Azərbaycan respublikasi naxçivan muxtar respublikasi – 90



Yüklə 49,79 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix01.08.2018
ölçüsü49,79 Mb.
#60007
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
demoqrafik göstəriciləri ilə hazırkı demoqrafik vəziyyətin  müqa-
yisəli  təhlili  bu  sahədə  ciddi  inkişaf  meyillərinin  mövcudluğunu 
sübuta yetirməkdədir.  
Gün ərzində muxtar respublikada orta hesabla doğulanların 
sayı 1970-ci  ildə 21, 1993-cü  ildə  22  nəfər olmuşdursa, 2013-cü 
ildə  bu  göstərici  27-yə  çatmışdır.  Ötən  dövr  ərzində  ölümün 
göstəricisi  xeyli  azalmış  və  əhalinin  hər  min  nəfərinə  hesabı  ilə 
1970-ci ildəki 7,7 nəfərə qarşı hazırda 4,6 nəfərə düşmüşdür. Hər 
1000  nəfər  doğulana  hesabı  ilə  1  yaşa  qədər  ölən  uşaqların  sayı 
1980-ci  ildə  32,1  nəfər  olmuşdursa,  2013-cü  ildə  bu  göstərici 
azalaraq  0,4  nəfər  təşkil  etmişdir.  Əgər  1970-ci  ildə  muxtar 
respublikada  əhalinin  hər  min  nəfərinə  hesabı  ilə  6,3  nikah 
bağlanmışdırsa, 2013-cü ildə bu göstərici 8,1 təşkil etmişdir.  
Təhsil.  Naxçıvanda  maarif  və  təhsil  hələ  orta  əsrlərdən 
inkişaf  etmiş,  məktəb  və  mədrəsə  təhsili  geniş  yayılmışdı. 
Elxanilər  dövrünə  aid  bir  fərmandan  məlum  olur  ki,  hələ  XII 
əsrin  sonlarında  Naxçıvanda  iki  mədrəsə  mövcud  idi.  Orta  əsr 
mənbələrinə  görə,  XIII  əsrin  sonlarında  Naxçıvanda  4  ali  tipli 
mədrəsə,  məscidlərin  nəzdində  mollaxana  adlanan  60-a  qədər 
ibtidai  mədrəsə  fəaliyyət  göstərirdi.  Dünyəvi  fənlərin  də  təlim 
edildiyi  Naxçıvan  və  Ordubad  mədrəsələrində  Yaxın  Şərq 
ölkələrindən  gəlmiş  tələbələr  də  təhsil  alırdılar.  Naxçıvan 
şəhərində  ilk  dünyəvi  məktəb  Ehsan  xan  Kəngərlinin  XIX  əsrin 
30-cu  illərinin  sonlarında  açdırdığı  rus-tatar  (Azərbaycan)  qəza 
məktəbidir.  Həmin  məktəb  1879-cu  ildə  üçsinifli  şəhər 
məktəbinə  çevrilmişdi.  XIX  əsrin  sonunda  Azərbaycanın  başqa 
bölgələrində  olduğu  kimi,  Naxçıvanda  da  üsuli-cədid  məktəbləri 
yaranmağa  başlandı.  M.T.Sidqi  Ordubadda  “Əxtər”  (1892), 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanda 
“Tərbiyə” 
(“Məktəbi-tərbiyə” 
1894), 
“Qız 
məktəbi”ni  (1896)  təsis  etdi.  “Мəһəlli  məktəblər”,  “Məktəbi-
xeyriyyə”  və  “Rüşdiyyə”  kimi  tədris  ocaqları  da  fəaliyyət 
göstərirdi.  XX  əsrin  əvvəllərində  maarif  şəbəkəsi  genişləndi, 
diyarın  şəһər  və  kəndlərində  müxtəlif  səviyyəli  dünyəvi 
məktəblər  açıldı.  Naxçıvanda  maarifin  inkişafında  M.T.Sidqi  ilə 
yanaşı,  dövrün  qabaqcıl  ziyalıları,  Qori  və  İrəvan  müəllimlər 
seminariyalarının  məzunları  C.Məmmədquluzadə,  C.P.Sultanov, 
M.Ə.Süleymanov, Ə.Хəlilov, S.Xəlilov, M.Kəngərli, Ə.Sultanov, 
M.Qazıyev,  M.C.Şürbi  və  başqalarının  mühüm  xidmətləri 
olmuşdur.  1920-ci  ilədək  Naxçıvanda  təqribən  2000  şagirdin 
təlim-tərbiyəsi ilə məşğul olan 45 məktəb fəaliyyət göstərirdi.  
1920-ci  illərdə  tədris  müəssisələrinin  geniş  şəbəkəsi 
yaradıldı, savadsızlığın aradan qaldırılması uğrunda  hərəkat  yeni 
vüsət  aldı.  Məktəb  şəbəkəsinin  genişləndirilməsi  nəticəsində 
pedaqoji  kadrlara  olan  ehtiyacın  ödənilməsi  məqsədilə  1922-ci 
ilin noyabrında Naxçıvan şəhərində müəllimlər seminariyası təsis 
edildi.  1923-1924-cü  tədris  ilində  seminariya  Naxçıvan  Pedaqoji 
Texnikumuna  çevrildi  və  1923-cü  ilin  dekabr  ayında  Ordubad 
şəhərində fəaliyyət göstərməyə başladı. Bununla yanaşı, 1924-cü 
ilin oktyabrında Naxçıvanda qadın seminariyası yaradılmışdır.  
Sovetlər  dönəmində  Naxçıvan  MSSR-də  savadsızlığın 
kütləvi  şəkildə  aradan  qaldırılması  məqsədilə  aparılan  təhsil 
islahatları  nəticəsində  məktəblər  şəbəkəsinin  genişləndirilməsi 
davam  etdirilmişdir.  1930-40-cı  illərdə  Naxçıvan  MSSR-də    
147  məktəb, 6 orta ixtisas  müəssisəsi və 1939-cu ildə yaradılmış 
müəllimlər institutu fəaliyyət göstərirdi.  


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
Naxçıvanda 1945-1946-cı illərdə 176, 1950-1951-ci illərdə 
185,  1960-1961-ci  illərdə  isə  198  məktəb  fəaliyyət  göstərmişdir. 
Bu  illər  ərzində  ümumicbari  7  illik,  8  illik  və  orta  təhsil  həyata 
keçirilmişdir.  Həmçinin  yerlərdə  ali  təhsilli  pedaqoji  kadrlara 
olan  tələbatın  ödənilməsi  məqsədilə  1967-ci  ilin  iyul  ayında 
Naxçıvan  şəhərində  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 
Naxçıvan filialı yaradıldı. 
 
Ümummilli  liderimizin  Azərbaycana  rəhbərliyinin  birinci 
dövründə  bütün  sahələrlə  yanaşı,  milli  təhsilin  inkişafında  da 
böyük  dönüş  yaranmışdır.  Xalqımızın  böyük  oğlu  ötən  əsrin     
70-80-ci  illərində  ölkənin  tərəqqisinin  mühüm  şərti  kimi  təhsilin 
inkişafının  əsas  götürüldüyünü  xatırladaraq  demişdir:  “Mən 
1969-cu il iyulun 14-də Azərbaycana rəhbər seçiləndən sonra 
dərhal  birinci  növbədə  təhsil  müəssisələri  ilə  məşğul  olmağa 
başladım.  Bilirsiniz  ki,  mən  o  vaxta  qədər  də  dövlət  işində 
işləmişdim.  Azərbaycanda  təhsilin,  xüsusən  də  ali  təhsilin 
vəziyyəti  məni  daim  maraqlandırmışdır.  Təhsilin  nailiyyət-
lərini  də,  qüsurlarını  da,  nöqsanlarını  da  bilirdim.  Şübhəsiz 
ki, respublikanın başçısı kimi məsuliyyətimi də dərk edirdim. 
Ona  görə  də  birinci  növbədə  təhsil  məsələlərinə  ciddi  fikir 
verirdim”.  Məhz  bu  amil  hesabına  təhsilin  dövlət  səviyyəsində 
himayə  olunması  sayəsində  Azərbaycan  ötən  yüzillikdə  sürətli 


 
 
 
Naxçıvan Muxtar Respublikası – 90 
 
 
inkişaf və tərəqqi  yoluna qayıtdı, elm, təhsil,  mədəniyyət  intibah 
yolunu tutdu. 
1970-1980-ci  illərdə  muxtar respublikada  məktəbəqədər tər-
biyə  müəssisələrinin  şəbəkəsi  genişlənmiş,  yeni  obyektlər  tikil-
mişdir. Belə ki,  uşaq bağçalarının sayı Naxçıvan şəhəri  üzrə 7-dən 
13-ə,  Şərur  rayonu  üzrə  4-dən  10-a,    Babək    rayonu    üzrə  4-dən 
6-ya,  Culfa  rayonu  üzrə  5-dən  10-a,  Şahbuz  rayonu  üzrə  4-dən  
7-yə  yüksəlmişdir.  Bütövlükdə,  1970-1980-ci  illərdə  muxtar 
respublikada  3690  yerlik  məktəbəqədər  uşaq  müəssisələri 
tikilmişdir.  
Bütün  respublikada  olduğu  kimi,  Naxçıvan  MSSR-də  də 
gənc  nəslin  istirahətinə  dövlətin  təhsil-tərbiyə  sisteminin  əsas 
həlqəsi  kimi  böyük  diqqət  yetirilirdi.  1970-1980-ci  illərdə  uşaq 
istirahət  mərkəzlərinin,  parkların  və  pioner  düşərgələrinin  sayı, 
bu  sahələrə  ayrılan  vəsaitlərin  həcmi  xeyli  artmışdır.  Bu 
baxımdan  “Uşaqların  sağlamlığının  qorunmasının  vəziyyəti  və 
onun  daha  da  yaxşılaşdırılması  tədbirləri  haqqında”  muxtar 
respublika  hökumətinin  1974-cü  il  14  fevral  tarixli  qərarı 
diqqətəlayiq  idi. Qərarda uşaqların istirahətinin daha da səmərəli 
təşkil edilməsi, istirahət zonaları və pioner düşərgələrinin sayının 
artırılması,  oradakı  şəraitin  yaxşılaşdırılması,  günüuzadılmış 
müəssisələrdə  uşaqların  təlim-tərbiyəsinə  və  istirahətlərinə  daha 
böyük  diqqət  yetirilməsi  məsələləri  müzakirə  olunmuşdur.  Əgər 


Yüklə 49,79 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə