Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Avtosistern və nasos aqreqatları quyu ətrafında müvafiq texniki şərtlərin tələblərinə  uyğun yerləşdirilməlidir. 3.4.1.27



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə47/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   43   44   45   46   47   48   49   50   ...   244
Neft qaz yangin tehlukesizlik

3.4.1.26 
Avtosistern və nasos aqreqatları quyu ətrafında müvafiq texniki şərtlərin tələblərinə 
uyğun yerləşdirilməlidir.
3.4.1.27 
Quyuların qazkondensatla işlənilməsi zaman qazkondensatın avtosisterndən bunkerə 
və aqreqata vurulması qadağandır. 
3.4.1.28 
Quyunun qazkondensatla işlənilməsi başa çatdıqdan sonra aqreqatın manifold xətti 
və quyunun armaturu su ilə yuyulmalıdır. 
Quyunun armaturunda sürğü bağlandıqdan və təzyiq atmosfer təzyiqinə qədər endirildikdən 
sonra manifoldun ayrılmasına icazə verilir. 
Quyuların quyudibi zonasının termoinjektorla işlənməsi 
3.4.1.29 
Dozalaşdırıcı nasosun yanacaq bakı olan xizəyində quraşdırılmış elektrik avadanlıq-
ları partlayışdan mühafizəli olmalıdır. 
3.4.1.30
Elektrik avadanlıqları olan kompressorlar quyu ağzından 10m-dən, daxili yanma 
mühərrikli (DYM) kompressorlar isə 25m-dən az olmayan məsafədə quraşdırılmalıdır. 
3.4.1.31 
Yanacaq tutumu işlənmiş qaz atqı xəttindən əks tərəfdə və quyu ağzından 10m-dən az 
olmayan məsafədə quraşdırılmalıdır. 
3.4.1.32 
Partlayıcı maddənin partladıcı qurğuya daxil edilməsi onun lubrikatora endirilmə-
sindən qabaq aparılmalıdır. 
3.4.1.33 
Partlayıcı qurğunun balonunun etiltərkibli benzinlə doldurulması qadağandır. 
3.4.1.34 
Partladıcı qurğu lubrikatora mərkəzi siyirtmənin bağlı vəziyyətində yerləşdirilməli-
dir. Partlayıcı qurğunu endirən aparatın məftili elə tarım çəkilməlidir ki, qurğu siyirtmənin 
şiberinə toxunmasın. 
Quyuların quyudibi zonalarının quyudibi elektrik qızdırıcıları ilə işlənilməsi 
3.4.1.35 
Kabelin eletrik qızdırıcısının başlığına girəcək qovşağı, həmçinin klemma boşluğu 
tam germetikləşdirilməlidir. 
3.4.1.36 
Kabelin elektrik qızdırıcıları ilə klemma birləşməsinin konstruksiyası elə olmalıdır ki, 
kabel şaxəsinin ucluğunun qırılması istisna olsun. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə