Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Quyuda fontan vuran bütün işlər, o cümlədən quyuların istismarı, qəza ləğv edilənə  qədər dayandırılmalıdır.  3.5.1.95



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə61/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   57   58   59   60   61   62   63   64   ...   244
Neft qaz yangin tehlukesizlik

3.5.1.94 
Quyuda fontan vuran bütün işlər, o cümlədən quyuların istismarı, qəza ləğv edilənə 
qədər dayandırılmalıdır. 
3.5.1.95 
İşçi meydançanın işıqlandırılması BCH-82 sənədinin tələblərinə uyğun yerinə 
yetirilməlidir. 
3.5.1.96 
Yanacaq və yağ anbarları quyu ağzından, texnoloji qurğulardan və elektrik 
stansiyasından 40m-dən az olmayan məsafədə yerləşdirilməlidir. 
3.5.1.97 
Transformatorla quyu ağzı (qazma və istismar) arası məsafə 40m-dən az olmamalı-
dır. 
3.5.1.98 
Gərginliyi 6 kV-a qədər bağlı paylayıcı qurğular qazma qurğusu ağzından 10m-dən 
az olmayan məsafədə yerləşdirilməlidir. 
3.5.1.99 
Quyuların qazılması və istismarı eyni vaxtda aparılan qrup quyu meydançasında 
plana əsasən bir növbədə işlək quyuların kommunikasiyasına və quyu ağzına baxış keçirilməli, 
bu barədə xüsusi jurnalda müvafiq qeydlər aparılmalıdır. 
Əgər istismarda olan quyuda neft və qaz sızması aşkar edilərsə, bu quyuya xidmət edən heyət 
sızmanı aradan qaldırmaq üçün lazımi tədbirlər görməlidir. 
3.5.1.100 
Quyunun mənimsənilməsi zamanı quyuağzı armaturda və ya kommunikasiyalarda 
neft və qazın sızması aşkar edilərsə, iş dərhal dayandırılmalı və axının qarşısını almaq üçün 
lazımi tədbirlər görülməlidir. 
3.6 Kükürdlü neft yataqlarına olan əlavə tələblər 
3.6.1
İstismar prosesində daxilində pirofor çöküntülər əmələ gələ bilən avadanlıqların siyahısı 
tərtib olunmalı, baş mühəndis tərəfindən, yerli yanğın təhlükəsizliyi xidməti ilə 
razılaşdırıldıqdan sonra təsdiq edilməlidir.
3.6.2 
Yeni istehsal sahələri işə salındıqda, texnoloji rejim və proses dəyişdirildikdə siyahı 
korrektə edilməlidir.
3.6.3
Avadanlıqların istismarı zamanı pirofor çöküntülərin əmələ gəlməsinə vaxtaşırı nəzarət 
edilməli və sistematik olaraq avadanlıq çöküntülərdən təmizlənməlidir.
3.6.4
Avadanlıqların daxili səthini pirofor çöküntülərdən təmizləyən zaman qığılcım 
verməyən materialdan hazırlanmış alətlərdən istifadə edilməlidir 
3.6.5
Avadanlıqların divarında və dibində yaranmış pirofor çöküntülərin təmizlənməsi nəm 
halda aparılmalıdır və bunun üçün güclü su axını ilə isladılmalıdır.
3.6.6
Avadanlıqlardan çıxarılan çirk və çöküntü yanar qaz və buxarların yığıla bilən 
yerlərdən aralı, təhlükəsiz yerdə quraşdırılmış tutumda suyun altında və ya nəm halda 
saxlanılmalıdır.
3.6.7
Avadanlıqlar təmizlənəndən sonra pirofor çöküntülər nəm halda obyektin ərazisindən 
çıxarılaraq, xüsusi ayrılmış yerə aparılmalı, yanğın təhlükəsizliyi xidməti və yerli ekologiya 
xidməti ilə razılaşdırılmış yerdə basdırılmalıdır.
3.6.8
Metal çənlərdə saxlanılan kükürdlü neftlərin nümunəsinin götürülməsi və sınaq 
işlərinin aparılmasında təhlükəsizlik tədbirlərinin həyata keçirilməsində «İnstruksiya po 
predotvraheniyu vzrıvov i pojarov ot samovozqoraniya pirofornıx otlojeniy pri dobıçe i 
transporte sernistıx neftey i qazov» sənədinin tələblərinə riayət olunmalıdır.


23 
Çəndən pirofor çöküntülərin nümunəsini baş mühəndisin və yaxud obyektin rəhbərinin icazəsi 
ilə, müəssisənin yanğın təhlükəsizliyi xidmətinin nümayəndəsinin iştirakı ilə, xüsusi hazırlığı 
olan şəxs götürməlidir.
3.6.9
Çənlər təmirdən və pirofor çöküntülərdən təmizlənməzdən əvvəl (çən neftdən boşaldıq-
dan sonra) qaz boşluğu su buxarı ilə doldurulmalıdır. Buxarla üfürülmə (bu halda aşağı lyuk 
bağlı, yuxarı və ölçü lyukları isə açıq olmalıdır) 24 saat davam etməlidir.
Əgər buxarla üfürülmə prosesində dozalaşdırıcı qurğu varsa, pirofor çöküntülərin tədricən 
oksidləşməsi üçün çənə az miqdarda hava verilməlidir (hava-buxar qarışığında oksigenin 
miqdarı 6% hesablanmaqla). Dozalaşdırıcı qurğunun olmadığı halda çənlərin buxarla üfürülməsi 
qurtardıqdan sonra çən yuxarı səviyyəyə qədər su ilə doldurulmalıdır. Çən doldurulduqdan sonra 
pirofor çöküntülərin tədricən oksidləşməsi üçün suyun səviyyəsi 0.5-1 m/saat sürətlə aşağı 
salınmalıdır.
3.6.10 
İşçi mühitdə hidrogen sulfid, merkaptanlar, elementar kükürd və digər kükürdlü birləş-
mələr olan avadanlıq və boru kəmərləri germetikləşdirilməzdən əvvəl oradan yanar və partlayış 
təhlükəli komponentlər tamamilə xaric edilməlidir.
3.6.11 
Təmir işləri aparılan zaman hava mühitində yığılan hidrogen sulfidin sovrulub çıxarıl-
ması üçün partlayışdan mühafizəli ventilyasiya aqreqatı vasitəsilə hündürlüyü 5 m-dən az 
olmayan dayağa ötürülməlidir.
Ventiyasiya aqreqatı quyu ağzından 12m aralı küləkdöyən tərəfdə quraşdırılmalıdır.
3.6.12 
Avadanlıqlar və qaz kəmərləri boşaldılan zaman atmosferə buraxılan qaz yelçəkən 
şamlarda yandırılmalıdır. Qazın məşələ ötürülməsi yerləri, hava şəraiti, küləyin istiqaməti və 
yaşayış məntəqələrinə olan məsafə nəzərə alınmaqla yerli ekologiya xidməti ilə 
razılaşdırılmalıdır.
Məşəldə qazın yandırılmasına xüsusi təyin edilmiş işçinin daimi nəzarəti altında 
yanğın təhlükəsizliyi tələblərinə riayət edilməklə aparılmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə