Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ


Quyularda geofiziki tədqiqatlar (QGT)



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə40/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   36   37   38   39   40   41   42   43   ...   244
Neft qaz yangin tehlukesizlik

Quyularda geofiziki tədqiqatlar (QGT) 
3.2.1.19 
Quyu ağzında izafı təzyiqlə işləyən quyularda geofiziki tədqiqatlar öz-özünə 
kipləşdi-rici kipkəci olan lubrikator vasitəsilə aparılmalıdır. 
Lubrikator quyunun istismarı zamanı quyu ağzında maksimal gözlənilən təzyiqdən az 
olmayan təzyiqə sınanmalıdır. 
Lubrikator quyunun istismarı zamanı quyu ağzında maksimal göslənilən təzyiqdən az olmayan təzyiqdə aparılmalıdır. 


16 
3.2.1.20 
Qazma quyularında qazma bucurğadı və intiqalı nasaz vəziyyətdə olduqda bu quyu-
larda geofiziki tədqiqatların
 
aparılması qadağandır. 
3.2.1.21 
Radiaktiv maddələrin partlayış təhlükəli, yanar və digər materiallarla bir yerdə (mü-
vəqqəti olaraq) saxlanılması qadağandır. 
Borulu lay sınayıcıları ilə işlər 
3.2.1.22 
Layların borulu sınayıcılarla sınağı işi, geofizika idarəsinin baş mühəndisi, qazma iş-
ləri və ya neftqazçıxarma idarəsinin baş mühəndisi tərəfindən razılaşdırılmış, qazma işləri və ya 
neftqazçıxarma idarəsinin baş mühəndisi və baş geoloqu tərəfindən təsdiqlənmiş plan üzrə apa-
rılmalıdır. 
3.2.1.23 
Quyunun sınaq işlərinə hazırlığı sınaq planına uyğun, müvafiq aktla sənədləşdirilmə-
lidir. 
3.2.1.24 
Quyunun sınağı zamanı qazma avadanlıqlarının təmiri, həmçinin elektrik qaynağı və 
digər odlu işlərin aparılması qadağandır. 
3.2.1.25 
Quyudan intensiv neft axını və qaz tullanışı etimalı olan buruqda qaz-xilasetmə və 
yanğın xidməti dəstələri çağırılmalı və preventor xətlərinin birinə qoşulmuş sementləyici aqreqat 
olmalıdır. 
3.2.1.26 
Debit ölçülən zaman lay flüidinin yığılması üçün quyu ağzından 100m-dən az olma-
yan məsafədə xüsusi anbar və ya tutum quraşdırılmalıdır. 
3.2.1.27 
Sınaq nümunələrinin daşınması zamanı onların dağılmasına və yanğının baş vermə-
sinə yol verilməməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə