Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
364  min  manat  olmuşdur  ki,  bu  da  2003-cü  ildəki  müvafiq 
göstəricidən 12,7 dəfə çoxdur. 
Ötən dövr ərzində muxtar respublikada kütləvi informasiya 
vasitələrinin  inkişafı  da  diqqət  mərkəzində  saxlanmış,  “Şərq 
qapısı” qəzeti redaksiyası və Əcəmi Nəşriyyat-Poliqrafiya Birliyi 
üçün  müasir  avadanlıqlarla  təchiz  edilmiş  yeni  redaksiya-
nəşriyyat kompleksi istifadəyə verilmişdir. 
“Kanal-35”  televiziyası  və  “Naxçıvanın  səsi”  radiosu, 
Naxçıvan  Dövlət  Universitetində  Universitet  televiziyası, 
“Nuhçıxan”  radiosu  fəaliyyətə  başlamış,  Naxçıvan  Muxtar 
Respublikası Dövlət Televiziya və Radio Verilişləri  Komitəsinin 
maddi-texniki  bazası  gücləndirilmiş  və  efir  vaxtı  artırılmışdır. 
Bununla  yanaşı,  hazırlanan  verilişlərin  keyfiyyətini  artırmaq 
məqsədilə dövlət teleradiosunda, eləcə də “Kanal-35” televiziya-
sında  və  “Naxçıvanın  səsi”  radiosunda  bədii  şuralar  fəaliyyətə 
başlamışdır.  Ötən  dövr  ərzində  şəhər  və  rayon  qəzetlərinin  də 
maddi-texniki bazaları yaxşılaşdırılmışdır.  
Muxtar  respublikada  turizmin  əhəmiyyətini  artırmaq, 
turizm  potensialını  təbliğ  etmək,  yerli  adət-ənənələri,  milli 
mətbəxi, mədəni və tarixi irsi tanıtmaq, müasir turizm kompleks-
ləri yaratmaq  və turizmi  iqtisadiyyatın  gəlirli sahələrindən birinə 
çevirmək  istiqamətində  aparılan  məqsədyönlü  tədbirlər  öz 
müsbət  nəticələrini  göstərmişdir.  2013-cü  ildə  muxtar  respub-
likamıza  ölkəmizin  digər  bölgələrindən  və  xarici  ölkələrdən, 
ümumilikdə, 370 min 638 nəfər turist gəlmişdir ki, bu da 2003-cü 
ildəki müvafiq göstəricini 5,4 dəfə üstələmişdir.  
İnstitusional  islahatların  mühüm  istiqamətlərindən  biri 
idarəetmənin çevikliyini və səmərəliliyini təmin etmək məqsədilə 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
yeni  dövlət  hakimiyyəti  və  xidmət  orqanlarının  təsis  edilmə-
sindən ibarətdir.  
Ötən  dövr  ərzində  muxtar  respublika  rəhbərliyi  tərəfindən 
bu  istiqamətdə  mühüm  tədbirlər  reallaşdırılmış,  xeyli  miqdarda 
yeni  idarəetmə  strukturları  təsis  olunmuş,  səlahiyyətləri  təkrar-
lanan  və  paralel  funksiyalara  malik  orqanlar  birləşdirilmiş,  isla-
hatlar  xeyli  intensivləşdirilmişdir.  Bütün  bunlar  isə,  öz  növbə-
sində  muxtar  respublikada  dayanıqlı  və  professional  kadr 
potensialının formalaşdırılmasına zəmin yaratmışdır.  
Azərbaycan  Respublikasının  2004-cü  il  19  mart  tarixli 
Qanunu  ilə  Naxçıvan  Muxtar  Respublikasının  Babək  və  Şərur 
rayonlarının  inzibati  ərazilərində  qismən  dəyişikliklər  edilərək 
Kəngərli  rayonu  yaradılmışdır.  Rayonun  ərazisi  704,89  kvadrat-
kilometr,  əhalisi  1  may  2014-cü  il  tarixə  30,7  min  nəfərdir. 
Kəngərli  rayonunun  mərkəzi  Qıvraq  qəsəbəsi  olmaqla,  10  kəndi 
əhatə edir.  
Ötən  dövr  ərzində  Əliabad  və  Qıvraq  kəndlərinə  qəsəbə, 
Şahbuz  qəsəbəsinə  şəhər  statusu  verilmiş,  96  inzibati  ərazi  dai-
rəsi,  4  sahə  inzibati  ərazi  dairəsi,  300-dən  artıq  dövlət  hakimiy-
yəti  və  yerli  özünüidarəetmə  orqanı,  dövlət  mülkiyyətində  olan 
digər  idarə,  müəssisə  və təşkilatlar  yaradılmışdır ki, bu da idarə-
etmənin əhatəli və səmərəli təşkili üçün şərait yaratmaqdadır. 
Əhali.  Naxçıvan  Muxtar  Respublikasında  ailə-nikah, 
doğum,  ölüm,  təbii  artım,  insanların  sağlamlığının  mühafizəsi 
və  möhkəmləndirilməsi,  əhalinin  məşğulluq  və  həyat  səviy-
yəsinin  yaxşılaşdırılması, ömrünün  uzadılması,  miqrasiya  və sair 
bu  kimi  prosesləri  özündə  birləşdirən  demoqrafiya  siyasətində 
əsas  məqsəd  demoqrafik  hadisələrə  təsir  göstərən  ən  mühüm 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
amilləri  nəzərə  alaraq,  cəmiyyətin  və  onun  hər  bir  üzvünün 
mənafeyinə uyğun olan, normal əhali artımını təmin edən şəraitin 
yaradılmasına nail olmaqdan ibarətdir. 
2009-cu ildə keçirilmiş əhalinin siyahıyaalınmasına əsasən 
muxtar  respublika  əhalisinin  99,6  faizini  azərbaycanlılar  təşkil 
etmişdir.  Burada  həmçinin  ruslar,  kürdlər  və  digər  xalqların 
nümayəndələri  də  yaşayır.  Naxçıvan  Muxtar  Respublikası        
171  inzibati  ərazi,  4  sahə  inzibati  ərazi  dairəsindən  təşkil 
olunmuşdur  Muxtar  respublikada  5  şəhər,  8  qəsəbə  və  206  kənd 
mövcuddur. (1 yanvar 2014-cü il tarixə). 
Naxçıvan Muxtar Respublikasının yarandığı 1924-cü ildən 
keçən  dövr  ərzində  Azərbaycan  Respublikasında  olduğu  kimi, 
burada  da  əhalinin  doğum,  ölüm  və  təbii  artım  göstəricilərində, 
həmçinin  miqrasiyası  prosesində  müəyyən  müsbət  dəyişikliklər 
yaranmış,  bu  dəyişikliklər  əhalinin  artımına  zəmin  yaratmışdır. 
1926-cı  ildə  keçirilmiş  əhalinin  siyahıyaalınmasına  görə  muxtar 
respublikada əhalinin sayı 104,9 min nəfər olmuşdur ki, bunun da 
14,7 min nəfərini və ya 14 faizini şəhər əhalisi, 90,2 min nəfərini 
və  ya  86  faizini  kənd  əhalisi  təşkil  etmişdir.  1  may  2014-cü  il 
tarixə əhalinin sayı 4,2 dəfə artaraq 436,6 min nəfər olmuşdur ki, 
onların da 127,5  min  nəfəri şəhər əhalisi  və 309,1  min  nəfəri  isə 
kənd  əhalisi  olmaqla,  kişilərin  sayı  217,2  min  nəfər,  qadınların 
sayı  isə  219,4  min  nəfər  təşkil  etmişdir.  Hazırda  əhalinin  sıxlığı 
(1 kvadratkilometrə düşən əhalinin sayı) 79 nəfər təşkil edir.  
Həyata  keçirilən  iqtisadi  islahatların  səmərəliliyi,  əhalinin 
yaşayış  səviyyəsinin  və  güzəranının  daha  da  yaxşılaşması,  öz 
növbəsində,  demoqrafik  vəziyyətin  qənaətbəxş  mənzərəsini  tə-
min etmişdir. Muxtar respublikanın Sovetlər Birliyi dönəmindəki 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə