Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


  Avtomatlaşdırılmış suqızdırıcı qazanın işinə daima nəzarət olunmalıdır.  Quyuların quyudibi zonasının qaynar neftlə işlənməsi



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə46/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   42   43   44   45   46   47   48   49   ...   244
Neft qaz yangin tehlukesizlik

3.4.1.12 
Avtomatlaşdırılmış suqızdırıcı qazanın işinə daima nəzarət olunmalıdır. 
Quyuların quyudibi zonasının qaynar neftlə işlənməsi 
3.4.1.13 
Neftin qızdırılmsı üçün sobanın odluğuna qazı ötürən boru xətləri «Qaz 
təsərrüfatında təhlükəsizlik Qaydaları»nın tələblərinə uyğun quraşdırılmalıdır. 
3.4.1.14 
Neft qızdırıcı soba qaynar neft tutumundan 25m-dən, quyu ağzından isə, 10m-dən az 
olmayan məsafədə külək tutmayan tərəfdə yerləşdirilməlidir. 
3.4.1.15 
Yanacaq boru xəttində təzyiqtənzimləyici qurğunun, odluqda quraşdırılan qoruyucu 
klapanın, həmçinin kondensatın NÖÇ-na və odluğa düşməsinin qarşısını alan qurğunun quraşdı-
rılması nəzərdə tutulmalıdır. 
3.4.1.16 
Sobanın odluğunu yandırmazdan əvvəl ilanvari boruların neftlə dolu olmasına əmin 
olmaq lazımdır. 
3.4.1.17 
Neft tutumlu arabanı (xizəyi) daşıyan traktorun işlənmiş qaz atqı borusu qığılcımsön-
dürənlə təchiz olunmalıdır. 


18 
3.4.1.18 
Qaynar neft tutumlu araba (xizək) quyunun ağzından 10m-dən az olmayan məsafədə 
külək tutmayan, tərəfdə yerləşdirilməlidir. 
3.4.1.19 
Nefti quyuya vurmazdan əvvəl nasosdan quyuya qədər olan sökülüb-yığılan vurma 
xətti gözlənilən maksimal təzyiqin 1,5 mislinə təzyiqə sınaqdan keçirilməlidir. 
 
Quyuların quyudibi zonasının qaz kondensatı ilə işlənməsi 
3.4.1.20 
Quyuların işlənilməsi üçün yalnız qazsızlaşdırılmış (təmizlənmiş propan və butandan) 
kondensatdan istifadə edilməlidir. 
3.4.1.21
Avtosisternlər doldurulub-boşaldılmazdan əvvəl yerləbirləşdirici qurğuya qoşulmalı-
dır. 
3.4.1.22 
Qaz kondensantı daşıyan avtosisternin üzərində “Oddan təhlükəlidir” sözləri yazılma-
lıdır. Qazkondensatın yalnız germetik bağlanan lyuku və boşaltma ştuseri olan avtosisternlərdə 
daşınmasına icazə verilir. 
3.4.1.23 
Qazkondensatla dolu avtosisternlərin yaşayış məntələri ərazisində, açıq alov olan 
yerlərdə dayanacağı, həmçinin avtosisternin yanında və kabinasında siqaret çəkmək qadağandır. 
3.4.1.24 
Avtosisternlərin qazkondensatla doldurulub-boşaldılmasına və qazkondensatla quyu-
nun işlənməsi əməliyyatının aparılmasına yalnız günün işıqlı vaxtı icazə verilir. 
3.4.1.25 
Avtosisternlərə qazkondensatın doldurulması-boşaldılması rezin şlanqlar vasitəsi ilə 
aparılmalıdır. Şlanqların hər iki ucunda aqreqatların ştuserinə kip birləşən tərtibatı olmalıdır. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə