Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə22/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   18   19   20   21   22   23   24   25   26

 

 

62



Sənaye  obyektlərinin  ərazi  üzrə  səmərəli  şəkildə  yerləşdirilməsinin  stimullaş-

dırılması  formalarından  biri  dövlət,  yerli  və  xarici  investorlar  arasında  müqaviləyə 

əsaslanan sənaye lahiyələridir. Bu layihələrin məqsədi ölkədə istehsal olunan xammal 

və  materialların  emallıq  səviyyəsinin  dərinləşdirilməsi,  onların  keyfiyyətinin  artırıl-

ması, regionlarda mövcud olan sənaye müəssisələrin yenidənqurulması və modernləş-

dirilməsi ola bilər. Belə lahiyələrin reallaşdırılması sənaye istehsalının texniki-iqtisa-

di səviyyəsinin yüksəlməsinə, hazır məhsulun tərkibində yerli komponentlərin artma-

sına imkan verər. Hökumət bu cür lahiyələrin dəyərinin 25 faizinə qədərini  maliyyə-

ləşdirməsi  məqsədəuyğundur.  Bu  xarici  investorların  ölkənin  ayrı-ayrı  regionlarına 

cəlb edilməsini stimullaşdırar. 

Regionlarda  sənaye  istehsalının  inkişafını  stimullaşdıran  əsas  vasitələrdən  biri 

məhsul və xidmətlərin qiymətlərinin tənzimlənməsidir. Hər şeydən öncə, dövlət sifa-

riş qiymətləri və dövlət müəssisələrinin istehsal etdikləri məhsulların və infrastruktur 

obyektlərin  göstərdiyi  xidmətlərin  qiymətləri  nəzərdə  tutulur.  Fikrimizcə,  dövlətin 

inhisarında olan enerji daşıyıcılarının və infrastruktur obyektlərin xidmətlərinin daxili 

qiymətlərinin  beynəlxalq  səviyyədən  aşağı  saxlanması  hesabına  istehsal  xərclərinin 

azaldılması  yerli  sənaye  məhsullarının  rəqabət  qabiliyyətinin  artmasına  və    ixracına 

kömək edərdi. 

Sənayenin  ərazi  üzrə  təşkilinin  təkmilləşdirilməsi  üçün  dövlətin  kredit  siyasə-

tinin  təkmilləşdirilməsi  də  zəruridir.  Belə  ki,  ölkənin  ujqar  regionlarında  yeni  yara-

dılmış sənaye müəssisələrinin formalaşması üçün dövlət həmin müəssisələrin bir neçə 

il  maliyyələşməsinin  müəyyən  hissəsinin  güzəştli  kredit  hesabına  öz  üzərinə  götürə 

bilər.  Eyni  zamanda,  dövlət  sənayenin  ərazi  qurluşunun  təkmilləşməsində  nəzərə-

çarpacaq  dərəcədə  təsir  göstərən  sənaye  müəssisələrinə  istehsalı  genişləndirmək  və 

modernləşdirmək üçün əlverişli şərtlərlə kredit verə bilər. 

Qeyd  olunduğu  kimi,  sahibkarlığa  dövlət  dəstəyinin  mühüm  istiqamətlərindən 

biri  də  sahibkarların  güzəştli  kreditlərlə  təmin  edilməsidir.  Dövlətin  sahibkarlara 

maliyyə  dəstəyi  bir  neçə  istiqamət  üzrə  həyata  keçirilməkdədir.  Bu  mənbələr  sırası-

nda  sahibkarlığa  kömək  Milli  Fondunun  fəaliyyəti  xüsusi  əhəmiyyət  kəsb  edir. 

“Azərbaycan  Respublikası  regionlarının  2009-2013-cü  illərdə  sosial-iqtisadi  inkişafı 




 

 

63



Dövlət  Proqramı”na  və  "2011-2013-cü  illərdə  Bakı  şəhərinin  və  onun  qəsəbələrinin 

sosial-iqtisadi  inkişafına  dair  Dövlət  Proqramı"na  uyğun  olaraq,  sahibkarlığın 

inkişafına  dövlət  dəstəyinin  gücləndirilməsi  məqsədilə  Sahibkarlığa  Kömək  Milli 

Fondu  tərəfindən  2012-ci  il  ərzində  34  tədbir  keçirilmişdir.  Keçirilmiş  tədbirlərdən 

24-ü “Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi”nə, 10-u isə "Bakı qəsəbə-

lərində  sahibkarlığın  inkişafına  dövlət  dəstəyi"nə  həsr  olunmuşdur.  Bu  tədbirlərdə 

regionlarda  və  Bakı  qəsəbələrində  fəaliyyət  göstərən  sahibkarlıq  subyektlərinə 

Sahibkarlığa  Kömək  Milli  Fondunun  vəsaitləri  hesabına  müvəkkil  kredit  təşkilatları 

vasitəsilə güzəştli kreditlər təqdim edilmiş, tədbirlərdə iştirak etmiş 6700 sahibkara, o 

cümlədən  regionlarda  4770,  Bakı  qəsəbələrində  isə  1930  sahibkara  “Güzəştli  kredi-

tlərin  verilməsi  mexanizmi,  investisiya  layihələrinin  hazırlanması  və  təqdim  olun-

ması”  mövzusunda  maarifləndirici  treninqlər  keçirilmiş,  onlara  biznes  sahəsində 

fəaliyyətlə  bağlı  iqtisadi  biliklər  verilmiş,  nümunəvi  investisiya  layihələrinin  təqdi-

matı keçirilmişdir. Eyni zamanda, bu tədbirlərdən 5-i biləvasitə  məcburi köçkünlərin 

sıx  məskunlaşdıqları  ərazilərdə  (Füzuli  rayonunun  Horadiz,  Goranboy  rayonunun 

Ağcakənd  (Xocalı  məcburi  köçkünləri),  Ağdam  rayonunun  Quzanlı  və  Ağcabədi 

rayonunun Taxtakörpü (Laçın rayonundan olan  məcburi köçkünlər) qəsəbələrində və 

Biləsuvar rayonunun 4 saylı qəsəbəsi (Cəbrayıl rayonundan olan məcburi köçkünlər) 

keçirilmişdir. 

Sənaye  istehsalının  ərazi  üzrə  yerləşdirilməsinin  təkminləşdirilməsi  məqsədilə 

geridə  qalmış  rayonlarda  yaradılan  sənaye  müəssisələrinə  hökumət  tərəfindən 

dotasiya  verilməsi  məqsədəuyğun olardı.  Rayonun  inkişaf səviyyəsindən asılı  olaraq 

dotasiyanın  sənaye  müəssisələrinin  investisiya  xərclərində  payı  müxtəlif  ola  bilər. 

Xüsusilə, hökumət regionlarda sənaye müəssisələrinin yaradılması nəticəsində infras-

truktur obyektlərin inkişafı və genişləndirilməsinə çəkilən xərclərin böyük hissəsin öz 

üzərinə götürməlidir.  

Ölkədə formalaşmış əlverişli iqtisadi mühit ölkə regionlarının, o cümlədən Bakı 

şəhərinin  uğurlu sosial-iqtisadi  inkişafını təmin etməkdədir. Əldə olunmuş  nailiyyət-

lərin  daha  da  möhkəmləndirilməsi  məqsədilə  zəruri  tədbirlər  dövlət  tərəfindən 

növbəti illərdə də davam etdiriləcəkdir. Beləki, hökumətin hazırladığı “Orta müddətli 




 

 

64



iqtisadi-sosial  inkişaf  konsepsiyası    (2014-2017-cü  illər)”nda  da  bunlar  öz  əksini 

tapmışdır. 

Bu  məqsədlə  Azərbaycan  Respublikasının  Prezidenti  cənab  İlham  Əliyevin 

müvafiq  tapşırığına  əsasən  regionların  strateji  inkişaf  istiqamətlərini  özündə  əks 

etdirən yeni 2014-2018-ci illər üzrə Dövlət Proqramının hazırlanmışdır. 

Sözügedən  Dövlət  Proqramının  layihəsində  ölkə  regionlarında  mühüm  infras-

truktur  layihələrinin  reallaşdırılması  ilə  yanaşı,  iqtisadiyyatda  sənayeləşmə  siyasəti, 

kənd  təsərrüfatının  inkişafı  üçün  rayonlar  arasında  və  rayonlar  üzrə  ixtisaslaşmanın 

aparılması, kənd təsərrüfatının  intensiv  inkişafının təmin edilməsi, aqrar sahədə  yeni 

texnologiyaların tətbiqi və İKT məsələləri, əsas ərzaq məhsulları üzrə daxili tələbatın 

yerli  istehsal  hesabına  ödənilməsi  və  ölkənin  ərzaq  təhlükəsizliyinin  gücləndirilməsi 

istiqamətində tədbirlərin əks olunması nəzərdə tutulmuşdur.  

Dövlət  Proqramının  layihəsində  nəzərdə  tutulan  tədbirlər  3  səviyyədə 

müəyyənləşdirilmişdir:  

- Ölkə əhəmiyyətli tədbirlər; 

- İqtisadi rayonlar üzrə tədbirlər; 

- İnzibati rayonlar üzrə tədbirlər. 

 

 



3.2. Sяnayedя иnvestиsиya qoyuluшlarыnыn stиmullaшdыrыlmasы yollarы 

Məlumdur  ki,  ölkədə  sənayenin  dayanıqlı  və  tarazlı  inkişafının  təmin  edilmə-

sinə investisiya qoyuluşlarının həcm və strukturu birbaşa təsir göstərir. Buna görə də, 

əsas kapitala investisiya qoyuluşlarının prioritetləşdirilməsi sənayenin gələcək inkişaf 

istiqamətlərinin  müəyyən  olunması  baxımından  mühüm  əhəmiyyət  kəsb  edir.  Səna-

yedə  investisiya  qoyuluşunun  üstün  istiqamətlərinin  seçilməsi  zamanı  həm  mikro, 

həm  də  makro  amillər  nəzərə  alınmalı,  prioritetləşdirmə  hər  iki  səviyyə  üzrə  baş 

verməlidir.  İnvestisiya  qoyuluşlarının  prioritet  istiqamətlərini  müəyyən  edərkən,  ilk 

növbədə,  resursların  emal  sənayesi  sahələrinə  yönəldilməsi  və  onun  digər  sahələrin 

inkişafı üçün əsas olmasını nəzərə almaq zəruridir. 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə