1
AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI
AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI
Fakultə : «Əmtəəşünaslıq»
Ixtisas : Istehlak mallarının ekspertizası və marketinqi
B U R A X I L I Ş I Ş I
Mövzu:Ticarətə daxil olan yeməkxana təyinatlı keramika
məmulatlarının istehlak xassələrinin ekspertizası
Işin rəhbəri: dos. Həsənov N.N.
Tələbə: İbrahimov Vüqar Ağaddin
Bölmə: azərbaycan
Qrup:2322
«Təsdiq edirəm»
Kafedra müdiri :_______________ prof.Ə.P.HƏSƏNOV
B A K I 2015
2
PLAN
GIRIŞ
3
I. Keramikanın tərkibi, quruluşu və xassələri
6
II. Keramika məmulatlarının keyfiyyətinə qoyulan ümumi istehlak
tələbləri
12
III. Termiki emalın çini və kaşı məmulatlarının keyfiyyətinin
formalaşdırılmasında rolu
15
IV. Bəzəndirilmənin keramika məmulatlarının keyfiyyətinə təsiri
19
V. Yeməkxana təyinatlı keramika məmulatlarının keyfiyyətinin
ekspertizası
23
VI. Ticarətə daxil olan keramika qablarının çeşidinin təhlili
27
VII. Ticarətə daxil olan yeməkxana təyinatlı keramika məmulatlarının
keyfiyyətinin ekspertizası
41
NƏTICƏ VƏ TƏKLIFLƏR
46
ƏDƏBIYYAT
49
3
GIRIŞ
Hələ çox qədimlərdən insanlar keramika adlı məmulatlardan istifadə etməyə
başlamışlar.
“Keramika” qədim yunan dilində olan “Keramos” sözündən əmələ gəlib ki,
bu da gil mənasını verir. Keramika yunanca dulusçuluq sənəti deməkdir. Gildən
hazırlanıb, bir və daha çox dəfələrlə yandırılmadan keçirilən məmulatlar keramika
adlanır. Keramika mallarını iki mənada: geniş və dar mənada başa düşmək
lazımdır.
“Keramika” geniş mənada metal olmayan qeyri-üzvi materiallardan bərk
məmulatların hazırlanması sənəti kimi başa düşülür. Bura çini, kaşı, obrazivlər,
minalar, sement və şüşə materialları deyil, həmçinin metal olmayan maqnit
materialları, sintetik monokristallar, eyni zamanda bir neçə il bundan əvvəl
mövcud olmayan başqa müxtəlif növ məhsullar da daxildir.Onlardan bir çoxu yeni
texnikanın hissə və aparatların istehsalında işlədilir.
“Keramika” dar mənada plastik gil və onun mineral əlavələrlə hazırlanıb
yandırıldıqdan sonra suya və odadavamlı məmulata çevrilməsindən ibarətdir.
Aparılan tədqiqatlar göstərmişdir ki, keramika malları insanların ən qədim
dövrlərdən istifadə etdiyi xalq istehlak malları olmuşdur. Qazıntılar zamanı tapılan
keramika məmulatlarının bizim eramıza qədər 15 min il yaşı olduğu təyin
olunmuşdur. Kereamika məmulatları bizim eramızdan əvvəl 5-ci minillikdə
Misirdə geniş yayılımışdır. Qədim Misir, Babilstan, İran və s. ökələrdə ilk dəfə
bişmiş kərpic, kaşı, mina və s. məmulatlardan istifadə edilirdi.
Misirdən keramika istehsalı əvvəlcə Yunanstana, sonrada İtaliyaya
keçmişdir. Yunan keramikası forma kamilliyi və çeşid müxtəlifliyinə görə şöhrət
tapmışdır. Qədim Romada da lak ilə örtülmüş keramika qabları hazırlanırdı. Bizans
sənətkarları Roma keramikası ənənələrini yaxın şərq mədəniyyətinin təsiri altında
davam etdirdilər.Yunan ustaları qırmızı gildən vazalar hazırlayıb üzərinə
odadavamlı qara lak çəkdilər.Bunun istehsalı bu günə qədər sirr olaraq
4
qalmışdır.Vazaların üzərindəki süjetlər vuruşmalara, ovçuluğa, bayramlara və s.
həsr edilmişdir.
Müsəlman dulusçuları gil qabları və nəlbəkiləri şirələmək üçün lyustr kəşf
etdilər. Lyustr çəkilmiş məmulat yandırıldıqdan sonra ona sədəfə və qızıla oxşar
qeyri-adi parlaqlıq verilir. Bu nəticəyə gəlmək olur ki, həmin məmulat qiymətli
metaldan hazırlanmışdır. Müsəlman keramika sənətinin spesifik xüsusiyyəti ondan
ibarətdir ki, əks olunan mövzularda insan fiqurları yox idi. Mayolika qablarında
əsas dekorativ elementlər,ornoment rəsmləri, quş şəkilləri, az hallarda heyvanlar
əks etdirilirdi. XIV-XV əsrlərdə keramika İspaniyada daha sürətlə inkişaf etməyə
başladı. XV-ci əsrdə İspaniyanın Malorka-Mayorka adasında keramikanın başqa
növü istehsal edilir ki, bu da mayolika adını alır. Mayolika istehsalı Aralıq
dənizindən İtaliyaya keçir. İtaliya ustaları İspaniyanın keramika istehsalının
texnologiyasını qəbul edərək ona yeni dekorativ bəzək verirlər.Məmulatların
üzərində rəssamların əsərlərini əks etdirirlər.
İtaliya mayolikasına kaşı adı verildi. Belə adın əmələ gəlməsinə səbəb bu
məmulatların istehsalının mərkəzi Faens şəhərində yerləşməsi olmuşdur. Mayolika
texnikası İtaliyadan Avropanın başqa ölkələrinə, xüsusi ilə Fransaya və
Holllandiyaya keçmişdir.
Keramikanın daha qiymətli növü çinidir ki, bunun vətəni Çin sayılır. Çində
(bizim eramızdan əvvəl II-əsrdə) Szin dövründə 265-316 illərdə çini istehsal
olunurdu.Çinlilər çininin istehsal texnologiyasını və tərkibini sirr olaraq
saxlamışlar. Bu ölkənin çinisi başqa ölkələrin çinisinə nisbətən nazik divarlı,işıq
keçirən, təmiz səsli, ağ şirəli olması ilə fərqlənir. Çiniyə farfor deyilir.Farfor - ərəb
sözü olub, imperator üçün deməkdir. Portuqaliyalılar çinin parlaq səthini dəniz
balıq qulağının səthinə bənzətdikləri üçün onu “Porselin” adlandırmışlar.
XVIII əsrdə Fransa, İtaliya, İngiltərə, Belçika, Ruminiya və başqa dövlətlər
də çini istehsalını mənimsəmişdilər. XVIII əsrin axırlarında bəzi ölkələrdə çini
istehsalının texnoloji keyfiyyətinin, formasının, naxışının yüksək səviyyədə
olmasına nail olmuşlar.