Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə55/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   51   52   53   54   55   56   57   58   ...   244
Neft qaz yangin tehlukesizlik

Elektrik dehidratorları 
3.5.1.45 
Elektrik avadanlöqlarında qəza və yanğın baş verərsə, həmçinin qəza və yanğının 
qarşısını almaq lazım gələrsə, elektrik dehidratorlar müvafiq açarlar vasitəsilə elektrik şəbəkə-
sindən açılmalı və yalnız bundan sonra qəza və yanğının ləğvi işlərinə başlanılmalıdır.Yanğın 
karbon qazı və tozlu odsöndürülənlərlə söndürülməlidir. 
3.5.1.46 
Elektrik dehidratorları işləyən zaman elektrodların qapanması və ya neftin kanaliza-
siyaya axıdılması hallarının baş verməməsi üçün faza ayrıcı səviyyə (neft-su) verilən həddə 
saxlanılmalıdır. Elektrik dehidratorlar, verilən xammalın səviyyəsinin azalması hallarına qarşı 
gərginliyi avtomatik aşağı salan cihazla təchiz olunmalıdır. 
3.5.1.47 
Elektrik dehidratorlarda suyun drenajı avtomatik və qapalı üsulla həyata keçirilməli-
dir. 
İstilikdəyişdiricilər 
3.5.1.48 
İstilikdəyişdiricilərin altındakı meydançanın, tökülmüş neftin hidravlik sürgüdən 
keçərək sənaye kanalizasiyasına ötürən qanova axını olmalıdır. Meydança neftin yuyulması 
üçün tərtibatlarla təmin edilməlidir. 
3.5.1.49 
İstilikdəyişdiricilərin temperaturun təsirindən zədələnməməsi üçün onların 
qızdırılma-sı və soyudulması səlis (rəvan) aparılmalıdır. 
3.5.1.50 
Boru və boruarası sahədən yanar mayelərin boşaldılmasına yalnız istilikdəyişdiricilə-
rin soyudulmasından sonra icazə verilir. 
3.5.1.51 
Kondensatorların, soyuducuların və istilikdəyişdiricilərin səthindən ərpin 
təmizlənmə-si müəyyən olunmuş vaxtda aparılmalıdır. 
3.5.1.52 
İstilikdəyişdiricilər və qızdırıcılar həlledicilərlə təmizləndikdən sonra onlar su ilə 
təmiz yuyulmalı və havası dəyişdirilməlidir. 
3.5.1.53 
Təzyiq altında işləyən aparatların daxilində quraşdırılmış buxar qızdırıcılardan istifa-
də edərkən, daxil olan buxar və ötürücü kondensat xətlərində qızdırıcının sıradan çıxması 
nəticəsində qazanxanaya qaz sızmasının qarşısını almaq üçün qurğular nəzərdə tutulmalıdır. 
Daxili qızdırıcıları istilik şəbəkəsindən ayırmaq üçün aparatlardakı təzyiqə hesablanmış 
bağlayıcı armatur olmalıdır.
3.5.1.54 
Borucuqların kip olmayan birləşmələrindən neft və neft məhsullarının sızması baş 
verdikə, ventilyatorun qoruyucu hissələri sıradan çıxdıqda və ventilyatorda titrəyiş olduqda 
hava ilə soyudulan aparatların istismarı qadağan edilir. 
3.5.1.55 
Hava ilə soyudulan aparatlar yanğın halları üçün nəzərdə tutulan əməliyyat otağında 
quraşdırılan məsafədən idarəetmə qurğusu ilə təchiz olunmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə