Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə43/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   39   40   41   42   43   44   45   46   ...   244
Neft qaz yangin tehlukesizlik

3.3.21 
Qaz paylayıcı batareyalar otağının xaricində “Qaz oddan təhlükəlidir” sözləri yazılmış 
plakat asılmalıdır. 
Kompressor stansiyaları 
3.3.22 
Kompressor stansiyalarnın istismarı istehsalçı zavodun təlimatının, «Neftqazçıxarma 
sənayesində təhlükəsizlik qaydaları»nın tələblərinə uyğun aparılmalıdır. 
3.3.23 
Hər sıxılma pilləsindən sonra yağdan təmizlənməmiş sıxılmış qazla və ya hava ilə 
kom-pressorun işləməsinə yol verilməməlidir. Kompressor işləyən zaman yığılmış yağ 
yağayrıcıdan müntəzəm olaraq boşaldılmalıdır. 
3.3.24 
Standart atmosfer şəraitində (təzyiq 0,1MPa və temperatur 20
0
C) qazkompressorun 
sorucu xəttinə daxil olan qaz-hava qarışığının tərkibində oksigenin həcmi hissəsi 10%, 5 MPa 
təzyiqə qədər sıxıldıqda 7% , 10 MPa təzyiqə qədər sıxıldıqda-6%, 20 MPa qədər-5% və 
35MPa təzyiqə qədər sıxıldıqda 3%-dən artıq olmamalıdır.Qaz-hava qatışığının tərkibində 
oksigenin miqdarına nəzarət, hər yeni quyu qoşulduqda və ya açıldıqda, onların iş rejimləri 
dəyişdikdə, lakin yerli təlimatda göstərilən müddətdən az olmayaraq aparılmalıdır. 


17 
3.3.25 
Qaz kompressorlarının qəbul və atqı boru xətlərinin təmirindən sonra onlar müvafiq 
tikinti normalarına uyğun metodika üzrə işçi agentlə germetikliyə yoxlanmalıdır. Qaz sızması 
aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan qaldırılmalıdır.
Qaz sızması aşkar edilərsə, kompressor dayandırılmalı və qüsurlar aradan qaldırılmalıdır.
3.3.26
Kompressor stansiyaları avtomatik xəbərverici qazanalizator qurğuları ilə təmin olun-
malıdır.
 
Qaz kompressor stansiyasında kompressor qurğusu ilə əlaqəsi olmayan aparat və avadanlıqla-
rın yerləşdirilməsinə icazə verilmir. 
3.3.27 
Ehtiyyatda olan kompressorların qəbul və vurma xətləri bağlı vəziyyətdə saxlanılmalı-
dır. 
3.3.28 
Hava kompressorları üçün hava binanın xaricindən götürülməlidir. Buxar və yanar 
qazların yığılması etimal olunan yerlərdən havanın götürülməsinə icazə verilmir. Kompressora 
buxar və yanar qazın daxil olması aşkar edilərsə, kompressorun işi dərhal dayandırılmalıdır. 
3.3.29 
Partlayış təhlükəli qazların bir yerdə yığılmasının qarşısını almaq üçün kompressor 
stansiyası ərazisində zirzəmilərin, kanal və çuxurların yerləşdirilməsinə icazə verilməməlidir. 
Əgər bu qurğuların olması vacibdirsə, onlar ventilyasiya sistemi ilə təchiz olunmalıdır. 
3.3.30 
Kompressor yerləşən otaqda yanğın baş verdikdə, yanan hissələrin açılması üzrə tədbir-
lər görülməli və həmin yerə qazın verilməsi dayandırılmalıdır. 
Metal konstruksiyaların, boru xətlərinin dağılmasının qarşısını almaq üçün onlar su axını ilə 
soyudulmalıdır.

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə