Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə53/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   49   50   51   52   53   54   55   56   ...   244
Neft qaz yangin tehlukesizlik

Neftvurma nasos stansiyaları 
3.5.1.27 
Nasos stansiyalarının istismarı qüvvədə olan norma və qaydaların tələblərinə əsasən 
aparılmalıdır. 
Nasos stansiyalarının istismarında aşağıdakı tələblər yerin əyetirilməlidir: 
- neftvurma nasos stansiyalarının işıqlandırma sistemi partlayışdan mühafizəli icrada 
lampalar-la təchiz edilməlidir; 
- nasosxanalar ilkin yanğınsöndürmə vasitələri ilə təmin edilməlidir; 


20 
- nasosxanalarda təsdiq edilmiş qrafikə əsasən qaz analizi aparılmalıdır; 
- nasoslar yerləbirləşdirmə sisgtemləri ilə təchiz edilməlidir; 
- neft nasoslarında partlayışdan mühafizəli elektrik mühərriklərindən istifadə edilməlidir; 
- nasosxanada istifadə edilmiş yağlı silgi materialları xüsusi qutularda (qapalı) stansiyadan 
kənarda atılmaq üçün yığılmalıdır. 
3.5.1.28 
İş vaxtı nasos və boru kəmərlərinin germetikliyinə, nasosun sürtünən hissələrinin yağ-
lanmasına, həmçinin yastıq və kipkəclərinin temperaturuna daima nəzarət edilməlidir. Nasosun 
kipkəclərindən və boru kəmərlərinin birləşmələrindən sızma aşkar edilərsə, nasazlıq dərhal 
aradan qaldırılmalıdır. 
Sürtgü yağlarının axmasına,sıçramasına və onların nasosların altına yığılmasına yol 
verilməməlidir. 
Nasosxananın döşəmələri təmiz saxlanılmalı və müntəzəm olaraq yağsızlaşdırıcı qatılmış su 
ilə və ya KYV-2 tipli köpükləndirici yuyucu vasitə ilə yuyulmalıdır. 
3.5.1.29 
Siyirtmə qovşaqlarının yerləşdiyi yerlərdə mayenin hidravlik sürgüdən keçərək 
sənaye kanalizasiyasına axıdılması üçün qanov quraşdırılmalıdır. 
Əgər mayenin sənaye kanalizasiyasına axıdılması mümkün deyilsə və onda qapalı quyu 
quraşdırılmalı, sonra isə nasos vasitəsi ilə orada yığılmış maye lazım olan yerə vurulmalıdır. 
3.5.1.30 
Nasoslar üfürülərkən atılan məhsul binadan kənara çıxarılmalı, maye məhsullar boru 
ilə xüsusi qablara axıdılnalı, qazlar isə məşəl sisteminə və ya şama verilməlidir. 
3.5.1.31 
İş qurtardıqdan sonra nasosun qəbuledici və atqı boru xətlərindəki və çənlərin 
yanındakı siyirtmələr bağlanmalı, sahə nəzərdən keçirilməli, tökülmüş neft yığılmalı, bütün 
qurğular və işıqlandırma mənbəyi söndürülməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə