Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti magistratura məRKƏZİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə3/34
tarix27.03.2018
ölçüsü5,01 Kb.
#35172
1   2   3   4   5   6   7   8   9   ...   34

 
7
Dissertasiya  işinin  strukturu.  Dissertasiya  işinin  strukturu  giriş,  3  fəsil  və  8 
paraqrafdan  ,  nəticə  və  təkliflərdən  və  istifadə  olunmuş  ədəbiyyat  siyahısından 
ibarətdir.  İşin  giriş  hissəsində  mövzunun  aktuallığı  əsaslandırılmış,  tədqiqatın 
predmet və obyekti, informasiya bazası və işlənməsi metodları göstərilmiş, tədqiqatın 
elmi yeniliyi əsaslandırılmışdır. 
“Qlobal  maliyyə-iqtisadi  böhranı  anlayışının  nəzəri  əsasları”  adlanan  I  fəsildə 
maliyyə  iqtisadi  böhranının  mahiyyəti  açılmış  və  ona  olan  nəzəri  baxışlar 
işıqlandırılmış,  eyni  zamanda  maliyyə  iqtisadi  böhranlarının  tarixi  nəzərdən 
keçirilmişdir.  Bu  fəsildə  həmçinin  cari  qlobal  maliyyə  iqtisadi  böhranı  və  onun 
səbəbləri öz əksini tapmışdır. 
“Maliyyə  böhranının  iqtisadi  böhrana  çevrilməsi  və  onun  dünya  ölkələrinin 
qeyri-bərabər inkişafına təsiri” adlanan II fəsildə böhranın dünya ölkələrinə yayılması 
və  onun  ayrı-ayrı  dünya  ölkələrinin  qeyri-bərabər  inkişafına  təsirindən,  ölkələrin 
böhrana  qarşı  apardığı  antiböhran  tənzimləmə  tədbirlərindən,  böhranın  davam  etmə 
müddətinə  fərqli  baxışlardan,  qlobal  maliyyə-iqtisadi  böhranın  “ikinci  dalğası”ndan 
və  maliyyə  böhranının  iqtisadi  böhrana  çevrilməsindən  və  onun  dünya  ölkələri 
arasında  qeyri-bərabərliyi  dərinləşdirməsindən,  gələcəyə  dair  proqnozlar  və 
fikirlərdən bəhs olunur. 
“Qlobal  maliyyə-iqtisadi  böhranının  Azərbaycana  təsiri  və  anti-böhran 
tədbirləri”  adlanan  III  fəsildə  qlobal  maliyyə-iqtisadi  böhranının  ölkəmizə  təsir 
kanallarından,  ayrı-ayrı  sektorlara  təsir  dərəcəsi  və  makroiqtisadi  göstəricilərdə 
ifadəsindən, böhrana qarşı aparılan tədbirlərdən-“Anti-böhran Proqramı”ndan və hələ 
də  davam  edən  böhranın  “ikinci  dalğası”nın  təsirlərindən  və  ondan  çıxış  yollarının 
axtarılmasından bəhs olunur. 
 
 
 
 
 


 
8
I FƏSİL. QLOBAL MALİYYƏ-İQTİSADİ BÖHRANI ANLAYIŞININ 
NƏZƏRİ ƏSASLARI 
 
1.1. Maliyyə-iqtisadi böhranı anlayışına nəzəri və metodoloji yanaşmalar 
Nə  qədər  qəribə  olsa  da,  maliyyə  böhranı  və  ya  iqtisadi  böhran  kimi  geniş 
yayılmış  bir  fenomenin  dəqiq  bir  müəyyənliyi  yoxdur.  Böhran  dedikdə  isə 
ümumiyyətlə  bir  qayda  olaraq  hər  hansı  bir  prosesin  kəskin  enişi  başa  düşülür  və 
daha  çox  neqativ  bir  hal  kimi  qəbul  olunur.  Böhran,  sözün  geniş  mənasında, 
hadisələrin  inkişafında  kəskin  “sınıq”,  ağır  keçid  durumu,  mürəkkəb  vəziyyət 
deməkdir.  Lakin  tez-tez  böhranın  bizə  həmişə  yalnız  mənfi  şeylər  deyil,  həm  də 
müsbət  şeylər  də  gətirdiyi  deyilir.  Belə  ki,  o,  irəliyə  hərəkət  etməyə  məcbur  edir, 
onun aradan qaldırılması yolları da inkişaf üçün yeni imkanlar yaradır. Hətta belə bir 
variant  vardır  ki,  Çin  dilində  böhran  iki  heroqliflə  ifadə  olunur  və  bu  heroqliflərdən 
biri “təhlükə”, ikincisi isə “imkan” mənasını verir.[76, səh.5] 
Böhran  ictimai  inkişafın  istənilən  hadisəsi  kimi  müəyyən  xüsusiyyətlərə 
malikdir.  Bir  tərəfdən  böhran  iqtisadi  sistemlərin  effektivliyinin  dağılması  kimi 
qiymətləndirilsə də, digər tərəfdən isə böhran müalicə olunmalı hər hansı bir xəstəlik 
kimi qiymətləndirilir. 
Müasir  ədəbiyyatlarda  iqtisadi  böhranın  iki  forması  fərqləndirilir:  real  sektorun 
böhranı  və  maliyyə  böhranı.  Real  sektorun  böhranı  adı  altında  əmtəə  və  xidmətlər 
bazarında  tələb  və  təklifin  tarazlığının  pozulması  başa  düşülür.  Buna  görə  də  onun 
istehsaldan öncə və istehsaldan sonra baş verən böhran kimi iki forması fərqləndirilir. 
İstehsal  sonrası  böhran  adətən  iqtisadi  səbəblərə  görə  baş  vermir  və  adətən  təbii 
fəlakətlər,  müharibələr,  hərbi  və  siyasi  münaqişələr  səbəbindən  baş  verir. 
İqtisadçıların fikrincə istehsal öncəsi böhran isə azad bazar şəraitində məcmu tələbin 
və istehsalın əvvəlcədən planlaşdırılmasının mümkün olmaması səbəbindən baş verir. 


 
9
İqtisadi  böhranın  yaranma  dövriliyi  və  onun  ifadə  fazaları  iqtisadi  inkişafın 
dövri  xarakterini  səciyyələndirirlər,  bu  da  öz  növbəsinə  təkrar  istehsalın  inkişaf 
qanununu, istehsalın eniş və yüksəlişlərinin bir-birini əvəzləməsini əks etdirir. 
Bu problem daha dərin və ətraflı şəkildə K.Marks tərəfindən tədqiq olunmuşdur. 
İqtisadi  böhran  adətən  dövri  valyuta  və  maliyyə  böhranlarının  yaranmasını 
şərtləndirir.  İqtisadi  böhranın  səbəbləri  kimi  təkrar  istehsal  prosesində,  yəni  istehsal, 
bölgü,  mübadilə  və  istehlak  sahəsində  yaranan  ziddiyyətlər  çıxış  edirlər.  Təkrar 
istehsalın inkişafı və müvafiq olaraq yığılmış ziddiyyətlərin aradan qaldırılması dövri 
surətdə  baş  verir.  O,  böhranların  səbəblərini  aşkara  çıxartmış,  onların  labüdlüyünü 
əsaslandırmış,  dövrün  vəziyyəti  ilə  əlaqəsini  müəyyən  etmiş  və  böhranların  inkişaf 
nəzəriyyəsinin əsasını qoymuşdur. 
İqtisadi böhran haqqında mövcud nəzəriyyələr onun yaranmasının bir çox səbəb 
və  amillərini  əks  etdirirlər.  Belə  ki,  neoklassisizm  və  liberalizm  cərəyanlarının 
nümayəndələri  böhranların  əsas  səbəbini  kimi  həddindən  artıq  istehsala  səbəb  olan 
əhalinin  məhsulların  tam  istehlak  etməməsini  hesab  edirlər.  Bunun  əlacını  onlar 
istehlakın stimullaşdırılmasında görürlər.  
Böhranın  səbəbini  iqtisadi  inkişafın  nisbətsizliyində  yaxud  bazarın  “qeyri-
tarazlılığında”  görən  iqtisadçılar  marksizm  mövqeyinə  daha  yaxındırlar.  Onların 
fikrincə böhranlar sahələr, sahibkarların gözlənilməz hərəkətləri arasında düz nisbətin 
olmaması  ilə  şərtləndirilmişdir  və  bu  qeyri-mükəmməl,  qeyri-peşəkar  idarəçiliyin 
nəticəsidir. 
Böhranların  həmçinin  psixoloji  nəzəriyyəsi  mövcuddur.  Y.Şumpeterin  fikrincə 
hər  bir  baza  üçün  investisiyalara  münasibəti  formalaşdıran  özünün  psixoloji  təsviri 
səciyyəvidir. 
Maliyyə  böhranları  isə  adətən  bazarda  maliyyə  aktivlərinin  öz  dəyərini  itirməsi 
səbəbindən  baş verir.  Buna  nümunə kimi  bank  və  valyuta böhranlarını, “spekulyativ 
köpükləri”  və  s.  göstərmək  olar.  Əgər  XIX  əsrdə  və  XX  əsrin  əvvəllərində  maliyyə 
böhranlarına  yalnız  bank  böhranı  kimi  baxırdılarsa,  sonradan  onun  məzmunu  fond 
bazarlarında  baş  verən  vəziyyətlərində  nəzərə  alınması  ilə  daha  da  genişləndi.Bəzi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   34




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə