparılmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə