Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏT İQTİsad universiteti «magistratura məRKƏZİ»



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə23/26
tarix06.05.2018
ölçüsü0,63 Mb.
#42869
1   ...   18   19   20   21   22   23   24   25   26

 

 

65



Xarici  dövlətlərin,  müxtəlif  investisiya  təşkilatlarının  ölkəmizə  investisiya  qoy-

masını  stimullaşdırmaq  üçün  birinci  növbədə  əlverişli  investisiya  mühiti  olmalı  və 

müxtəlif hüquqi, iqtisadi tədbirlər işlənib hazırlanmalıdır. 

  Məlumdur  ki,  bazar  investisiya  mühiti  yarada  bilməz.  Bu,  dövlətin  qayğısıdır. 

Deməli investisiya fəaliyyətinin stimullaşdırılması və səmərəli investisiya siyasətinin 

həyata  keçirilməsində  dövlətin  xüsusi  rolu  vardır.  Iqtisadiyyatın  transformasiyası 

dövründə  bu  xüsusi  ilə  zəruridir.  Ölkə  iqtisadiyyatına  investisiya  qoyuluşunu 

stimullaşdırmaq  üçun  Azərbaycan  hökumətinin  bu  sahədə  fəaliyyətinin  preoritet 

istiqamətlərindən  biri  sabit  investisiya  qanunvericiliyi  bazasının  formalaşdırılması 

olmuşdur.  İnvestisiya  qanunvericiliyi  əlverişli  investisiya  mühitini  müəyyən  edən 

əsas  amillərdən  biri  olmaqla  investorların  maraqlarının  etibarlı  müdafiəsınə  xidmət 

edir.  Dünya  təcrübəsindən  də  məlumdur  ki,  investisiya  qanunvericiliyi  işləyib 

hazırlayarkən  yol  verilən səhvlər potensial investorların  uzun  müddət dövlətə  inamı-

nın  itirilməsinə  gətirib  çıxarır.  Dövlətin  bu  məsələyə  son  dərəcə  diqqətlə  yanaşması 

nəticəsində  ölkədə  investisiya  münasibətlərinin  inkişafı  və  tənzimlənməsinin  daha 

səmərəli  rejimini  formalaşdırmağa  imkan  verən  mükəmməl  qanunvericilik  bazası, 

onun çevik və işlək mexanizmi işlənib hazırlanmşdır.  

  Əlverişli  investisiya  mühiti  o  zaman  mövcud  olur  ki,  xarici  investorların 

fəaliyyəti  siyasi,  iqtisadi  və  hüquqi  risklərdən  maksimum  dərəcədə  sığortalanmış 

olsun.  Xarici  investisiyaların  hüquqi  tənzimlənməsi  məsələsi  siyasi  amillərlə  sıx 

əlaqədə olub onun nəticəsi kimi çıxış edir. Yəni, hüquqi tənzimlənmə və onun əsasını 

təşkil  edən  hüquqi  baza  investisiya  mühitinin  formalaşdırılması  sahəsində  ölkənin 

siyasi  iradəsini  ifadə  edən  investisiya  fəaliyyəti  ilə  bağlı  yaranan  münasibətlərin 

çərçivəsini müəyyənləşdirən amil rolunu oynayır. Azərbaycan Respublikasında xarici 

investisiyaların hüquqi tənzimlənməsi prosesi aşağıdakı səviyyələrdə həyata keçirilir: 

- Konstitusiya səviyyəsində; 

-  İnvestisiya  fəaliyyətinə  dair  qanunlar  və  digər  hüquqi  normativ  aktlar 

səviyyəsində;  

- Beynəlxalq sazişlər çərçivəsində; 



 

 

66



  Ölkə Konstitusiyasında təbii ki, xarici investisiyaların tənzimlənməsi prosesinə 

birbaşa  toxunulmur.  Lakin  bir  sıra  ümumi  müddəalar,  Azərbaycanda  fəaliyyət 

göstərən  bütün  iqtisadi  subyektlərin,  o  cümlədən  xarici  investorların  hüquqlarını 

müəyyən edir və onların qorunmasına təminat verir. 

  Xarici  investisiyaların  konkret  qanunlar  və  digər  normativ  hüquqi  aktlar 

çərçivəsində  tənzimlənməsinə  gəldikdə  isə  ilk  növbədə  “İnvestisiya  fəaliyyəti 

haqqında”  və  “Xarici  investisiyaların  qorunması  haqqında”  Azərbaycan  Respubli-

kasının  qanunlarını  qeyd  etmək  lazımdır.  Investisiya  fəaliyyəti  haqqında  qanun  13 

yanvar  1992-ci  ildə  qəbul  edilib.  Qanun  ölkə  ərazisində  investisiya  fəaliyyətinin 

ümumi siyasi, iqtisadi və hüquqi şərtlərini müəyyənləşdirməklə Azərbaycan iqtisadi-

yyatına investisiyaların cəlbinin stimullaşdırılmasına, onlardan ölkənin sosial-iqtisadi 

bazasının,  həmçinin  xarici  iqtisadi  əlaqələrin  inkişafı  üçün  səmərəli  istifadə  edilmə-

sinə  yönəldilmişdir  və  mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  investorların 

hüquqlarının bərabər müdafiəsinə təminat verir.  

Xarici  investisiyaların  tənzimlənməsi  sahəsində  ən  mühüm  qanunvericilik  aktı 

rolunu  “Xarici  investisiyaların  qorunması  haqqında”  Azərbaycan  Respublikasının 

qanunu oynayır. Bu qanun 15 yanvar 1992-ci ildə qəbul edilib. Bu qanun Azərbaycan 

Respublikasının ərazisində xarici investisiya qoyuluşunun iqtisadi və hüquqi prinsip-

lərini  müəyyən  edir.  Qanun  ölkə  iqtisadiyyatında  xarici  maddi  və  maliyyə  ehtiyatla-

rının,  qabaqcıl  xarici  texnikanın  və  texnologiyanın,  idarəetmə  təcrübəsinin  cəlb 

olunmasına, bunlardan səmərəli istifadə olunmasına yönəlmişdir və xarici investorla-

rın  hüquqlarının  müdafiəsinə təminat  verir. Bu qanun  7 bölmə, 43  maddədən  ibarət-

dir.  

“Xarici  investisiyaların  qorunması  haqqında”  Azərbaycan  Respublikasının 



qanununa  müvafiq  olaraq  Azərbaycan  Respublikasında  xarici  investisiya,  Azər-

baycan  Respublikasının  xalqına  və  dövlət  mənafelərinə  zərər  verən  müstəsna  hallar 

istisna  olmaqla  milliləşdirilmir.  Milliləşdirmə  haqqinda  qərarı  Azərbaycan  Respub-

likasının Milli Məclisi qəbul edir. Təbii fəlakət, qəza, epidemiya və fövqəladə xarak-

ter  daşıyan  başqa  hallar  istisna  olmaqla,  xarici  investisiya  rekvizisiya  edilmir. 

Rekvizisiya  haqqinda  qərarı  Azərbaycan  Respublikasının  Nazirlər  Kabineti  qəbul 




 

 

67



edir.  Milliləşdirmə  və  rekvizisiya  tədbirləri  görüldükdə  xarici  investora  təxirə 

salınmadan səmərəli kompensasiya ödənilir.  

Respublikada  lizinq  fəaliyyətinin  inkişafı  investisiya  fəallığının  yüksəldilməsi 

və ölkə  iqtisadiyyatına əlavə  investisiyaların  o cümlədən  xarici  investisiyaların cəlbi 

istiqamətlərindən  biri  olmalıdır.  Investisiya  fəaliyyətində  lizinqin  inkişafı  dövlət 

investisiya  proqramlarının  reallaşdırılması  üçün  vəsaitlərin  başqa  məqsədlərə  cəlb 

olunmasından  çəkinmədən  və  ölkənin  istehsal-texnoloji  bazasının  formalaşması  və 

təzələnməsi  üzrə  nəzarət  olunan  iş  üçün  geniş  imkanlar  açır.  1995-ci  ildə  qəbul 

olunan  “Lizinq  haqqında”  Azərbaycan  Respublikasının  qanunu  iqtisadiyyata 

investisiya  axınının  stimullaşdırılmasına  və  beynəlxalq  standartlara  uyğun  texniki 

avadanlıq, mütərəqqi texnologiyadan istifadə olunmasına, yüksək rəqabət qabiliyyətli 

məhsul  istehsalının artırılmasına real şərait  yaradacaq. Qanunlardan əlavə,  iqtisadiy-

yatımıza  xarici  investisiyaların  cəlbini  stimullaşdırmaq  üçün  müxtəlif  güzəştlər  də 

tətbiq  edilir.  Xarici  investorlar  ölkə  ərazisində  qazanmış  olduqları  mənfəəti  xaricə 

repatriasiya  etmək,  müəyyən  edilmiş  fiskal  güzəştlərdən  istifadə  etmək  hüququna 

malikdirlər. Bundan əlavə xarici investorlara müxtəlif maliyyə və vergi güzəştləri də 

verilir. Hətta bəzi hallarda xarici müəssisələr yerli sahibkarlara nisbətən daha əlverişli 

hüquqi mövqeyə malik olurlar.  

Xarici investor üçün maliyyə riski mühüm əhəmiyyətə malikdir. Maliyyə riskləri 

əsasən  inflyasiya  və  valyuta  kurslarının  dəyişməsindən  əmələ  gəlir.  Xarici  investor 

ölkədəki  maliyyə  riskinin  xarakterini,  onun  baş  vermə  şəraitini  və  bu  riskdən 

qorunma  imkanlarını  qiymətləndirir.  Bunları  nəzərə  alaraq  müxtəlif  qanunların 

qəbulu  ilə  yanaşı  əlverişli  investisiya  mühitinin  yaradılması,  vergi  və  gömrük 

sisteminin  optimallaşdırılması,  milli  valyutanın  sabitliyinə  nail  olunması  da  əsas 

fəaliyyət istiqamətləri kimi seçilmişdir. 

Yuxarıda  göstərilən  tədbirlərdən  savayı  Azərbaycan  hökuməti  ölkə  iqtisa-

diyyatına  xarici  investisiyaların  cəlbini  stimullaşdırmaq  üçün  çox  geniş  miqyasda 

iqtisadi və sosial tədbirlər həyata keçirilir.  

Mərkəzləşdirilmiş  investisiyaların  məhdudluğu  şəraitində  investisiya  olunan 

kapitalın  həcminin  artırılmasına  və  səmərəliliyinin  yüksəldilməsinə  yönəldilmiş 




Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə