Naxçıvan Muxtar Respublikası – 90
demoqrafik göstəriciləri ilə hazırkı demoqrafik vəziyyətin müqa-
yisəli təhlili bu sahədə ciddi inkişaf meyillərinin mövcudluğunu
sübuta yetirməkdədir.
Gün ərzində muxtar respublikada orta hesabla doğulanların
sayı 1970-ci ildə 21, 1993-cü ildə 22 nəfər olmuşdursa, 2013-cü
ildə bu göstərici 27-yə çatmışdır. Ötən dövr ərzində ölümün
göstəricisi xeyli azalmış və əhalinin hər min nəfərinə hesabı ilə
1970-ci ildəki 7,7 nəfərə qarşı hazırda 4,6 nəfərə düşmüşdür. Hər
1000 nəfər doğulana hesabı ilə 1 yaşa qədər ölən uşaqların sayı
1980-ci ildə 32,1 nəfər olmuşdursa, 2013-cü ildə bu göstərici
azalaraq 0,4 nəfər təşkil etmişdir. Əgər 1970-ci ildə muxtar
respublikada əhalinin hər min nəfərinə hesabı ilə 6,3 nikah
bağlanmışdırsa, 2013-cü ildə bu göstərici 8,1 təşkil etmişdir.
Təhsil. Naxçıvanda maarif və təhsil hələ orta əsrlərdən
inkişaf etmiş, məktəb və mədrəsə təhsili geniş yayılmışdı.
Elxanilər dövrünə aid bir fərmandan məlum olur ki, hələ XII
əsrin sonlarında Naxçıvanda iki mədrəsə mövcud idi. Orta əsr
mənbələrinə görə, XIII əsrin sonlarında Naxçıvanda 4 ali tipli
mədrəsə, məscidlərin nəzdində mollaxana adlanan 60-a qədər
ibtidai mədrəsə fəaliyyət göstərirdi. Dünyəvi fənlərin də təlim
edildiyi Naxçıvan və Ordubad mədrəsələrində Yaxın Şərq
ölkələrindən gəlmiş tələbələr də təhsil alırdılar. Naxçıvan
şəhərində ilk dünyəvi məktəb Ehsan xan Kəngərlinin XIX əsrin
30-cu illərinin sonlarında açdırdığı rus-tatar (Azərbaycan) qəza
məktəbidir. Həmin məktəb 1879-cu ildə üçsinifli şəhər
məktəbinə çevrilmişdi. XIX əsrin sonunda Azərbaycanın başqa
bölgələrində olduğu kimi, Naxçıvanda da üsuli-cədid məktəbləri
yaranmağa başlandı. M.T.Sidqi Ordubadda “Əxtər” (1892),
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanda
“Tərbiyə”
(“Məktəbi-tərbiyə”
1894),
“Qız
məktəbi”ni (1896) təsis etdi. “Мəһəlli məktəblər”, “Məktəbi-
xeyriyyə” və “Rüşdiyyə” kimi tədris ocaqları da fəaliyyət
göstərirdi. XX əsrin əvvəllərində maarif şəbəkəsi genişləndi,
diyarın şəһər və kəndlərində müxtəlif səviyyəli dünyəvi
məktəblər açıldı. Naxçıvanda maarifin inkişafında M.T.Sidqi ilə
yanaşı, dövrün qabaqcıl ziyalıları, Qori və İrəvan müəllimlər
seminariyalarının məzunları C.Məmmədquluzadə, C.P.Sultanov,
M.Ə.Süleymanov, Ə.Хəlilov, S.Xəlilov, M.Kəngərli, Ə.Sultanov,
M.Qazıyev, M.C.Şürbi və başqalarının mühüm xidmətləri
olmuşdur. 1920-ci ilədək Naxçıvanda təqribən 2000 şagirdin
təlim-tərbiyəsi ilə məşğul olan 45 məktəb fəaliyyət göstərirdi.
1920-ci illərdə tədris müəssisələrinin geniş şəbəkəsi
yaradıldı, savadsızlığın aradan qaldırılması uğrunda hərəkat yeni
vüsət aldı. Məktəb şəbəkəsinin genişləndirilməsi nəticəsində
pedaqoji kadrlara olan ehtiyacın ödənilməsi məqsədilə 1922-ci
ilin noyabrında Naxçıvan şəhərində müəllimlər seminariyası təsis
edildi. 1923-1924-cü tədris ilində seminariya Naxçıvan Pedaqoji
Texnikumuna çevrildi və 1923-cü ilin dekabr ayında Ordubad
şəhərində fəaliyyət göstərməyə başladı. Bununla yanaşı, 1924-cü
ilin oktyabrında Naxçıvanda qadın seminariyası yaradılmışdır.
Sovetlər dönəmində Naxçıvan MSSR-də savadsızlığın
kütləvi şəkildə aradan qaldırılması məqsədilə aparılan təhsil
islahatları nəticəsində məktəblər şəbəkəsinin genişləndirilməsi
davam etdirilmişdir. 1930-40-cı illərdə Naxçıvan MSSR-də
147 məktəb, 6 orta ixtisas müəssisəsi və 1939-cu ildə yaradılmış
müəllimlər institutu fəaliyyət göstərirdi.
Naxçıvan Muxtar Respublikası – 90
Naxçıvanda 1945-1946-cı illərdə 176, 1950-1951-ci illərdə
185, 1960-1961-ci illərdə isə 198 məktəb fəaliyyət göstərmişdir.
Bu illər ərzində ümumicbari 7 illik, 8 illik və orta təhsil həyata
keçirilmişdir. Həmçinin yerlərdə ali təhsilli pedaqoji kadrlara
olan tələbatın ödənilməsi məqsədilə 1967-ci ilin iyul ayında
Naxçıvan şəhərində Azərbaycan Dövlət Pedaqoji İnstitutunun
Naxçıvan filialı yaradıldı.
Ümummilli liderimizin Azərbaycana rəhbərliyinin birinci
dövründə bütün sahələrlə yanaşı, milli təhsilin inkişafında da
böyük dönüş yaranmışdır. Xalqımızın böyük oğlu ötən əsrin
70-80-ci illərində ölkənin tərəqqisinin mühüm şərti kimi təhsilin
inkişafının əsas götürüldüyünü xatırladaraq demişdir: “Mən
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra
dərhal birinci növbədə təhsil müəssisələri ilə məşğul olmağa
başladım. Bilirsiniz ki, mən o vaxta qədər də dövlət işində
işləmişdim. Azərbaycanda təhsilin, xüsusən də ali təhsilin
vəziyyəti məni daim maraqlandırmışdır. Təhsilin nailiyyət-
lərini də, qüsurlarını da, nöqsanlarını da bilirdim. Şübhəsiz
ki, respublikanın başçısı kimi məsuliyyətimi də dərk edirdim.
Ona görə də birinci növbədə təhsil məsələlərinə ciddi fikir
verirdim”. Məhz bu amil hesabına təhsilin dövlət səviyyəsində
himayə olunması sayəsində Azərbaycan ötən yüzillikdə sürətli
Naxçıvan Muxtar Respublikası – 90
inkişaf və tərəqqi yoluna qayıtdı, elm, təhsil, mədəniyyət intibah
yolunu tutdu.
1970-1980-ci illərdə muxtar respublikada məktəbəqədər tər-
biyə müəssisələrinin şəbəkəsi genişlənmiş, yeni obyektlər tikil-
mişdir. Belə ki, uşaq bağçalarının sayı Naxçıvan şəhəri üzrə 7-dən
13-ə, Şərur rayonu üzrə 4-dən 10-a, Babək rayonu üzrə 4-dən
6-ya, Culfa rayonu üzrə 5-dən 10-a, Şahbuz rayonu üzrə 4-dən
7-yə yüksəlmişdir. Bütövlükdə, 1970-1980-ci illərdə muxtar
respublikada 3690 yerlik məktəbəqədər uşaq müəssisələri
tikilmişdir.
Bütün respublikada olduğu kimi, Naxçıvan MSSR-də də
gənc nəslin istirahətinə dövlətin təhsil-tərbiyə sisteminin əsas
həlqəsi kimi böyük diqqət yetirilirdi. 1970-1980-ci illərdə uşaq
istirahət mərkəzlərinin, parkların və pioner düşərgələrinin sayı,
bu sahələrə ayrılan vəsaitlərin həcmi xeyli artmışdır. Bu
baxımdan “Uşaqların sağlamlığının qorunmasının vəziyyəti və
onun daha da yaxşılaşdırılması tədbirləri haqqında” muxtar
respublika hökumətinin 1974-cü il 14 fevral tarixli qərarı
diqqətəlayiq idi. Qərarda uşaqların istirahətinin daha da səmərəli
təşkil edilməsi, istirahət zonaları və pioner düşərgələrinin sayının
artırılması, oradakı şəraitin yaxşılaşdırılması, günüuzadılmış
müəssisələrdə uşaqların təlim-tərbiyəsinə və istirahətlərinə daha
böyük diqqət yetirilməsi məsələləri müzakirə olunmuşdur. Əgər
Dostları ilə paylaş: |