|
![](/i/favi32.png) Azərbaycan respublikasi föVQƏladə hallar naziRLİYİ SƏnayedə İŞLƏRİn təHLÜKƏSİz göRÜLMƏSİ VƏ dağ MƏDƏn nəzarəTİ DÖVLƏt agentliYİ
Qazanlar, yanacaq nəql edən boru xətləri və qazanxana avadanlıqları saz vəziyyətdə
saxlanılmalıdır.
2.5.7.4Neft qaz yangin tehlukesizlik2.5.7.3
Qazanlar, yanacaq nəql edən boru xətləri və qazanxana avadanlıqları saz vəziyyətdə
saxlanılmalıdır.
2.5.7.4
Ayrıca tikilmiş qazanxana otaqlarında mazut üçün həcmi 5m
3
-dən
çox və yüngül neft
yanacağı üçün həcmi 1m
3
-dən çox olmayan bağlı çənlərin quraşdırılmasına icazə verilir.
2.5.7.5
Qazanxana qurğuları və buxar qazanları aşağıdakı yerlərdə qurula bilər:
- ayrıca binalarda;
- bilavasitə istehsalat və ictimai binalara bitişik olan, lakin onlardan yanğına qarşı divarla
(odadavamlılıq həddi azı 2,5 saat) ayrılan otaqda. Belə divarda qapılar olarsa, onun layları
qazanxanaya tərəf açılmalıdır.
2.5.7.6
Qazanların aşağıdakı yerlərdə qurulmasına icazə verilmir:
- ictimai otaqların altında ;
- yanar maye anbarlarının altında yerləşən otaqlarda;
- yanar maye və material anbarlarına bitişik otaqlarda;
- qaz və maye yanacaqla (alışma temperaturu 45
0
C-dən aşağı olan) işləyən başqa qazanxana-
nın içərisində;
- uşaq bağçaları, məktəb, xəstəxana, müalicə və istirahət müəssisələri binalarına bitişik tikil-
miş otaqlarda.
2.5.7.7
Qazanxananın qapısına bayır tərəfdən, otağa kənar şəxslərin daxil olmasını qadağan
edən yazılı lövhə vurulmalıdır.
2.5.7.8
Qazanxananın hər bir mərtəbəsində otağın əks tərəflərində yerləşdirilən azı iki çıxış
qapısı olmalıdır.
2.5.7.9
Qazanların qabağından və ya ocağın çıxıntı hissələrindən qazanxananın qarşı divarına
qədər məsafə azı 3 m olmalıdır. Bununla bərabər, qaz və maye yanacaqla işləyən qazanlaqda
odluq qurğusunun irəli çıxan hissələrindən otağın divarına qədər məsafə azı 1 m ola bilər.
2.5.7.10
Üzbəüz yerləşən qazanların və ya onların ocaqlarının irəli çıxan hissələri arasında
məsafə aşağıdakı qədər olmalıdır:
- mexanikləşdirilmiş ocaqlı qazanlaq üçün azı 4 m;
- qaz və ya maye yanacaqla işləyən üçün azı 4 m, onların odluq qurğuları arasında azı 2 m;
- mexanikləşdirilməmiş ocaqlı qazanlar (bərk yanacaqla işləyən) üçün azı 5 m.
2.5.7.11
Buxar qazanlarında suyun buraxıla bilən aşağı səviyyəsi qazanın izolə edilməmiş
divarının qaynar qazlarla təmasda olan səthinin yuxarı nöqtəsindən azı 100 mm hündürdə
olmalıdır.
Dostları ilə paylaş: |
|
|