Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ



Yüklə 2,43 Mb.
Pdf görüntüsü
səhifə37/244
tarix05.04.2023
ölçüsü2,43 Mb.
#104436
1   ...   33   34   35   36   37   38   39   40   ...   244
Neft qaz yangin tehlukesizlik

3.1.1.24 
Qazma kəmərinə lay qazlarının daxil olmasının qarşısını almaq üçün kəmərin alt 
hissəsində əks klapan quraşdırılmalıdır. 
3.1.1.25 
Qazma aləti hər dəfə quyuya endirilməzdən əvvəl qazma boru kəmərindəki əks 
klapanın sazlığı yoxlanılmalıdır.


15 
3.1.1.26 
Preventorların germetikliyi və sazlığı alətin hər endirmə-qaldırma əməliyyatından 
əvvəl və növbədə 1dəfədən az olmayaraq yoxlanılmalı, yoxlamanın nəticələri növbə jurnalında 
qeyd edilməlidir. 
3.1.1.27 
Qazma prosesindən əvvəl quyu ağzını germetikləşdirən qurğu, qazaoxşar agenti 
quyuya vurmaqla, üfürülməklə germetikliyə yoxlanılmalıdır. Kipləşdirici hissələrdə aşkar edilən 
nasazlıqlar dərhal aradan qaldırılmalıdır. 
3.1.1.28 
Qazaoxşar maddələrin tətbiqi ilə aparılan qazma zamanı qaz təzahürü baş versə
buruğun işçi meydançasından və mümkün qaz təzahürü yerindən hava nümunəsi götürülməli və 
qazanalizatorla fasiləsiz olaraq analiz aparılmalıdır. Qazma zamanı quyudan çıxan havanın da 
qaz analizi aparılmalıdır. 
3.1.1.29 
Buruğun işçi meydançasında qaz-hava qarışığının aşağı partlayış qatılıq həddi 20% 
təşkil etdikdə, qazma işləri dayandırılmalı, sızma yerləri aşkar edilib ləğv olunmalıdır. 
3.1.1.30
Havanın üfürülməsilə aparılan qazma zamanı açılmış laydan çıxan qazın həcmi 
miqdarı qarışıqda 3%-dən çox olarsa, qaz məşələ yönəldilməlidir. 
3.1.1.31 
Kompressorların yanında və buruğun girişində “Siqaret çəkmək qadağandır!” , 
“Ehtiyatlı ol!” sözləri yazılmış plakatlar asılmalıdır.
Quyu-lay sistemində differensial təzyiqin tənzimlənməsi ilə quyuların qazılması 
3.1.1.32 
Quyu-lay sistemində differensial təzyiqin tənzimlənməsi üsulu ilə quyuların qazılması 
işlər xüsusi hazırlıqlı, bu işlərin təhlükəsiz görülməsi üzrə əlavə məşğələlər və təlimatlar keçmiş, 
yanğın zamanı hərəkət qaydalarını bilən, quyu-lay sistemi üzrə əlavə avadanlıqlara xidmət 
etməyi bacaran qazma briqadası tərəfindən aparılmalıdır. 
3.1.1.33 
Anomal yüksək təzyiqli laylar (AYTL) açılmazdan əvvəl qazma məhlulunun və maye 
tullantılarının kənarlaşdırılması üçün drenaj quyuları quraşdırılmalıdır. 
3.1.1.34
Qazın yığılması mümkün olan yerlərdə işçi zonasının havasına nəzarət edilməli
buruqlar stasionar xəbərverici qurğularla və ya mobil qazanalizatorlarla təchiz edilməlidir.
3.1.1.35 M
əhsuldar layın açılmasından əvvəl və layda qazma işləri aparılan zaman iş aparılan 
zonanın havasına növbədə 1 dəfədən, qaz təzahürü vaxtı isə 2 saatda 1 dəfədən az olmayaraq 
nəzarət edilməlidir. 

Yüklə 2,43 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   244




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə