Naxçıvan Muxtar Respublikası – 90
V mərhələ : 2003-2013-cü illər
Ümummilli liderimiz Heydər Əliyevin müəyyən etdiyi
strategiyaya əsaslanan və ölkə Prezidenti cənab İlham Əliyevin
dövrün tələbləri nəzərə alınmaqla daim təkmilləşdirdiyi inkişaf
siyasətinə uyğun olaraq, ölkəmizin ayrılmaz hissəsi olan
Naxçıvan Muxtar Respublikası da inkişafın keyfiyyətcə yeni
mərhələsinə qədəm qoymuşdur.
Ötən dövr ərzində ölkəmizdə iqtisadiyyatın və sosial
sahələrin kompleks şəkildə inkişafını, o cümlədən yeni iş
yerlərinin və müəssisələrin yaradılmasını, kommunal, xidmət və
sosial infrastruktur təminatının həcminin və keyfiyyətinin yüksəl-
dilməsini, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını,
iqtisadiyyata investisiya qoyuluşlarının artmasını, əhalinin
məşğulluq səviyyəsinin yüksəldilməsini, yoxsulluğun azaldılma-
sını təmin etmək üçün dövlət proqramları qəbul edilmişdir. İcrası
uğurla başa çatdırılmış 2004-2008-ci illəri əhatə edən “Azərbay-
can Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” və “2009-2013-cü illərdə Azərbaycan Respublikası
regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” ümumiq-
tisadi inkişafın mərkəzlə yanaşı, regionlara doğru istiqamətlən-
məsində müstəsna əhəmiyyət kəsb etmişdir. Müvafiq dövlət
proqramlarının muxtar respublikada icrasını təmin etmək məq-
sədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədri tərəfin-
dən təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikasının Regional
İnkişaf Proqramı (2005-2008-ci illər)” və “Naxçıvan Muxtar
Respublikasının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı” muxtar respublikada investisiya potensialından
Naxçıvan Muxtar Respublikası – 90
tam və kompleks şəkildə istifadə olunmasını, yeni sənaye, kənd
təsərrüfatı, xidmət müəssisələrinin yaradılmasını, məşğulluq
səviyyəsinin yüksəldilməsini, əhalinin təhsil, səhiyyə və digər
sosial təminatlarının daha da yaxşılaşdırılmasını təmin etmişdir.
İqtisadi inkişafın əsas ölçüsü hesab olunan Ümumi Daxili
Məhsul istehsalının həcmi 2013-cü ildə 2 milyard 339 milyon
manat olmaqla 2003-cü ildəki müvafiq göstəricini müqayisəli
qiymətlərlə 8,4 dəfə üstələmişdir.
2013-cü ildə hər bir nəfərə düşən Ümumi Daxili Məhsulun
həcmi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 6,9 dəfə
artaraq 5423 manat səviyyəsində olmuşdur.
2003-cü illə müqayisədə 2013-cü ildə sənaye məhsulunun
həcmi 49 dəfə, əsas kapitala yönəldilən investisiyalar 16,4 dəfə,
kənd təsərrüfatının ümumi məhsulu 4,7 dəfə, nəqliyyat
sektorunda yük daşınması 2,6 dəfə, informasiya və rabitə
xidmətləri 10,3 dəfə, pərakəndə əmtəə dövriyyəsi 11,1 dəfə,
əhaliyə göstərilən pullu xidmətlər 12,9 dəfə, ixracın həcmi
96,6 dəfə, icmal büdcənin həcmi 12,7 dəfə, əhalinin gəlirləri
10,2 dəfə, hər bir nəfərə düşən gəlirlər 8,8 dəfə, orta aylıq
əməkhaqqı isə 9,8 dəfə artmışdır.
Sənaye sahəsinin aparıcı mövqedə olduğu müasir
iqtisadiyyatın qurulması istiqamətində həyata keçirilən tədbirlər
nəticəsində son illər ərzində ciddi iqtisadi uğurlar qazanılmış,
sürətli inkişaf üçün zəngin potensial formalaşmış, azad
sahibkarlığın inkişafına əlverişli şərait yaradılmışdır. Aparılan
iqtisadi
siyasətin
davam
etdirilməsini
və
sənayenin
modernləşməsini təmin etmək məqsədilə Naxçıvan Muxtar
Respublikası Ali Məclisi Sədrinin 2013-cü il 6 iyun tarixli
Naxçıvan Muxtar Respublikası – 90
Fərmanı ilə “Sənaye parkları haqqında Əsasnamə” təsdiq
olunmuşdur.
2003-cü ilin sonuna muxtar respublikada 66 sənaye müəs-
sisəsi fəaliyyət göstərirdisə, 2013-cü ilin sonuna bu göstərici
7 dəfə artaraq 438-ə çatmışdır. Sənaye müəssisələrinin fəaliyyəti-
nin bərpa edilməsi və yeni istehsal sahələrinin yaradılması sənaye
məhsulu istehsalının dinamik artımına səbəb olmuşdur. 2013-cü
ildə muxtar respublikada 862 milyon 871 min manatlıq sənaye
məhsulu istehsal edilmişdir ki, bu da 2003-cü illə müqayisədə
49 dəfə çoxdur. Muxtar respublikada sənaye sahəsində əldə
olunmuş dinamik inkişaf meyillərinin dayanıqlılığının təmin
olunması üçün həyata keçirilən kompleks tədbirlərin mühüm bir
istiqaməti bu sahədə səmərəli kreditləşdirmə mexanizminin
formalaşdırılmasından ibarətdir. Təkcə 2005-2013-cü illər
ərzində sənaye sahəsində iqtisadi aktivliyi gücləndirmək üçün
sahibkarlara 70 milyon manatdan artıq həcmdə güzəştli kreditlər
verilmişdir.
2013-cü ildə muxtar respublikanın sənaye müəssisələrində
15385 nəfər işçi çalışmışdır ki, bu da 2003-cü ildəki müvafiq
göstəricini 5,4 dəfə üstələmişdir.
Muxtar respublikada orta aylıq əməkhaqqının yüksək
olduğu iqtisadi fəaliyyət sahələrindən biri olan sənaye sahəsində
bu göstərici 2013-cü ilin sonuna 356,3 manata çatmaqla 2003-cü
ildəki müvafiq göstəricidən 4,7 dəfə artıqdır.
Uzun müddət ərzində enerji resurslarına çıxış imkanlarının
məhdudluğu blokadanın yaratdığı ən kəskin problemlərdən biri
kimi ümumi inkişafa ciddi mənfi təsir göstərməkdə idi. Ötən illər
ərzində bu sahədə intensiv tədbirlər həyata keçirilmiş,
Dostları ilə paylaş: |