Azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari



Yüklə 31,86 Kb.

tarix01.06.2018
ölçüsü31,86 Kb.


Azərbaycan Respublikasının Torpaq Məcəlləsi ilə bağlı bəzi normativ-hüquqi 

aktlar haqqında

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 

"Azərbaycan  Respublikasının  1999-cu  il  25  iyun  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş 

Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsinin  tətbiq  edilməsi  barədə"  Azərbaycan 

Respublikası  Prezidentinin  1999-cu  il  4  avqust  tarixli,  176  nömrəli  Fərmanının  icrası  ilə 

əlaqədar Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır: 

1.  "Radioaktiv  və  kimyəvi  çirklənməyə  və  məruz  qalmış  torpaqların  təsərrüfat 

dövriyyəsindən  çıxarılması,  konservasiya  edilməsi,  mühafizəsi,  sağlamlaşdırılması  və 

istifadəsi  Qaydaları",  "Ekzogen  geoloji  proseslərə  məruz  qalmış  torpaqlarda  mühəndis-

texniki  və  kənd  təsərrüfatı  işlərinin  aparılmasına  icazə  verilməsi  Qaydası"  və  "Torpaqların 

zonalaşdırılmasının ümumi əsasları və prinsipləri" təsdiq edilsin (əlavə olunur). 

(Çıxarılıb)

[1]

 

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ 



 

 

 

Bakı şəhəri, 1 may 2000-ci il 

№ 79 

 

 



Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin

 

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə



 

TƏSDİQ EDİLMİŞDİR

 

 

 



 

 

Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaqların təsərrüfat 



dövriyyəsindən çıxarılması, konservasiya edilməsi, mühafizəsi, 

sağlamlaşdırılması və istifadəsi 

  

QAYDALARI

[2]

 

 

 



Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Torpaq  Məcəlləsinə  və  digər  qanunvericilik 

aktlarına  uyğun  olaraq  Azərbaycan  Respublikası  ərazisində  radioaktiv  və  kimyəvi 

çirklənməyə  məruz  qalmış  torpaqların  təsərrüfat  dövriyyəsindən  çıxarılması,  konservasiya 

edilməsi, mühafizəsi, sağlamlaşdırılması və istifadəsi qaydasını müəyyən edir. 

1.  Radioaktiv  və  kimyəvi  çirklənməyə  məruz  qalmış,  insanların  sağlamlığına  təhlükə 

yarada  bilən,  habelə  məhsul  istehsalı  üçün  sanitar  tələblərə  cavab  verməyən  torpaqlar 

müvafiq  yerli  icra  hakimiyyətlərinin  və  bələdiyyələrin  qərarı  ilə  təsərrüfat  dövriyyəsindən 

müvəqqəti çıxarılaraq, konservasiya olunur və bərpa edilməsi üçün ehtiyat torpaq fonduna 

keçirilir.  Sağlamlaşdırılan  torpaq  sahələri

Əmlak  Məsələləri  Dövlət  Komitəsinin

,  Kənd 


Təsərrüfatı  Nazirliyi Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar 

Cəmiyyətinin,  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət  Komitəsinin,  Səhiyyə 




Nazirliyinin  və  digər  əlaqədar  təşkilatların  mütəxəssislərindən  ibarət  ekspert  qrupunun 

rəyinə  əsasən  həmin  torpaqları  təsərrüfat  dövriyyəsindən  çıxaran  orqanların  qərarı  ilə 

əvvəlki istifadəçilərinə qaytarılır və təyinatına uyğun olaraq istifadə edilir.

[3]

 

2.  Bütün  növ  torpaqlarda  radioaktiv  maddələrin  miqdarının  çox  olması  həm  təbii 



mənşəli  radioaktiv  maddələrlə,  həm  də  texnogen  xarakterli  mənbələrlə  əlaqədardır. 

Torpaqlarda radioaktivliyin normadan çox olmasına səbəb mənşəcə təbii və süni radioaktiv 

elementlər ola bilər. 

3.  Torpaqların  kimyəvi  maddələrlə  çirklənməsinin  əsas  mənbələri  kənd  təsərrüfatında 

bitkilərin  mühafizəsində  istifadə  olunan  zəhərli  kimyəvi  maddələr,  eyni  zamanda  mineral 

gübrələr, sənaye, məişət və sair xarakterli çirkablı sular və tullantılardır. 

4.  Radioaktiv  və  kimyəvi  çirklənmə  zamanı  radionuklidlərin  radiasiya  təhlükəliliyi, 

onların  yarımparçalanma  dövrü,  kimyəvi  maddənin  toksikliyi,  torpaqda  parçalanma 

müddəti və s. nəzərə alınmalıdır. 

Radioaktiv və kimyəvi çirklənməyə məruz qalmış torpaq sahələri çirklənmə dərəcəsi və 

xarakterinə görə aşağıdakı qruplara bölünür: 

a) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 1.0—2.0 misli qədər olan təhlükə 

ehtimallı sahələr. 

Bu  sahələrdə  canlı  orqanizmlərin  yaşaması  və  fəaliyyəti  xüsusi  sanitar  və  gigiyenik 

normativlərlə,  həmçinin  otlaq  sahələrində  həmin  maddələrin  dövranını  ev  heyvanlarından 

alınan  ət  və  süd  məhsullarının  tərkibindəki  miqdarı ilə  müəyyənləşdirilir.  Kənd  təsərrüfatı 

üçün  istifadəsi  qeyri-mümkün  olan  torpaq  sahələrini  xüsusi  çəpər  və  ya  göstərici  işarələr 

vasitəsi ilə izolə etmək lazımdır. 

b) çirklənmə dərəcəsi mövcud normaların son həddinin 2.0 mislindən çox olan təhlükəli 

torpaq sahələri. 

Bu  sahələrdə  təmas  yalnız  xüsusi  sanitar-gigiyenik  normativlərlə  məhdudlaşır.  Belə 

sahələr ətraf mühitdən tamamilə izolə edilməlidir. 

5.  Radioaktiv  və  kimyəvi  çirklənməyə  məruz  qalmış  torpaqların  təsərrüfat 

dövriyyəsindən  çıxarılması,  konservasiya  edilməsi,  mühafizəsi,  sağlamlaşdırılması  və 

onların bərpası mülkiyyət formasından asılı olmayaraq bütün fiziki və hüquqi şəxslər üçün 

məcburidir. 

6.  Radioaktiv  və  kimyəvi  çirklənmiş  torpaq  sahələrinin  müəyyən  edilməsi  ilkin  elmi-

texniki  ekspertiza  nəticələri  əsasında  Dövlət  Ekologiya  və  Təbiətdən  İstifadəyə  Nəzarət 

Komitəsi, 

Əmlak  Məsələləri  Dövlət  Komitəsi

,  Səhiyyə  Nazirliyi,  Kənd  Təsərrüfatı 

Nazirliyi Azərbaycan  Meliorasiya  və  Su  Təsərrüfatı  Açıq  Səhmdar  Cəmiyyəti və  öz 

səlahiyyətləri daxilində digər əlaqədar təşkilatlar tərəfindən həyata keçirilir.



[4]

 

7.  Radioaktiv  və  kimyəvi  çirklənməyə  məruz  qalmış  torpaq  sahələrinin  çirklənmə 



dərəcəsi,  çirklənmə  mənşəyi,  tərkibi,  əsas  torpaq  kütləsi  ilə  əlaqə  forması,  aqreqat,  fiziki-

kimyəvi  xüsusiyyətləri,  dərin  qatlara  və  yer  səthinə  zərərli  təsirin  məsafədən  asılılıq 

qanunauyğunluqlarının  müəyyən  edilməsi  xüsusi  yüksək  ixtisaslı  mütəxəssislər  tərəfindən 

elmi tədqiqat işləri nəticəsində həyata keçirilir. 

8.  Radioaktiv  elementlərlə  çirklənmiş  torpaq  sahələrinin  çirklənmə  dərəcəsi,  torpaq 

qatının çirklənməsi dərinliyindən, torpağın tipi, növü, geomineraloji və ətraf mühitin coğrafi 

xüsusiyyətlərindən  asılı  olaraq  konservasiya  və  bərpa  işləri  aşağıdakı  qaydada  həyata 

keçirilir: 

a)  təhlükə  ehtimalı  torpaq  sahələrində  çirklənməyə  təbii  radioaktiv  izotoplar  səbəb 

olduqda,  həmin  sahələrdə  təsərrüfat  fəaliyyəti  və  təmas  üçün  xüsusi  qaydalar  müəyyən 

olunur.  Bu  sahələrdə  radioaktiv  maddələrin  tərkibi,  aqreqat  halı,  ionlaşdırıcı  şüaların 



mənşəyi  və  intensivliyi  müəyyən  edilir.  İlk  növbədə  çirklənmə  dərəcəsinin  artmasının 

qarşısının alınması və sonrakı çirklənmənin azalmasına yönəlmiş elmi-texniki işlər aparılır; 

b)  təhlükəli  torpaq  sahələrində  çirklənmə  zonaları  mütləq  ətraf  mühitdən  izolə 

edilməlidir.  Çirklənmə  mənbəyinin  xarakteri,  tərkibi  və  şüa  növü  tədqiq  olunaraq  ətraf 

mühitə  təhlükə  ehtimalını  müvəqqəti  azaltmaq  üçün  işçi  planı  hazırlanıb  yerinə 

yetirilməlidir.  Sonralar  isə  əsaslı  təmizləmə  və  radioaktiv  dezaktivasiya  texnologiyası 

əsasında tədbirlər planı yerinə yetirilməlidir. 

9.  Radioaktiv  və  kimyəvi  çirklənməyə  məruz  qalma  təhlükəsi  gözlənilən  sənaye 

obyektlərində həmin obyektlərin yerləşdiyi və qonşu torpaq sahələrində çirklənmə zonasının 

hüdudlarından asılı olaraq uzunmüddətli monitorinq müşahidə məntəqələri yaradılmalıdır. 

10.  İstehsal  prosesi  zamanı  torpaqda  radioaktiv  və  kimyəvi  çirklənmə halları  müşahidə 

edildikdə həmin torpaq sahələrində xüsusi cari sağlamlaşdırma tədbirləri həyata keçirilir, bu 

tədbirlərin  tətbiqi  müsbət  nəticələr  vermədikdə  istehsal  prosesi  dayandırılır  və  torpaq 

sahələri təsərrüfat dövriyyəsindən çıxarılaraq konservasiya edilir. 

11. İstehsal prosesi zamanı fiziki və hüquqi şəxslərin səhlənkarlığı nəticəsində radioaktiv 

və  kimyəvi  çirklənməyə  məruz  qalmış  torpaqların  təsərrüfat  dövriyyəsindən  çıxarılması, 

konservasiya  edilməsi  və  sağlamlaşdırılması  işlərinin  dəyəri  təqsirkar  şəxslər  tərəfindən 

ödənilir. 

12.  Təbii  fəlakət  və  fövqəladə hallar nəticəsində dövlət  mülkiyyətində  olan  obyektlərdə 

baş  verən  qəza  və  eləcə  də  digər  mənbələrin  tullantıları  ilə  radioaktiv  və  kimyəvi 

çirklənməyə  məruz  qalmış  torpaqların  təsərrüfat  dövriyyəsindən  çıxarılması,  konservasiya 

edilməsi, mühafizəsi, sağlamlaşdırılması işlərinin dəyəri müəyyən olunmuş qaydada dövlət 

büdcəsindən ödənilir. 

 

 



 

 

 



 

 

 



Azərbaycan Respublikası Nazirlər 

Kabinetinin 

2000-ci il 1 may tarixli, 79 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 



 

: docs -> pdf
pdf -> Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kollegiya üzvlərinin təsdiq edilməsi haqqında
pdf -> Energetika haqqında azərbaycan respublikasinin qanunu I f ə s I l Ümumi MÜDDƏalar
pdf -> Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında
pdf -> “Azərbaycan Respublikası Hökuməti ilə Tacikistan Respublikası
pdf -> Azərbaycan Respublikasında heyvanlar aləmi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi haqqında
pdf -> Qaydaları haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari "
pdf -> Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> “Heyvanlar aləminin mühafizəsi və istifadəsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi qaydaları", "Heyvanlar aləmindən istifadəyə görə ödəmələrin növləri
pdf -> Torpaq sürüşməsi təhlükəsi olan ərazilərin müəyyən edilməsi və bu


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə