Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə14/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   10   11   12   13   14   15   16   17   ...   26

 

 

38



istənilən  halda  emal  sənaye  müəssisələrində  işi  axıjılığının  səviyyəsinin  artmasına 

gətirib  çıxarır.  Qeyd  etmək  lazımdır  ki,  neft  kontraktlarının  reallaşdırılması  ilə 

əlaqədər  müəssisələrdə  əmək  haqqının  yüksək  olması,  sənayedə  orta  əmək  haqının 

səviyyəsinə əhəmiyyətli təsir göstərmişdir.  

Təhlil  göstərir  ki,  sənayenin  ayrı-ayrı  sahələrində  əmək  haqqının  səviyyəsi  ilə 

fəhlələrin axını arasında asılılıq vardır. Belə ki, son illərdə sənayedə fəhələlərin axını 

azalsa da, onun səviyyəsi yüksək olaraq qalır. Belə ki, bu göstərici sənayedə 1997-ci 

ildə  20  faizdən  2013-cü  ildə  12.7

 

faizə  qədər  azalmışdır.  Bunnla  belə  əmək  haqının 



nisbətən  yüksək  olduğu  və  sabit  inkişaf  imkanlarına  malik  olan  mədənçıxarma 

sənayesində  bu  göstərici  2013-cü  ildə  9.1

 

faizə  bərabər  olduğu  halda,  bütövlükdə 



emal  sənayesində  14.6

 

faizə,  əmək  haqqının  səviyyəsinin  aşağı  olduğu  toxuculuq  və 



tikiş sənayesində 29.4 faizə, dəri, tütün məmulatlarının

 

istehsalında 64.4 faizə, maşın 



və  avadanlıqların  istehsalında  19.9

 

faizə  bərabər  olmuşdur.  Təhlil  göstərir  ki,  1990-



2013-cü  illərdə  işçi  axınının  səviyyəsinin  yüksək  olması  nəticəsində  bir  çox  sənaye 

müəssisələrində  uzun  illər  ərzində  toplanmış  istehsal,  texnoloji  və  kommersiya 

biliklərinin itirilməsi baş vermişdir və gələcəkdə bu istehsalların bərpası zamanı kadr 

problemi həlledici amilərdən biri olacaqdır. 

Təhlil  göstərir  ki,  son  illərdə  sənayedə  əmək  məhsuldarlığının  səviyyəsinin  yük-

səlməsi  baş  verir.  Lakin  bu  artım  əsasən  sənaye  istehsal  heyətinin  azalması  və  neft 

hasilatı  və  emalı  ilə  əlaqədar  sahələrin  inkişafı  hesabına  baş  vermişdir.  Bütövlükdə, 

neft  emalı  sahəsi  istisna  olmaqla  emal  sənayesinin  əksər  sahələrində  əmək  haqının 

səviyyəsinin aşağı olması, işçi qüvvəsinin axının yüksək səviyyəsi və inkişaf imkan-

larının məhdudluğu nəticəsində əmək məhsuldarlığının səviyyəsi aşağıdır.   

Sənayedə  istehsal  əsas  fondları  2013-cü  ildə  2000-ci  ilə  nisbətən  5,8  dəfə  art-

mışdır.  Bu  artım  əsasən  hasilat  sənayesi  hesabına  baş  vermişdir.  Nəticədə,  sənaye 

istehsal  əsas  fondlarının  ümumi  həjmində  hasilat  sənayesinin  xüsusi  çəkisi  1996-cı 

ildəki  42,1  faizdən  2013-cü  ildə  72,0  faizə  qədər  artmışdır.  Belə  artıma  həm  də 

investisiya  qoyuluşlarının  mövcud  müəssisələrin  yenidən  qurulmasına  deyil,  əsasən 

yeni tikintiyə yönəldilməsi də təsir etmişdir.   




 

 

39



Sənayedə istehsal əsas fondlarının yeniləşmə əmsalı nisbətən yüksək olduğu halda 

sıradançıxma əmsalı kiçikdir. Belə ki, 2000-2013-cü illərdə yeniləşmə əmsalı sıradan 

çıxma  əmsalından  bir  neçə  dəfə  yüksək  olmuşdur.  Bu  da  o  deməkdir  ki,  sənayedə 

əsasən  mövcud  istehsal  əsas  fondların  yenidən  qurulması  deyil,  yenilərinin  yaradıl-

ması həyata keçirilir ki, bunun da hesabına onların dəyərinin artım sürəti yüksək olur.  

 

Cədvəl 3 



 Əsas sənaye-istehsal fondlarının yeniləşməsi və sıradan çıxması (iqtisadi 

fəaliyyət növləri üzrə),  əsas sənaye-istehsal fondlarının ümumi dəyərinə nisbətən  

faizlə 

 

Sənayedə  qeyd  edilən  göstərici  2000-ci  ildə  4,8  faiz,  2005-ci  ildə  15,5  faiz 



və 2013-cü ildə isə 12,6 faiz olmuşdur. 2000-ci ildən 2004-cü ilə kimi əsas fondla-

rın təzələnmə əmsalında artma müşayyət olunmuşdur və sonrakı illərdə kəskin for-

mada  azalma  baş  vermişdir.  Təzələnmə  əmsalının  artımı  həmin  dövrdə  əsasən  tü-

tün  emalı,  kimya  sənayesi  və  neft  hasilatı  sahələri  hesabına  baş  vermişdir.  Təzə-

lənmə  əmsalının  nisbətən  yüksək  olduğu  halda  sıradançıxma  əmsalı  kiçik  olmuş-

dur.  Belə ki, bu  göstərici 2000-ci  ildə əsas fondların sıradançıxma əmsalı 1,4  faiz 

təşkil etdiyi halda bu göstərici sonrakı illərdə azalmağa davam edərək 2013-cü ildə 

0,6 faiz olmuşdur.  

 

2005 


 

2011 


 

2012 


 

2013 


 

 

Artma   Sıradan 



çıxma 

Artma   Sıradan 

Çıxma 

Artma   Sıradan 



Çıxma 

Artma   Sıradan 

Çıxma 

Sənaye - cəmi 



15.5 

0.4 


7.7 

0.5 


11.8 

0.8 


12.6 

0.6 


Mədənçıxarma 

sənayesi 

20.4 

0.1 


9.0 

0.3 


 

11.2 


0.4 

 

11.4 



0.2 

Emal sənayesi 

3.4 

 

6.7 



 

13.2 


3.1 

4.1 


2.2 

Elektrik 

enerjisi, qaz və  

buxar istehsalı, 

bölüşdürülməsi 

və təchizatı 

2.5 

1.1 


1.8 

2.2 


14.6 

0.9 


14.7 

1.2 


Su təchizatı, 

tullantıların 

təmizlənməsi 

və emalı 

1.7 

0.1 


4.1 

0.3 


6.3 

0.3 


11.9 

1.4 



 

 

40



1990-2013-cü  illərdə  sənaye  istehsal  əsas  fondlarından  istifadənin  səmərəliliyi 

kəskin  şəkildə  aşağı  düşmüşdür.  Onda  qeyd  etmək  lazımdır  ki,  bu  illər  ərzində 

sənayedə  fondverimi  2,6  dəfə  azalmışdır.  Bu  azalma  həm  sənayedə  istehsal  əsas 

fondlardan  səmərəli  istifadə  səviyyəsinin  aşağı  düşməsi  ilə,  həm  də  yuxarıda  qeyd 

edilən amillərlə əlaqədar əsas fondların dəyərinin artması ilə əlaqədar olmuşdur.  

Beləliklə, respublikada sənaye istehsalının inkişafının müasir vəziyyətinin təhlili 

göstərir ki, 90-cı illərin əvvəlində baş vermiş böhran sənaye istehsalının həm kəmiy-

yət və həm də keyfiyyət baxımından ciddi şəkildə geriləməsinə səbəb olmuşdur. Son 

illərdə  sənayedə  inkişaf  meylləri  yaransa  da,  fikrimizcə,  baş  vermiş  böhranının 

nəticələrinin aradan qaldırılması və sənayenin keyfiyyət göstəricilərinin yaxşılaşması 

üçün  iqtisadiyyatın  bu  sahəsinə  güclü  investisiya  axınını  təmin  edə  biləcək  nisbətən 

uzunmüddətli hökumət siyasətinin hazırlanması və həyata keçirilməsi tələb olunur. 

Sənaye  müəssisələrinin  inkişafının  müasir  vəziyyətindən  məlum  olur  ki,  bazar 

iqtisadiyyatına  keçidlə əlaqədar olaraq ölkə iqtisadiyyatında  həyata keçirilən  iqtisadi 

islahatlar  sənayedə  istehsalın  kəmiyyət  və  keyfiyyət  göstəricilərinin  yaxşılaşmasına 

ciddi  təsir  göstərməmişdir.  Bu əsasən  hal-hazırda sənaye  müəssisələrinin  inkişafında 

mövcud olan bir çox problemlərin həll edilməmiş olaraq qalması ilə əlaqədardır.  

İstər  ölkə,  istərsədə  region  miqyasında  maddi  istehsal  sahələrinin  o  cümlə-

dəndə, sənaye sahələrinin inkişaf potensialının əsas hərəkət verici qüvvələrindən biri 

infrastruktur  sahələrinin  inkişaf  səviyyəsidir.  Aprılan  tədqiqatlardan  məlum  olur  ki, 

müasir  şəraitdə  ölkə  sənayesinin  inkşaf  problemlərindən  biri  və  ən  başlıcası  infrast-

ruktur  (isətehsal  və  bazar  infrastruktur  sahələri)  sahələrinin  zəif  inkişaf  etməsidir. 

Bildiyimiz kimi dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı çərçivəsində 

özəlləşdirilən bütün iri və orta ölçülü sənaye müəssisələri əvvəlcə səhmdar cəmiyyətə 

çevrilir və sonradan özəlləşdirilir. O da məlumdur ki, səhmdar cəmiyyətlərin inkişafı 

birbaşa  olaraq  ölkədəki  qiyməli  kağızlar  bazarının  inkişafından  aslıdır.  Lakin,  hal-

hazırda  respublikamızda  qiymətli  kağızlar  bazarının  inkişafı  olduqca  zəifdir.  Bu  isə 

səhmdar cəmiyyətəlrin inkişafına mənfi təsir göstərir. Digər tərəfdən səhmdar cəmiy-

yətlərin inkişaf problemləridən biri də bu sahədə təkmil normativ-hüquqi bazanın tam 

formalaşmamasıdır.  




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə