Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə23/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   20   21   22   23   24   25   26   27   28

65 

 

vəziyytə  salmaq,  nəinki  iqtisadi  təhlükəsizliyi,  həm  də  milli  təhlükəsizliyə  ciddi 



problemlər  yarada  bilər.  Bu  isə  müstəqilliyini  tam  möhkəmləndirməmiş  bir  ölkə 

üçün acınacaqlı nəticələrə gətirib çıxarar. Odur ki, hər bir dövlət kimi Azərbaycan  

Respublikası  da  öz  təhlükəsizliyini  təmin  etmək  üçün  proteksionist  siyasətdən 

yararlanmağa çalışır. 

 

Bazar  iqtisadiyyatı  və  xarici  iqtisadi  fəaliyyətin  liberallaşdırılması  şəraitində 



gömrük  rüsumları    xarici  iqtisadi  fəaliyyətin  vacib  iqtisadi  tənzimləyicisi  hesab 

olunur.  Gömrük  rüsumlarının  köməyi  ilə  dövlət,  malların  idxal-ixrac  zamanı 

bərabər  iqtisadi  şəraitdə  rəqabəti  tənzimləyir,  ümümidövlət  və  milli  maraqlara 

xidmət edən konkret iqtisadi, elmi-texniki, ekoloji, valyuta-maliyyə siyasəti aparır.  

 

Ölkə  iqtisadiyyatının  inkişaf  səviyyəsi  ilə  gömrük  rüsumlarının  dərəcələri 



arasında  müəyən  asılılıq  mövcuddur.  Belə  ki,  inkişaf  etmiş  ölkələrdə  gömrük 

rüsumlarının  dərəcələri  aşağı  olur.  Çünki  inkişaf  etmiş  ölkələrin  istehsal  etdiyi 

məhsulun rəqabət qabiliyyəti  yüksək olduğu  üçün, daxili bazarın  yüksək rüsumlar 

hesabına  qorunmasına,  ixracın  əlavə  tədbirlərlə  stimullaşdırılmasına  və  büdcənin 

gəlir hissəsinin gömrük ödənişləri hesabına doldurulmasına ehtiyac qalmır. Inkişaf 

etməkdə olan ölkələr daha yüksək rüsumlardan istifadə edirlər.  

 

 

  Respublikamızda  sahibkarlığın  inkişafına  əngəl  törədə  bilən  hər  cür 



maneələrin  aradan  qaldırılması,  daxili  bazarın  qorunması,  sağlam  rəqabət  və 

bütövlükdə  şəffaf  biznes  mühitinin  yaradılmasında  gömrük-tarif  tənzimlənməsi 

tədbirlərinin  imkanlarından  daha  səmərəli  istifadə  olunmalı  və  qaçaqmalçılığa 

qarşı  mübarizənin  daha  da  gücləndirilməsində  qabaqlayıcı  tədbirlərdən  istifadə 

imkanları daha da arıtırılmalıdır. 

İqtisadi  inkişafın  hazırkı  mərhələsində  mühüm  əhəmiyyət  kəsb  edən 

məqamlardan biri də rəqabətə davamlı, yüksək keyfiyyətli, beynəlxalq standartlara 

cavab  verən  yerli  istehsal  məhsullarının  dünya  bazarlarına  çıxarılması,  ixrac 

potensialının  gücləndirilməsindən  ibarətdir.  Bu,  həm  də  istənilən  ölkənin  xarici 

ticarət  tərəfdaşları  ilə  münasibətlərinin  daha  sürətlə  inkişaf  etməsinə,  beynəlxalq 

əməkdaşlığın  dərinləşməsinə  təsir  göstərən  əsas  faktorlar  sırasında  yer  alır.  İxrac 

imkanlarının  daim  artan  xətt  üzrə  inkişaf  etməsi  ölkəmizdə  də  həyata  keçirilən 




66 

 

iqtisadi  siyasətin  əsas  istiqamətlərindən  birini  təşkil  edir.  Bu  mənada  ölkə 



prezidenti    İ.Əliyevin  2010-cu  ilin  mayın  14-də  idxal-ixrac  əməliyyatlarının 

tənzimlənməsi 

qaydalarının 

təkmilləşdirilməsi 

sahəsində 

əlavə 


tədbirlər 

görülməsinə yönələn fərmanı xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə ona görə ki, 

sözügedən fərman idxal-ixrac prosedurlarının iqtisadi inkişafın bugünkü tələblərinə 

uyğunlaşdırılması  və  sadələşdirilməsi  baxımından  zəruri  xarakter  daşıyır.  Bu 

fərmanla "Azərbaycan Respublikasında idxal-ixrac əməliyyatlarının tənzimlənməsi 

Qaydaları"na  edilmiş  əlavə  və  dəyişikliklər  ixrac  potensialından  daha  səmərəli 

istifadəyə xidmət edir [7].  

 Hesab  edirik  ki,  bu  dəyişikliklər  xarici  ticarət  fəaliyyətinin  daha  da 

liberallaşdırılmasına, idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi və prosedurların 

asanlaşdırılmasına,  biznes  mühitinin  davamlı  olaraq  yaxşılaşdırılmasına  və 

sahibkarlığın davamlı inkişafına əlavə stimul yaradacaqdır. 

 Ölkənin  uzunmüddətli,  dayanıqlı  iqtisadi  inkişafının  təmin  olunması 

baxımından  xarici  bazarlara,  o  cümlədən  Avropa  bazarlarına  çıxış  imkanlarının 

genişləndirilməsi  mühüm  əhəmiyyət  kəsb  edir.  "Azərbaycan  Respublikası 

regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafına  dair  Dövlət 

Proqramı"nın  birinci  ilinin  yekunlarına  həsr  olunmuş  konfransda  Azərbaycan 

Respublikasının  Prezidenti  cənab  İlham  Əliyev  bununla  bağlı  bildirmişdir:  "Biz 

yeni  bazarlar  axtarmalıyıq.  Ənənəvi  bazarlar  var  və  o,  böyük  bazarlardır.  Bizim 

beynəlxalq  və  xarici  siyasətimiz  o  bazarları  bizim  üçün  açıb.  Ancaq  biz  yeni 

bazarlar axtarmalıyıq.  Biz keyfiyyətli  məhsullarla, onlara  uyğun  olan standartlarla 

Avropa bazarlarına çıxmalıyıq"[1].  

Artıq  regionlarda  taxıl  və  soyuducu  anbar  komplekslərinin  tikintisinin 

güzəştli  qaydada  maliyyələşdirilməsi  həyata  keçirilir.  Bu  komplekslərin 

yaradılması  ərzaq  təhlükəsizliyinin  təmin  olunmasına,  regionların  sosial-iqtisadi 

inkişafına  və  investisiya cəlbediciliyinin artırılmasına, kənd  təsərrüfatının  intensiv 

inkişafına,  məhsul  itkisinin  qarşısının  alınmasına,  daxili  bazarın  qorunmasına, 

istehlakçıların hüquqlarının müdafiə olunmasına, yeni texnologiyaların tətbiqinə və 

ixrac  potensialının  artırılmasına  təkan  verməklə,  ölkə  iqtisadiyyatının  inkişafına 




67 

 

səbəb  olacaqdır.  Belə  ki,  kənd  təsərrüfatı  məhsullarının  ixrac  potensialından 



səmərəli  istifadə baxımından bir  məhsulun  istehsalı qədər, onun  müvafiq saxlama 

şəraiti ilə təmin olunması mühümdür. İnşa edilən soyuducu və taxıl anbarları kənd 

təsərrüfatı  məhsullarının  bazara  çıxış  müddətinin  artırılması  və  məhsulun  istehsal 

mövsümündə  ucuz  qiymətlə  ixrac  edilməsi  əvəzinə  onun  müəyyən  müddət 

saxlayaraq daha münasib qiymətlə ixrac edilməsinə imkan yaradır. Bununla yanaşı, 

ölkəmizin 

ümumiləşdirilmiş 

preferensiyalar 

sisteminə 

(GSP) 


qoşulması 

sahibkarların 

mövcud 

və 


yeni 

ixrac 


bazarlarına 

çıxış 


imkanlarının 

genişləndirilməsi  baxımından  atılmış  ciddi  addım  kimi  qiymətləndirilməlidir.      

Hazırda Azərbaycanda istehsal olunan məhsulların dünyanın əksər ölkələrinə ixrac 

edilməsi  onu  deməyə  əsas  verir  ki,  Azərbaycanda  dünya  standartlarına  uyğun, 

yüksək  keyfiyyətli  məhsul  istehsal  edən  müəssisələr  mövcuddur  və  onların  sayı 

davamlı  olaraq  artır.  Bu,  eyni  zamanda  dövlətin  iqtisadi  siyasətinin 

prioritetlərindəndir.  Keyfiyyət  respublika  üçün  əhəmiyyətli  göstəricidir.  Çünki 

istehsal  olunan  məhsulların  yüksək  keyfiyyətli  olması  həmin  məhsulların  ixrac 

bazarlarında  rəqabət  qabiliyyətini  artırdığı  kimi,  istehlakçılarımızın  da  keyfiyyətli 

məhsul  istehlak  etmək  hüququnun  təmin  olunması  deməkdir.Ona  görə  də,  daxili 

bazarın  haqsız  rəqabətdən  qorunması,  idxal  malların  müvafiq  keyfiyyət 

standartlarına  uyğunluğuna  nəzarətin  gücləndirilməsi  və  istehlakçılarımızın 

hüquqlarının  təmin  edilməsi  məqsədilə  Antiinhisar  Siyasəti  və  İstehlakçıların 

Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin fəaliyyəti daha da genişləndirilməlidir. 

İxrac  bazarlarında  rəqabətqabiliyyətlilik  baxımından  qablaşdırma,  etiketləmə  də 

böyük əhəmiyyətə malikdir və xüsusi diqqət mərkəzində saxlanılmalıdır. 

 

“Azərbaycan Respublikasının 2014-cü il və gələn üç il üzrə iqtisadi və sosial 



inkişaf  konsepsiyası  “nda  göstərildiyi  kimi  dünyada  gedən  qloballaşma  prosesi 

şəraitində  ölkənin  iqtisadi  təhlükəsizliyinin  və  daxili  bazarın  qorunmasında,  ölkə 

iqtisadiyyatının  dünya  iqtisadi  məkanına  inteqrasiya  olunmasında  gömrük 

siyasətinin  rolu  əhəmiyyətli  dərəcədə  artır.  Ölkənin  ildən-ilə    idxal-ixrac 

əməliyyatlarının  həcminin  artması  və  Azərbaycanın  beynəlxalq  iqtisadi  sistemə 

inteqrasiyasının  dərinləşməsi  çevik  gömrük  siyasətinin  aparılmasını  zəruri  edir                  




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə