Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə27/28
tarix26.10.2017
ölçüsü0,74 Mb.
#6852
1   ...   20   21   22   23   24   25   26   27   28

77 

 

üzləşən  məqbul  üsullarla  və  idxal  ölkəsində  olan  məlumat    bazası  əsasında 



müəyyən edilməlidir. 

Gömrük  dəyəri  VI  üsulla  müəyyən  edilərkən  aşağıdakılardan  istifadə  oluna 

bilməz: 

a)  idxal ölkəsində istehsal olunan malın satış qiyməti: 

b)  iki bəyərdən Ən böyüyünə üstünlük verən sistemin məlumatları;  

c)  idxal ölkəsinin daxili bazarında malın qiyməti; 

d)  didxal ölkəsindən fərqli olan digər ölkəyə ixrac qiyməti; 

e)  minimal gömrük dəyəri (qiymətlər); 

f)  özbaşına müəyyən edilmiş və ya təsdiq olunmamış qiymətlər. 

İdxalatçının xahişinə əsasən bu üsulun tətbiqi zamanı istifadə olunmuş qiymət 

mənbələri haqqında ona yazılı məlumat verilə bilər. 

Bu  üsulun  üstünlüyü  digər  qiymətləndirmə  üsullarından  fərqli  olaraq  1-5-ci 

üsullardan çevik istifadə oluna bilməsi, qiymət məlumat-sorğu kitablarından, birъa 

məlumatlarından,  kataloqlardan,  statistik  məlumatlardan  istifadə  olunmasına  yol 

verilməsidir. 

“Tarif  və  Ticarət  üzrə  Baş  Sazişin  Gömrük  məqsədləri  üçün  malların 

qiymətləndirilməsi  üzrə  VII  maddəsinin  tətbiqi  haqqında  Razılaşma”  nın  (bəzən 

bunu  Gömrük  Dəyəri  Məcəlləsi  də  adlandırırlar)  2-ci  və  3-cü  maddələri  müvafiq 

olaraq  gömrük  qiymətləndirilməsinin  eyni  və  eynicinsli  malların  sövdələşmə 

qiyməti  üsullarının  (yəni,  2-ci  və  3-cü  üsulların)  tətbiqi  şərtlərini  əks  etdirir.  Hər 

iki  üsul  üçün  əsas  şərtlərdən  biri  malların  eyni  kommersiya  şərtləri  və  miqdarda 

satılmasıdır.  Əgər  bu  şərtlərdə  fərqlər  varsa,  təsdiq  olunmuş  əsaslarla  bu  şərtlər 

müqayisə  oluna  bilən  hala  gətirilmək  üçün  təshih  olunmalıdır.  2-ci  əsas  şərt 

müqayisə  üçün  qəbul  edilən  malların  gömrük  dəyərinin  1-ci  üsulla  müəyyən 

edilmiş olmasıdır. 

Razılaşmanın  15-ci  maddəsinin  2-ci  bəndində  eyni  və    eynicinsli  malların 

dəqiq  xarakteristikası  verilmişdir.  Eynicinsli  mallar  dedikdə  qiymətləndirilən 

mallarla  müqayisədə  bütün  parametrlərə  görə,  o  cümlədən  fiziki  xüsusiyyətlərinə, 

keyfiyyətinə  və  bazardakı  nüfuzuna  görə  eyni  olan  mallar  başa  düşülməlidir. 



78 

 

Görünüşündə  (rəngində,  əgər  bu  qiymətəmələgətirici  amil  deyilsə)  cüziifərqlər 



nəzərə  alınmır.  Qiymətləndirilən  mallarla  müqayisə  edilən  eyni  və  ya  eynicinsli 

mallar  yaxın  və  ya  nisbətən  yaxın  vaxtda  idxal  edilməli,  eyni  bir  ölkədə  istehsal 

olunmalı,  onların  layihə,  təcrübə-konstruktor,  eskiz-çertyoj  və  s.  işləri  idxal 

ölkəsindən  kənarda  yerinə  yetirilmiş  olmalıdır.  Müxtəlif  istehsalçılar  tərəfindən 

istehsal  olunmuş  mallar,  müqayisə  edilmək  üçün  digər  mallar  olmadıqda 

baxılmalıdır. 

Eynicinsli  mallar  dedikdə  isə  bütün  parametrlərə  görə  olmasa  da 

qiymətləndirilən  mallarla  müqayisədə  eyni  funksiyaları  yerinə  yetirə  və 

kommersiya  baxımından  qarşılıqlı  əvəz  oluna  bilən  mallar  başa  düşülür.  Malın 

keyfiyyəti, bazardakı nüfuzu və ticarət markası malların eynicinsli olmasının təyin 

edilməsi üçün əsas amillərdən hesab edilməlidir. 

Razılaşmanın  2-ci  və  3-cü  maddələrində  qeyd  edilir  ki,  bu    üsulların  tətbiqi 

zamanı  müqayisə  üçün  iki  və  daha  artıq  sövdələşmə  qiyməti  aşkar  edildikdə 

gömrük dəyərinin təyini üçün onlardan ən aşağısı istifadə olunmalıdır. 

Razılaşmanın  4-cü  maddəsinə  əsasən  gömrük  dəyəri  1,2  və  3-cü  üsullarla 

müəyyən oluna bilmədikdə idxalçının istəyi ilə növbəti gömrük qiymətləndirilməsi 

üsullarının ardıcıllığı dəyişdirilə bilər, yəni yəni dəyərin çıxılması və ya toplanması 

üsulları istənilən ardıcıllıqla tətbiq oluna bilər. 

Razılaşmanın  5-ci  maddəsi  dəyərin  çıxılması  üsulunun  əsas  şərtlərindən  biri 

kimi,  qarşılıqlı  asılı  olmayan  satıcı  ilə  alıcı  arasında  razılaşdırılmış  sövdələşmə 

qiyməti  ilə  idxal  edilmiş,  qiymətləndirilən  mallara  eyni  və  ya    nisbətən  eyni 

vaxtda, lakin 90 gündən artıq olmayan müddətdə,  idxal edilmiş ən böyük eyni və 

ya eynicinsli mal  partiyasının qiymətinin götürülməsinin şərtləndirir. Başqa sözlə, 

qiymətləndirilən  mallara  münasibətdə  müqayisə  üçün  qəbul  edilən  malların 

gömrük  dəyəri  bir  üsulla  -  gətirilən  malların  sövdələşmə  qiyməti  üsulu  ilə 

müəyyən edilməlidir. Digər  mühüm şərt  müqayisə üçün qəbul edilmiş  malların öz 

ilkin vəziyyətini dəyişdirmədən satılmasıdır. Əgər belə malyoxdursa, onda gömrük 

dəyəri  idxalçının  istəyilə  emal  xərcləri  çıxılmaqla  təshih  edilmiş  qiymət  əsasında 




79 

 

təyin  edilir.  Emal  xərcləri  obyektiv  və  ölçülə,  kəmiyyəti  müəyyən  oluna  bilən 



məlumatlar əsasında təyin edilməlidir. 

Müqayisə  üçün  qəbul  edilən  mal  vahidinin  qiymətindən  aşağıdakı  xərclər 

çıxılmalıdır: 

-  komission  mükafatlandırmaları  da  daxil  olmaqla  mənfəətlə  əlavələr,  idxal 

ölkəsinə gətirilən eyni növ malların satışı ilə əlaqədar ümumi xərclər; 

-  idxal  ölkəsində  idxal  və  satış  ilə  əlaqədar  ödənilmiş  olan  gömrük 

rüsumlarının vergilərin və yığımların məbləği; 

-  idxal ölkəsində daşınma, yükləmə-boşaltma və sığorta xərcləri. 

Müqayisə üçün idxaldan sonrakı ilkin kommersiya (topdansatış) mərhələsində 

olan malların qiyməti qəbul edilməlidir. 

Gömrük  məqsədləri  üçün  malların  gömrük  qiymətləndirilməsinin  beynəlxalq 

təcrübəsində  ən  az  tətbiq  olunan  üsul  5-ci    dyərin  toplanması  üsuludur.  Belə  ki, 

əksər  idxalatçılar  tərəfindən  istehsal  satış  məsrəfləri  haqqında  kommersiya  sirri 

olan  məlumatın  təqdim  edilməsi  praktiki  cəhətdən  mümükün  deyildir.  Digər 

tərəfdən  razılaşmanın  6-cı  maddəsinin  2-ci  maddəsinə  əsasən  heç  bir  tərəf  onun 

ərazisində  rezidenti  olmayan  hər  hansı  bir  şəxsdən  gömrük  dəyəri  hesablamaları 

məqsədilə sənədlərini tələb edə  və  ya  hər  hansı    hesablamaların öyrənilməsi  üçün 

məlumatları  təqdim  edilməsinə  məcbur  edilə  bilməz.  Ancaq  bu  maddənin 

tələblərinə  uyğun  olaraq  gömrük  dəyərinin  təyin  edilməsi  məqsədi  üçün  malların 

istehsalçıları  tərəfindən  təqdim  olunan  məlumatları,  idxal  ölkəsinin  səlahiyyətli 

orqanları  tərəfindən  istehsalçının  razılığı  və  maraqlı  ölkənin  hökumətini  vaxtında 

xəbərdar  etmək  və  onun  təhqiqat  aparılmasına  etiraz    etməməsi  şərti  ilə  yoxlanıla 

bilər. 

Bu  üsulla  malların  gömrük  dəyəri  aşağıdakı  xərc  maddələrinin  toplanması 



yolu ilə təyin edilir: 

-  materialların dəyəri və qiymətləndirilən malların istehsal xərcləri; 

-  ixrac edən ölkədən idxal ölkəsinə eyni növ malların satışı üçün səciyyəvi 

olan ümumi xərclər; 




Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə