Naxçıvan Muxtar Respublikası – 90
1970-ci ildə muxtar respublikada cəmi 9 pioner düşərgəsində
1660 nəfər məktəbli dincəlmişdirsə, 1980-ci ildə 43 pioner
düşərgəsində 9396 nəfər uşaq istirahət etmişdir.
Muxtar respublika məktəblərində günüuzadılmış qrupların
sayı 1980-ci ildə 435-ə çatmış, sonrakı illərdə onların sayı daha
da artırılaraq 1988-1989-cu tədris ilində 612 qrup təşkil etmişdir.
Bu qruplarda 19553 nəfər məktəbli məşğul olurdu ki, bu da cəmi
oxuyanların 39,1 faizini təşkil edirdi. Bununla yanaşı,
məktəbəqədər müəssisələrin, pioner düşərgələrinin maddi-texniki
bazası,
avadanlıq
və
inventarlarla
təminatı
respublika
səviyyəsindən aşağı idi. Pioner düşərgələri bir qayda olaraq
məktəb binalarında yerləşir, yaşayış və istirahət üçün münasib
deyildilər. Həmin illərdə ulu öndərin uzaqgörən siyasəti
nəticəsində ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan MSSR-
də məktəb tikintisi geniş miqyas aldı. Belə ki, Naxçıvan
şəhərində 8, Şərur rayonunda 46, Babək rayonunda 12, Culfa
rayonunda 15 və bütün muxtar respublika üzrə 103 məktəb inşa
edilmişdir. Ulu öndərin hakimiyyətə gəlişinə qədər muxtar
respublikada ümumtəhsil məktəblərinin şagirdlərinin 59,8 faizi
ikinci növbədə oxuyurdusa, 1980-ci illərin əvvəllərində bu
göstərici 44,2 faizə enmişdir. Muxtar respublikanın bir çox
kəndlərində məktəblilər müasir məktəb binalarında təhsil
alırdılar. 1984-cü ildə Naxçıvan MSSR-də 210 ümumtəhsil
Naxçıvan Muxtar Respublikası – 90
məktəbi, o cümlədən 21 ibtidai, 68 əsas, 121 orta məktəb,
61 məktəbəqədər uşaq müəssisəsi, 6 texniki peşə məktəbi və
4 texnikum fəaliyyət göstərirdi.
Muxtar respublikada sənaye və kənd təsərrüfatının inkişafı
ilə əlaqədar texniki peşə məktəbləri şəbəkəsinin genişləndirilməsi
ölkə rəhbərliyinin diqqətində saxlanılmışdır. Belə ki, 1970-ci ildə
muxtar respublikada 2 texniki peşə məktəbi mövcud idisə, 1980-ci
ildə bu göstərici 8-ə çatdırıldı. Bütövlükdə, 1971-1980-ci illərdə
bu məktəblərdə 9800 nəfərə yaxın ixtisaslı fəhlə kadrı
hazırlanmışdır. 1970-ci ildə peşə məktəblərində 9 ixtisas üzrə
44 usta çalışırdısa, 1980-ci ildə 22 ixtisas üzrə 62 usta təlim
vermişdir.
1980-ci ildə Naxçıvanda bütün təhsil müəssisələri üzrə
müəllimlərin sayı 5276 nəfər təşkil edirdi. Onların 3974 nəfəri
ali, 517 nəfəri natamam, 785 nəfəri isə orta pedaqoji təhsilə malik
idi. Müqayisə üçün 1970-ci ildə bu göstəricilər müvafiq olaraq
3120, 1415, 662 və 1133 nəfər təşkil edirdi. Müəllimlərin
sayında ali təhsillilər təqribən 2,8 dəfə artmış, orta təhsillilər isə
təqribən 1,4 dəfə azalmışdır.
1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli
liderimiz gənc, müstəqil Azərbaycan Respublikasının üzləşdiyi
böyük çətinliklərə baxmayaraq, təhsil sahəsindəki mövqeyini
xalq arasında belə bəyan etdi: “Məktəb, maarif, təhsil işi ilə
Naxçıvan Muxtar Respublikası – 90
həmişə sıx bağlı olmuşam. Hesab edirəm ki, cəmiyyət hara-
dan olursa-olsun, nədən olursa-olsun kəsib təhsilə xərcləməli,
gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir”.
Ulu öndər ikinci dəfə hakimiyyətə qayıdışından sonra
təhsilin milli tərəqqinin gerçək amilinə çevrilməsi üçün geniş
islahatların həyata keçirilməsi vəzifəsini qarşıya qoydu. Bu
baxımdan 1999-cu ilin iyununda imzalanmış “Azərbaycan
Respublikasının Təhsil sahəsində İslahat Proqramı” xüsusi
əhəmiyyət kəsb edir. Belə ki, bu proqram Azərbaycanın milli
təhsil sisteminin aydın strategiya və konsepsiyasını, təhsilin
idarəolunmasında yeni prinsiplərin tətbiq olunmasını, onun
beynəlxalq normalara uyğunlaşdırılmasını və dünya təhsil
sisteminə inteqrasiyasının sürətləndirilməsini özündə əks etdirir.
İslahat proqramının tələblərinin yerinə yetirilməsinin təmin
olunması, onun səmərəliliyinin yüksəldilməsi və təhsil sisteminin
strukturunun yeniləşdirilməsi məqsədilə ulu öndər Heydər Əliyev
“Azərbaycan Respublikasında təhsil sisteminin təkmilləşdiril-
məsi haqqında” 2000-ci il 13 iyun tarixində 349 nömrəli Fərman
imzalamışdır. Bu fərman təhsilin inkişaf istiqamətlərini müəyyən
etməklə təhsil işçilərinin fəaliyyəti üçün stimul yaratmışdır.
Ümummilli liderimiz Heydər Əliyevin 2001-ci il 18 iyun
tarixli “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”,
2001-ci il 9 avqust tarixli “Azərbaycan əlifbası, Azərbaycan dili
Naxçıvan Muxtar Respublikası – 90
gününün təsis edilməsi haqqında” fərmanları və digər qərarlar
təhsilin və elmin inkişafında, mədəni dəyərlərimizin qorunmasın-
da, milli şüurumuzun formalaşdırılmasında müstəsna əhəmiyyətə
malikdir.
Təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən
qoyulmuş siyasi kurs onun layiqli davamçısı, Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yüksək
inam və əzmkarlıqla davam etdirilir. Azərbaycan təhsilinin,
elminin, mədəniyyətinin, idmanının, bir sözlə, mənəvi dəyərləri-
nin daha da inkişaf etdirilməsi dövlət başçısının daim diqqətində
saxlanılır.
Ölkə başçısı tərəfindən 2004-cü il 21 avqust tarixində
təsdiq olunmuş “Azərbaycan Respublikasında ümumtəhsil
məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə
təminatı Proqramı” və 2008-ci il 10 iyun tarixində təsdiq
olunmuş “2008-2012-ci illərdə Azərbaycan Respublikasında
təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”
ölkəmizdə, o cümlədən muxtar respublikada yeni informasiya
texnologiyalarından istifadə olunmaqla təhsilin keyfiyyətinin
yüksəldilməsinə xidmət edən və dünya təhsil sisteminə
inteqrasiya imkanı verən vahid təhsil informasiya mühitini
yaratmaq və əhalini informasiya cəmiyyətinə hazırlamaq məqsədi
daşımışdır. Bu dövr ərzində muxtar respublikada təhsilin maddi-
Dostları ilə paylaş: |