Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə13/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   9   10   11   12   13   14   15   16   ...   26

 

 

36



 Su təchizatı, tullantıların  

təmizlənməsi  və emalı 

0,5 

0.7 


0.6 

0.6 


0.5 

0.6 


0.7 

  1990-cı  ildən  sonra  baş  vermiş  geriləmələr  nəticəsində  yanacaq-energetika 

kompleksinin  sənaye  məhsulunun  həcmində  xüsusi  çəkisi  1990-cı  ildə  4,8  faizdən 

2013-cü ildə 77,2 faizə qədər artmışdır (cədvəl 1). Bu artım əsasən 1994-cü ildə ölkə 

prezidenti  tərəfindən  imzalanmış  neft  və  qazın  hasilatı  ilə  əlaqədar  olan  «Əsrin 

müqaviləsi»  həyata  keçirilməyə  başladıqdan  sonra  baş  vermişdir.  Həmin  dövrdə 

yanacaq-energetika  kompleksindən  fərqli  olaraq  elmi-texniki  tərəqqinin  inkişafını 

müəyyən  edən  və  elm  tutumlu  mürəkkəb  məhsulların  istehsalı  kəskin  şəkildə  azal-

mışdır.  Belə  ki,  1990-cı  idə  maşın  və  avadanlıqlar  istehsalı  ilə  məşğul  olan 

müəssisələrin istehsal etdiyi məhsul sənaye məhsulunun həjmində xüsusi çəkisi 9 faiz 

təşkil edirdisə bu göstəriic 2013-ci ildə 0,8 faizə enmişdir.  

Hazırda  iqtisadi  siyasətin  əsas  prioritetlərindən  biri  iqtisadi  inkişafın  daha  da 

şaxələndirilməsinin təmin olunmasıdır. 2013-cü il ərzində qeyri-neft sektorunda iqti-

sadi  islahatların  davam  etdirilməsi,  idxaldan  asılılığın  maksimum  dərəcədə  azaldıl-

ması, gündəlik tələbat malları ilə özünü təminetmə, ölkənin ixrac qabiliyyətinin dive-

rsifikasiyalaşdırılması, həmçinin yerli resurs və xammalla işləyən və ixrac qabiliyyə-

tli məhsullar istehsal edən sənaye komplekslərinin yaradılması, rəqabətədavamlı mə-

hsul  istehsalının,  eləcə  də,  dövlət  əhəmiyyətli  müəssisələrin  fəaliyyətinin  dəstəklən-

məsi, biznes  mühitinin əlverişliliyinin artırılması, xarici və yerli investisiyaların cəlb 

edilməsi,  özəl  müəssisələrin  fəaliyyətinə  dəstək  verilməsi,  özəl  sektorun  inkişafını 

təşviq  edən  və  rəqabət  mühitini  təkmilləşdirən  institutlara  diqqətin  artırılması,  ölkə 

sahibkarlarının  maarifləndirilməsi  və  onların  işgüzar  əlaqələrinin  inkişafı  istiqamə-

tində əhəmiyyətli işlər həyata keçirilmişdir. 

Sənayeləşmə  siyasəti  çərçivəsində  2013-cü  ildə  qeyri-neft  sənayesində  çox-

şaxəli inkişafın təmin olunması istiqamətində məqsədyönlü tədbirlər sistemli və ardı-

cıl  olaraq  davam  etdirilmişdir.  İnnovativ  iqtisadiyyatın  formalaşması  istiqamətində 

əməli tədbirlər görülmüşdür.  

Dövlətə  məxsus  sənaye  müəssisələrinin  özəlləşdirilməsi  və  özəl  müəssisələrin 

yaradılması  nəticəsində  sənayedə  dövlət  sektorunun  payı  ilbəil  azalmışdır.  Belə  ki, 



 

 

37



2013-cü  ildə  sənaye  məhsulunun  18,9  faizi  dövlət  sektorunda  istehsal  edilmişdir. 

Dövlət  bölməsində  sənaye  istehsalının  azalması  əsasən  kimya  məhsullarının  və 

elektrik enerjisi istehsalının  azalması hesabına baş vermişdir.  

Ölkə sənayesinin sahə strukturunda olan birtərəflik onun ərazi strukturunda da 

mövcuddur. Ölkənin iqtisadi rayonlarında sənayenin inkişafının mövcud vəziyyətinin 

təhlili  göstərir  ki,  Bakı  şəhəri  istisna  olmaqla  ölkənin  qalan  iqtisadi  rayonlarında 

sənaye istehsalı kifayət qədər inkişaf etməmişdir.  

Cədvəl 2 

Azərbaycanda sənaye məhsulunun ərazi strukturu 

 

2003 



2007 

2008 


2011 

2012 


2013 

Bakı şəhəri  

74,53 

93,21 


93,9 

90,6 


89,3 

89,2 


Abşeron iqtisadi rayonu 

2,58 


1,58 

1,5 


1,2 

1,5 


1,5 

Gəncə-Qazax iqtisadi rayonu 

1,72 

0,87 


0,7 

0,7 


0,96 

0,9 


Şəki-Zaqatala iqtisadi rayonu 

0,19 


0,19 

0,2 


0,2 

0,2 


0,2 

Lənkəran iqtisadi rayonu 

0,22 

0,16 


0,1 

0,2 


0,2 

0,2 


Quba-Xaçmaz iqtisadi rayonu 

0,42 


0,18 

0,3 


0,2 

0,2 


0,24 

Aran iqtisadi rayonu 

6,63 

2,48 


2,6 

2,2  


2,4 

2,5 


Yuxarı Qarabağ iqtisadi rayonu 

0,06 


0,02 

0,0 


0,03 

0,04 


0,05 

Dağlıq Şirvan iqtisadi rayonu 

0,05 

0,06 


0,04 

0,03 


0,04 

0,04 


Naxçıvan iqtisadi rayonu 

0,36 


0,56 

0,6 


1,9 

2,3 


2,5 

 

Cədvəl  məlumatlarından  göründüyü  kimi,  Bakı  şəhərinin  sənaye  məhsulunda 



payı 2000-ci ildə 77,5 faizdən 2013-cü ildə 89,2 faizə qədər artmışdır. Belə şəraitdə, 

regionların  mövcud  potensallarından  səmərəli  istifadə  edilməsi  üçün  sənaye  istehsa-

lının  ərazi  strukturunun  təkmilləşdirilməsinə  və  regionlarda  sənaye  müəssisələrinin 

yaradılmasına ehtiyac vardır.  

Ölkə  sənayesinin  inkişafında  yaranmış  geriləmələr  bu  sahədə  çalışan  işçilərin 

sayına  da  öz  təsirini  göstərmişdir.  Sənayedə  çalışan  işçilərin  sayı  ilbəil  azalmışdır. 

Belə  ki,  2013-cü  ildə  sənayedə  çalışan  işçilərin  sayı  1995-ci  ilə  nisbətən  1,4  dəfə 

azalmışdır.  Həmin  dövrdə  işilərin  sayının  azalması  daha  çox  emal  sənayesində  baş 

vermişdir.  Bu  azalmanın  başlıja  səblərindən  biri  bu  vaxta  qədər  emal  sənayesi 

müəssisələrinin böyük əksəriyyətinin çox cüzi istehsal gücü ilə fəaliyyət göstərməsi-

dirsə,  digər  tərəfdəndə  həmin  müəssisələrdə  əmək  haqqının  iqtisadiyyatın  digər 

sahələrinə  nisbətən  çox  az  olmasıdır.  2013-cü  ildə  mədənçıxarma  sənayesində  orta 

aylıq  nominal  əmək  haqqı  emal  sənayesindəkindən  təqribən  3,6  dəfə  çoxdur.  Bu  da 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə