Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə54/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   50   51   52   53   54   55   56   57   ...   244
Neft qaz yangin tehlukesizlik

3.5.1.32 
Nasos stansiyalarının binalarında istismar olunan ventilyasiya qurğularının saz və 
fasiləsiz işləməsi təmin olunmalıdır. 
3.5.1.33 
Ventilyasiya sisteminin nasaz və ya söndürülmüş vəziyyətində nasosların işə 
salınmasına icazə verilmir. 
Hava kompressor stansiyaları 
3.5.1.34 
Porşenli kompressorların klapan qutuları və hava klapanları yağ qalıqlarından və 
yanıqdan müntəzəm olaraq təmizlənməlidir. 
3.5.1.35 
Kompressor silindrlərinin, qəbul və atqı boru xətlərinin və separatorların təmizlən-
məsi zamanı yığılmış şöküntülərə su çilənməli və kompressorlardan aralı yanğın cəhətdən təh-
lükəsiz yerə aparılmalıdır. 
3.5.1.36
Kompressorun sürtünən hissələri müntəzəm olaraq yağlanmalədər. 
3.5.1.37 
Kompressor avadanlıqlarının yağ qalıqlarından və yanıqdan təmizlənməsi müvafiq 
qrafik üzrə aparılmalıdır. 
Məşəl sistemi 
3.5.1.38 
Məşəlin yandırılması məsafədən aparılmalıdır. 
3.5.1.39 
Fəaliyyətdə olan bütün məşəllər növbətçi odluqla və alovun məşəl qaz xəttinə 
keçməsinin qarşısını alan qurğu ilə təmin edilməlidir. 
3.5.1.40 
Məşəl ətrafı ərazisi 50m-dən az olmayan radiusda çəpərlənməli və xəbərdaredici 
plakatlarla təchiz olunmaldır. 
3.5.1.41 
Məşəl sistemi ərazisində quyu, çala və digər çökək yerlər olmamalıdır. 
3.5.1.42 
Məşəl borusuna girişdən əvvəl qaz kəmərləri nəzərdən keşirilməli və odkəsicilər, 
hidravlik sürgülər və s. quraşdırılmalıdır. 
3.5.1.43 
Məşəl borusunun magistral xəttində, məşəldən 50m məsafədə ümumi separator 
quraşdırılmalıdır. Separatorda su buxarı ilə qızdırmaq üçün ilanvari boru, ağır çöküntüləri xaric 
etmək üçün qurğu olmalıdır. Məşəl boru kəməri separatora tərəf mailli olmalıdır. 
Məşəldə yrləbirləşdirmə sistemi qurulmalıdır. 
3.5.1.44 
Ümumi məşəl sisteminə aşağıda qeyd olunan məhsulların atılması qadağandır: 
-avadanlığı üfürdükdən sonra tərkibində yanar qazın qatılığı aşağı alışma həddinin 50% -dən 
az olan təsirsiz qazın; 
-aparatlardan və boru xətlərindən sıxışdırılmış havanın, həmçinin təmiz təsirsiz qazın; 
-parçalnmaya, oksidləşməyə, polimerləşməyə, istilik ayrılmasına meylli olan və məşəl qaz 
xəttinin fəaliyyətini məhdudlaşdıra bilən məhsulların. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə