127
aqreqatların və trombların əmələ gəlməsinə, həmçinin sindromun inkişafına səbəb
olan və toxumaların oksigenlə təchizi və mikrosirkulyasiya pozğunluqlarının
meydana çıxmasını qaçınılmaz edən trombinin generasiyasına gətirib çıxarır.
YDLS-nun
ikinci mərhələsində hemostaz sistemi əsas zülallarının
oksidləşdirici zədələnməsi “istehlak” fenomeninin proqressivləşməsinə və hemostaz
sistemi əsas faktorlarının defisitinə səbəb olur. Fibrinolitik sistemin depressiyası
əmələ gəlmiş trombların kifayət qədər effektiv lizisinə imkan vermir, bu da normal
mikrosirkulyasiyanın bərpasına mane olur.
Kəskin destruktiv pankreatitlər zamanı xəstələrdə hemostaz pozğunluqlarında
OS rolunun təsdiqi AT-III müayinəsi zamanı əldə olunmuş məlumatlardır. AT-III
aşağı göstəricisi olan xəstələrdə ZKQ yüksək, normal AT-III (p<0,05) səviyyəsi olan
xəstələrə nisbətən isə ZSQ aşağı olmuşdur. Bundan başqa, zülallardakı karbonillərin
miqdarı və AT-III aktivliyi arasındakı mənfi korrelyasion asılılıq aşkar olunmuşdur.
Beləliklə, kəskin destruktiv pankreatitlər zamanı xəstələrdə artıq mövcud olan
hemokoaqulyasiya dəyişiklikləri fonunda OS əlavə zədələyici faktordur. Bu, qanın
laxtalanma və əkslaxtalanma sistemlərinin patologiyasının korreksiyası üçün standart
terapiyadan əlavə antioksidantların tətbiqinin də vacib olduğunu diktə edir.
Hal-hazırda ədəbiyyatda aktiv olaraq kəskin destruktiv pankreatitlər zamanı
cərrahi xəstələrdə hemokoaqulyasion pozğunluqların antikoaqulyant profilaktikası və
terapiyası müxtəlif sxemləri müzakirə olunur. Əldə etdiyimiz məlumatlar sübut edir
ki, standart antikoaqulyant terapiya (5000 vahid heparin dərialtına sutkada 4 dəfə)
yayılmış irinli peritonitli və destruktiv pankreatitli xəstələrdə DDLS-nun inkişafının
qarşısını almır. Bunu hissəvi olaraq xəstələrin vəziyyətinin ağırlıq dərəcəsi, heparinin
yeridilmə üsulları və bu patologiyanın zədələyici təsirinin çoxfaktorluluğu ilə izah
etmək olar.
Kəskin destruktiv pankreatitlər zamanı daimi antikoaqulyant və antitrombotik
effekt almaq üçün heparinin davamlı venadaxili təyini daha əlverişlidir. Eyni
128
zamanda aparılan terapiyanın effektivliyi və təklükəsizliyinin kontrolu haqda sual
meydana çıxır. Bu məqsədlər üçün ənənəvi olaraq aşağıdakı göstəricilərdə istifadə
olunur: AHTZ, TEQ, qanın və plazmanın rekalsifikasiya vaxtı, trombin vaxtı.
Heparinoterapiyanın effektivliyi haqda testlərin normal göstəricilərdən kənara çıxma
dərəcələrinə görə mühakimə yürütmək olar. Lakin bu analizləri həyata keçirərkən bir
sıra problemlərlə üzləşmək məcburiyyətində qalınır. Hər şeydən öncə, bu testlər
əsasında hipokoaqulyasiya dərəcəsi və ən azı terapiyanın antitrombotik effekti haqda
mühakimə yürütmək olar. Bundan başqa, müəyyən çətinliklər qanın götürülmə
üsullarından və reaktivlərin standartizasiyasından asılıdır.
Heparinoterapiyanın effektivliyinin qiymətləndirilməsi üçün biz hemostaz
sistemi aktivasiyası markerlərini tədqiq etdik: FPA və D-dimer.
Ikinci qrup xəstələrdə əməliyyatdansonrakı dövrdə heparinin müxtəlif
dozalarının hemostaz sistemi göstəricilərinə təsirini öyrəndik. Müəyyən etdik ki, ağır
vəziyyətdə olan xəstələrdə heparinin fasiləsiz venadaxili yeridilməsi zamanı daha
effektiv və təhlükəsiz dozası 250 V/Kq/sut.-dır. Heparinin dozasının 300V/kq/sut.-ya
qədər artırdıqda qanaxma riski artırdı. Heparinin az dozaları isə hemostaz aktivasiyası
təzahürlərini aradan qaldırmırdı.Heparinoterapiyanın effektivliyinin laborator
kontrolu zamanı müəyyən olundu ki, preparatı 150V/kq/sut.dan 250V/kq/sut.
intervalda təyin etdikdə FPA göstəricisi daha dinamik olaraq dəyişirdi. HFMK
miqdarının dəyişikliyi FPA-ya nisbətən daha çox inertliklə fərqlənirdi. R+K və
AHTZ göstəriciləri üçün nəticələrin daha çox dağınıq olması xarakterik olmuşdu.
Tədqiq olunan göstəricilər və heparinin 150V/kq/sut. - 250V/kq/sut. intervalda
dozası arasındakı korrelyasion asılılığı araşdırarkən müəyyən etdik ki, daha yüksək
korrelyasiya koeffisienti FPA konsentrasiyası və heparin dozası (q=-0.81) arasında
olmuşdur. Bu onu göstərir ki, heparinoterapiyanın effektivliyi haqda FPA səviyyəsinə
görə mühakimə yürütmək daha məqsəduyğundur.
Əldə olunmuş məlumatları nəzərə alaraq biz heparinoterapiyanın müxtəlif
sxemlərinin hemostaz sistemi göstəricilərinə təsirini öyrəndik. Üçüncü qrup xəstələrə
129
250V/kq/sut. dozada FOH vena daxili yeridilmişdi. Müəyyən olundu ki, heparinin
belə bir sxemlə təyini zamanı üçüncü sutkadan başlayaraq üçüncü qrupda
trombositlərin sayı birinci qrupa nisbətən yüksək olmuşdur. Sonralar bu tendensiya
saxlanılırdı, üçüncü qrup xəstələrində 5-7-ci sutkalarda trombositlərin sayı normaya
geri dönürdü. Bundan başqa, üçüncü qrup xəstələrində birinci qrupa (p<0,05)
nisbətən PTİ 3-5-ci sutkalarda yüksək olmuşdur.
Bu heparinin təsiri altında qanın damardaxili laxtalanma proseslərinin inhibə
olunması və qanın damardaxili laxtalanma prosesində trombositlərin istehlakının və
protrombin kompleksi faktorlarının qarşısının alınması ilə əlaqədardır. Həmçinin,
tədqiqatın bütün mərhələları ərzində heparinin 250V/kq/sut. dozada venadaxili
yeridilməsi zamanı HFMK və FPA göstəricilərinin dərialtı FOH təyin olunan
xəstələrə nisbətən daha az miqdarları qeyd olunmuşdur. Üçüncü sutkadan başlayaraq
FDM və D-dimerin miqdarları birinci qrupa nisbətən əhəmiyyətli dərəcədə az
olmuşdur.
Beləliklə, kəskin destruktiv pankreatitlər zamanı cərrahi xəstələrdə hemostaz
sistemi aktivasiyasının qarşısını yüksək dərəcədə aldığı üçün daimi olaraq FOH
venadaxili yeridilməsinə dərialtı yeridilməsinə nisbətən daha üstünlük verilir.
Hemostazın
plazma-hemokoaqulyasion
göstəricilərinin
öyrənilməsi
dəqiqləşdirməyə imkan verirdi ki, FOH alan xəstələrdə hemokoaqulyasiya
aktivasiyası dərəcəsi ilk sutkalarda venadaxili FOH alan xəstələrə nisbətən yüksək
olmuşdu. Bunu FOH alan xəstələrdə HFMK və FPA yüksək göstəriciləri təsdiq edir.
Sonralar üçüncü sutkadan başlayaraq qruplar arasında bütün öyrənilən parametrlərə
görə fərq müəyyən olunmamışdı. Bu nəticələr FOH venadaxili təyini zamanı daha tez
effekt alınması haqda fikir söyləməyə imkan verir. Qeyd etmək vacibdir ki, xəstəliyin
erkən mərhələlarində hemostaz sistemi aktivasiyasının qarşısının alınması ağır
vəziyyətdə olan xəstələrdə POÇ-nın profilkatikası üçün mühüm komponentdir.
Dördüncü
qrup
xəstələrdə
FOH
və
antioksidant
terapiyanın
hemokoaqulyasiyanın əsas göstəricilərinə və POÇ-nın gedişinə müştərək təsirini
Dostları ilə paylaş: |