Naxçıvan Muxtar Respublikası – 90
tələbatın səmərəli ödənilməsi ilə yanaşı, muxtar respublikada son
illər ərzində yerli tələbatdan artıq səviyyədə istehsal olunan bir
sıra meyvə və tərəvəz məhsullarının ixracı davamlı xarakter
almışdır.
Aqrar sahədə nəzərdə tutulan xidmət işlərinin yerinə
yetirilməsini sürətləndirmək, sahibkarların əməyini yüngülləşdir-
mək, onların lazımi texnika ilə vaxtında və guzəştli şərtlərlə
təmin edilməsi məqsədilə Naxcıvan Muxtar Respublikası Ali
Məclisi Sədrinin “Aqrar bolmədə lizinqin genişləndirilməsi
sahəsində əlavə tədbirlər haqqında” 2005-ci il 28 yanvar tarixli
Sərəncamı ilə “Naxçıvan Aqrolizinq” Acıq Səhmdar Cəmiyyəti
yaradılmışdır. Hazırda cəmiyyətin 1 satış xidmət bazası və
muxtar respublikanın 6 rayonunda texniki xidmət servisləri
fəaliyyət gostərir. Ötən dövr ərzində “Naxçıvan Aqrolizinq” Açıq
Səhmdar Cəmiyyətinin xətti ilə 348 ədədi 2013-cü ildə olmaqla,
cəmi 1227 ədəd müxtəliftəyinatlı kənd təsərrüfatı texnikası
alınaraq muxtar respublikaya gətirilmişdir.
Aqrar sektorun inkişafında mühüm mərhələ kimi soyuducu
anbarların yaradılması prosesinə xüsusi diqqət yetirilmiş və bu
dövr ərzində ümumi tutumu 11 min 970 ton olan 17 soyuducu
anbar istifadəyə verilmişdir.
Muxtar respublikada kənd təsərrüfatının əsas sahələrindən
biri də heyvandarlıqdır. Əhalinin heyvandarlıq məhsulları ilə
etibarlı təminatı məqsədilə bu sahəyə ötən dövr ərzində xüsusi
diqqət yetirilmişdir.
“Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyəti 2009-cu
ildən başlayaraq Almaniyadan, Avstriyadan, qonşu İran və
Türkiyədən 1688 baş, o cümlədən 84 baş “Şvis”, 423 baş
Naxçıvan Muxtar Respublikası – 90
“Simmental” və 1181 baş “Holştin-friz” cinsindən olan damazlıq
boğaz düyələr gətirərək lizinq yolu ilə sahibkarlara verilmişdir.
Muxtar respublikada maldarlığın cins tərkibini yaxşılaşdırmaq
məqsədilə 19 süni mayalandırma məntəqəsi yaradılmışdır.
1 yanvar 2014-cü il tarixə muxtar respublikanın bütün
təsərrüfat kateqoriyalarında qaramalın sayı 106 min 215 baş,
qoyun və keçilərin sayı isə 635 min 464 baş olmuşdur.
Yüksək tələbata uyğun olaraq, kənd təsərrüfatının mühüm
sahələrindən olan quşçuluq və balıqçılığın inkişafı müntəzəm
olaraq dəstəklənmiş, ötən dövr ərzində 60 yeni quşçuluq və
11 balıqçılıq təsərrüfatları istifadəyə verilmişdir. Muxtar
respublikada
quşçuluq
təsərrüfatlarının
fəaliyyətini
əlaqələndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası
Quşçuluq Birliyi yaradılmışdır.
Heyvandarlıqda və quşçuluqda qüvvəli yemlərə olan
tələbatı ödəmək məqsədilə Naxçıvan şəhərində qarışıq qüvvəli
yem, Ordubad rayonunda quş yemi və Culfa rayonunda heyvan
yemi istehsalı sahələri yaradılmışdır.
Muxtar respublikada kənd təsərrüfatının perspektivli
sahələrindən biri də arıçılıqdır. Bu sahənin inkişafı ilə əlaqədar
son illər göstərilən dövlət maliyyə dəstəyinin həcmi artırılmış,
balın emalı və qablaşdırılması ilə məşğul olan istehsal sahələri
istifadəyə verilmişdir. Arıçılıqla məşğul olan istehsalçıların
fəaliyyətinin tənzimlənməsi, bu sahədə təşkilatlanma işlərinin
aparılması məqsədilə Naxçıvan Muxtar Respublikası “Arıçılar”
İctimai Birliyi yaradılmışdır.
1 yanvar 2014-cü il tarixə muxtar respublikada arı
ailələrinin sayı 2003-cü ilə nisbətən 3,9 dəfə artaraq 68 min
Naxçıvan Muxtar Respublikası – 90
705-ə çatmışdır. 2013-cü ildə muxtar respublikada 1304 ton bal
istehsal olunmuşdur ki, bu da 2003-cü ildəki müvafiq göstəricini
8,4 dəfə üstələmişdir.
Ötən əsrin 80-ci illərindən tikintisinə başlanılmış, lakin
məlum səbəblər üzündən sona çatdırılmamış Vayxır Su
Anbarının tikintisinə 2003-cü ildə yenidən başlanılmış və muxtar
respublika rəhbərliyinin səyi nəticəsində 2005-ci ilin dekabr
ayında başa çatdırılmışdır. Su anbarına ümummilli liderimiz
Heydər Əliyevin adı verilmişdir. Həcmi 100 milyon kubmetr
olan anbar istifadəyə verildikdən sonra 6919 hektar torpaq sahəsi
əkin dövriyyəsinə qatılmış, ümumilikdə isə 16830 hektar sahənin
suvarma suyu ilə təmin edilməsi mümkün olmuşdu. Bundan
əlavə, 2007-ci ildə Arpaçay Su Anbarında əsaslı təmir işlərinə
başlanılmış və 2008-ci ildə başa çatdırılaraq istifadəyə
verilmişdir.
Hazırda muxtar respublikada 30-dan artıq su anbarları və
sututarları mövcuddur ki, bunlara da Araz Su Anbarı istisna
olmaqla, 304,3 milyon kubmetr su ehtiyatı toplamaq mümkün-
dür. Hər il bu su anbarlarına su ehtiyatı toplanaraq suvarma
mövsümündə istifadə olunur ki, bu da çayların təbii rejimdəki su
çatışmazlığının qarşısının alınması deməkdir.
Ötən dövr ərzində muxtar respublikada torpaqların
meliorativ cəhətdən yaxşılaşdırılması üçün Babək rayonunda bir
neçə kollektor-drenaj şəbəkəsi, Şərur rayonunda 25 km
uzunluğunda kollektor çəkilərək ona açıq su yığıcıları və qapalı
drenajlar qoyulmuşdur ki, bu da min hektarlarla torpaq sahələ-
rinin meliorativ cəhətdən yaxşılaşdırılmasına səbəb olmuşdur.
Muxtar respublikada öz axını ilə suvarma şəbəkələri ilə yanaşı,
Dostları ilə paylaş: |