Naxçıvan Muxtar Respublikası – 90
Əsas növ bitkiçilik məhsullarının istehsalının dəstəklənmə-
sinin nəticəsidir ki, 1975-ci ildə 1970-ci illə müqayisədə tərəvəz-
bostan məhsulları istehsalı 180 faiz, meyvə-giləmeyvə istehsalı
129 faiz, üzüm istehsalı 133 faiz, tütün istehsalı 2,1 dəfə
artmışdır. Kənd təsərrüfatı məhsullarının istehsalındakı artım
templəri sonrakı illərdə də davam etdirilmişdir. Belə ki, 1981-ci
ildə tərəvəz-bostan məhsulları istehsalı artaraq 18100 tona,
meyvə-giləmeyvə
istehsalı
7187
tona,
üzüm
istehsalı
103543 tona, tütün istehsalı isə 6403 tona çatmışdır. 1975-ci illə
müqayisədə tərəvəz-bostan məhsulları istehsalı 120 faiz,
məhsuldarlıq 23 sentner, üzüm istehsalı 334 faiz, məhsuldarlıq
isə 46,9 sentner artmışdır.
Sənaye sahəsində yeni müəssisələrin yaradılması, öz növ-
bəsində, muxtar respublikada əkin sahələrinin artmasını da şərt-
ləndirmişdir. 1970-ci ilə nisbətən 1985-ci ildə muxtar respublika-
da üzümlüklərin sahəsi 8,1 min hektardan 13,8 min hektara,
meyvə bağlarının sahəsi 1,9 min hektardan 2,6 min hektara,
heyvandarlığın yem bazasını möhkəmləndirmək məqsədilə yem
bitkilərinin əkini sahəsi 9 min hektardan 13,5 min hektara
çatdırıldı. Kənd təsərrüfatı məhsulları istehsalının sahə qurulu-
şunda baş verən köklü dəyişikliklər nəticəsində burada əkinçilik
və heyvandarlıq məhsullarının ümumi həcmi 1,7 dəfə artmışdır.
1969-cu ildən başlayaraq 1980-ci ilin axırlarınadək
meliorasiya və su təsərrüfatı sahəsində intibah dövrü yaşanmış,
yeni hidrotexniki qurğular və su anbarları tikilmiş, kanallar
çəkilmiş, torpaqlarda meliorativ tədbirlər həyata keçirilərək əkin
dövriyyəsinə qatılmışdır. Muxtar respublika ərazisindəki böyük
su anbarlarının hamısı, kiçik sututarlarının isə əksəriyyəti bu
Naxçıvan Muxtar Respublikası – 90
dövrdə yaradılmışdır. Məhz ulu öndərimizin səyi nəticəsində
1971-ci ildə həcmi 1 milyard 350 milyon kubmetr olan Araz,
1977-ci ildə həcmi 150 milyon kubmetr olan Arpaçay, 1980-ci
ildə həcmi 12,7 milyon kubmetr olan Sirab, 1989-cu ildə həcmi
17,4 milyon kubmetr olan Bənəniyar su anbarları tikilib
istifadəyə verilmişdir. Məzrə, Salvartı, Cəhri-1-2-3, Dizə, Yaycı
kimi kiçik sututarları da 1970-1980-ci illərdə tikilmişdir.
Ümummilli liderimiz Heydər Əliyevin 1969-cu ildə qəbul
etdiyi qərarla muxtar respublika ərazisində ilk xüsusi mühafizə
olunan təbiət ərazisi – ümumi sahəsi 40 000 hektar olan Ordubad
Dövlət Təbiət Yasaqlığı yaradılmışdır.
Həmin illərdə Naxçıvanda informasiya və telekommuni-
kasiya sistemlərinin əsaslı inkişafı üçün bir sıra mühüm addımlar
atılmışdır. Azərbaycan televiziyasının və radiosunun, o cümlədən
Moskva televiziyasının muxtar respublikada yayımlanması üçün
285 kilometrlik Yevlax-Şuşa-Naxçıvan radiorele xətti çəkilmiş
və güclü radio-televiziya verici stansiyaları işə salınmışdır.
1970-1980-ci illər ərzində o zaman texnoloji nailiyyət sayılan
addım tipli avtomat telefon stansiyaları quraşdırılaraq hər üç
ailədən biri telefonla təmin olunmuşdur.
1974-cü ilin sentyabrında Naxçıvan şəhərində rabitə evinin
tikilib istifadəyə verilməsi əhalinin rabitə vasitələrindən geniş
istifadə etməsinə imkan yaratmışdır. Naxçıvan və Culfa şəhər-
lərində ümumi tutumu 2000 nömrəlik avtomat telefon stansiya-
larının istifadəyə verilməsi, şəhərlərarası telefon rabitəsi kanal-
larının sayının artırılması, Bakı, Sumqayıt, Yevlax və digər
şəhərlərlə avtomat telefon əlaqəsinin yaradılması, Moskva şəhəri
Naxçıvan Muxtar Respublikası – 90
ilə birbaşa danışıq kanalının təşkil edilməsi rabitə sahəsindəki
nailiyyətlərdən idi.
Muxtar respublikada şəhərlərlə, yanaşı kəndlərdə də tele-
fon rabitəsinin yaxşılaşdırılması istiqamətində xeyli işlər görül-
müşdür. 1978-ci ilədək Culfa rayonunun Qazançı, Ordubad rayo-
nunun Əylis, Şərur rayonunun Xanlıqlar və Qıvraq kəndlərində
100 nömrəlik yenitipli ATS-lər quraşdırılıb istifadəyə verilmiş,
bir sıra kəndlərdə köhnətipli avtomat telefon stansiyalar yeniləri
ilə əvəz edilmiş, şəhərlə kəndarası birləşdirici xətlərin sayı
artırılmışdır. Şəhər əhalisinə 5883 nömrəlik, kənd əhalisinə isə
2610 nömrəlik avtomat telefon stansiyaları xidmət göstərmişdir.
Əhalinin poçt rabitəsinə olan tələbatı nəzərə alınaraq 1980-ci ilə
qədər poçt məntəqələrinin sayı 98-ə, poçt daşınmalarında istifadə
edilən avtomaşınların sayı 22-yə çatdırılmışdır.
1980-1985-ci illərdə Naxçıvan şəhəri ilə muxtar respub-
likanın bütün rayon mərkəzləri arasında 60 kanallı kabel xətləri
istifadəyə verilərək tam avtomat telefon əlaqəsi yaradılmışdır.
1985-ci ilin sonuna hər yüz ailəyə düşən telefon aparatlarının
sayı 25-ə çatmışdır.
Ulu öndərin siyasi rəhbərlikdə olduğu illərdə Azərbaycanın
hər yerində olduğu kimi, Naxçıvanda da nəqliyyatın inkişafı
daim diqqət mərkəzində saxlanılmışdır. Belə ki, 1969-1982-ci
illərdə Naxçıvanda nəqliyyatın inkişafı ilə əlaqədar mühüm
tədbirlər həyata keçirilmiş, bu sahədə maddi-texniki baza daha da
möhkəmləndirilmiş, bütün rayon mərkəzlərində və Naxçıvan
şəhərində avtovağzallar tikilərək istifadəyə verilmişdir. Bundan
əlavə, 1976-cı ildə Naxçıvanda 1800 metrlik uçuş-enmə zolağı
olan hava limanı tikilib istifadəyə verilmişdir ki, bu da o dövrün
Dostları ilə paylaş: |