Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə38/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   34   35   36   37   38   39   40   41   ...   111

131 
 
b)  Sulu  məhlulu  sınaq  şüşəsindən  stəkana  süzün  (müqayisə  üçün  saxlamaq 
lazımdır),  yod  kristallarının  üzərinə  isə  2-3  ml  spirt  əlavə  edin.  Suda  və  spirtdə 
hazılanan məhlulların rənginin intensivliyini müqayisə  edin. 
Sınaq şüşəsində 3-4 ml suya 2-3 yod kristalı atıb, mayeni çalxalayın və məhlil 
üzərinə  azca  kalium-yodid  məhlulu  əlavə  edin.  Nə  müşahidə  olunur?  Yodun  kalium 
yodid  məhlulunda  həll  olaraq  KJ
3
  tərkibli  birləşmə  əmələ  gətirdiyini  bilərək 
reaksiyanın tənliyini yazın. 
Təcrübə  2.Yodun  süblimasiyası.  Buruncuğu  olmayan  stəkana  bir  neçə  yod 
kristalı atıb, ağzını içərisində soyuq su olan yumrudib kolba ilə örtün və zəif qızdırın. 
Nə müşahidə olunur. Süblimasiya nədir? 
Təcrübə  3.  Yodun  alüminiumla  qarşılıqlı  təsiri.  Şüşə  lövhədə  təqribən  eyni 
həcmdə  yod  və  alüminium  tozlarını  qarışdırın.  Şpatelin  köməyilə  qarışığı  piramida 
şəklində  toplayın.  Piramidanın  zirvəsinə  pipetdən  bir  damcı  su  əlavə  edin. 
Alüminium- yodid alınması ilə şiddətli reaksiya gedir. Çoxlu miqdarda bənövşəyi yod 
buxarları  əmələ  gəlir,  hərdən  qığılcım  verir,  ona  görə  də  reaksiya  başlayan  kimi 
qarışığı  böyük  stəkan və ya şüşə qapaqla örtmək lazımdır. 
Təcrübə  4.  Halogenlərin  bir-birini  onların  duzlarının  məhlullarından 
sıxışdırıb  çıxarması.  Sınaq  şüşələrindən  birinə  1  ml  kalium-bromid,  ikinci  və 
üçüncüyə  -  kalium  yodid  məhlulları  tökün.  Birinci  və  ikinci  sınaq  şüşəsinə  bir  neçə 
damcı  xlorlu  su,  üçüncüyə  -  bromlu  su  və  bir  damcı  nişasta  məhlulu  əlavə  edin.  Nə 
müşahidə  olunur?  Sınaq  şüşələrində  məhlulun  rənginin  dəyişməsi  nəyi  göstərir? 
Nəticə çıxarın və reaksiya tənliklərini yazın. 
Təcrübə 5. Hallogenid ionları  üçün  xarakterik reaksiyalar. Üç sınaq şüşəsi 
götürüb,  hərəsinə  1-2  ml  olmaqla  birinciyə  natrium-xlorid,  ikinciyə  kalium-bromid, 
üçüncüyə isə kalium-yodid məhlulları tökün. Hər bir sınaq şüşəsinə 3-4 damcı gümüş-
nitrat məhlulu əlavə edin. Əmələ gələn çöküntülərin rənglərinə diqqət etdikdən sonra 
onların duru nitat turşusunda həll olub-olmadığını yoxlayın. Reaksiyaların tənliklərini 
yazın. 


132 
 
3.7.  Kükürd və onun birləşmələrinin öyrədilməsi zamanı kimya 
eksperimenti 
 
1-ci iş. Kükürd və hidrogen-sulfid. 
 
Ləvazimat  və  reaktivlər:  Sınaq  şüşələri,  metal  ştativ,  sınaq  şüşələrini  yığmaq 
üçün  ştativ,  spirt  lampası,  kibrit,  çini  puta,  tutqac,  metal  maşa,  asbestli  tor,  çini 
üçbucaq, dibi kəsilmiş şüşə qab, çini kasa, şüşə çubuq, qazaparan borusu olan tıxac, 
müxtəlif  ölçülü  stəkanlar,  hidrogen  almaq  üçün  hazırlanmış  Kipp  aparatı,  ortası 
genişləhdirilmiş  odadavamlı  şüşə  boru,    əridilərək  ucu  dartılmış  şüşə  boru,    saat 
şüşəsi,  çöp,  kükürd  kristalları,  civə,  mis  zolağı,  sink  dənələri,  dəmir(II)  sulfid 
qırıntıları,  durulaşdırılmış  xlorid  turşusu  məhlulu,  qurğuşun(II)  asetat,  ammonium-
sulfid,  barium-xlorid,  alüminium-sulfat,  manqan(II)  sulfat,  qurğuşun(II)  nitrat 
məhlulları. 
 
Kükürdün fiziki və kimyəvi xassələri. 
Təcrübə  1.  Monoklinik  kükürdün  alnması.  Çini  putanı  kükürdlə  doldurub, 
ştativin  halqasında  asbestli  tor  üzərində  qızdırın  və  kükürd  əridikdə  putanın  altından 
lampanı  götürüb, onu soyumağa qoyun. Putanın divarlarında kristallar  görünən kimi, 
kükürdün  soyumamış  hissəsini  dərhal  başqa  qaba  boşaldın.  Putanın  divarlarına 
yapışmış monoklinik kükürd kristallarını müşahidə edin. 
Təcrübə  2.  Plastik  kükürdün  alınması.  Sınaq  şüşəsinə  bir  neçə  kükürd 
parçası  salıb,  tutqacla  tutaraq,  kükürd  əriyib  qaynayana  qədər  qızdırın.  Kükürdün 
rəngində  əmələ  gələn  dəyişikliyi  müşahidə  edin  və  qaynamaqda  olan  kükürdü  nazik 
axınla  soyuq  su  ilə  dolu  stəkana  tökün.  Suda  yığılmış  rezinə  bənzər  kütləni  götürüb 
dartın və rezin kimi uzanmasını müşahidə edin. Kükürdü dərsin sonuna kimi saxlayın 
və yenidən dartın nə müşahidə edilir? Nəticə çıxarın. 


133 
 
Təcrübə  3.  Kükürd  çiçəyinin  alınması.  Ştativin  halqasına  çini  üçbucaq 
qoyub, içərisində kükürd olan putanı oraya kip  yerləşdirin  və ağzını şüşə tıxacı  olan 
dibi  kəsilmiş  şüşə  ilə  örtün.  Putanı  qızdırın  və  kükürd  qaynamağa  başladıqda  əmələ 
gələn  buxarın  şüşənin  soyuq  divarlarına  toxunaraq  narın  toza  –  kükürd  çiçəyinə 
çevrilməsini müşahidə edin. 
Təcrübə 4. Kükürdün metallarla qarşılıqlı təsiri. 
a)
 
 Kükürdün  civə  ilə  qarşılıqlı  təsiri.  Çini  həvəngdə  azca  kükürd  və  bir 
damcı  civə  (ehtiyatlı  olun  zəhərlidir)  tökün  və  nə  alındığını  müşahidə  edin. 
Reaksiyanın tənliyini yazın. 
b)
 
 Kükürdün  mislə  qarşılıqlı  təsiri.  İçərisində  kükürd  olan  sınaq  şüşəsini 
maşa  ilə  tutub  qızdırın  və  kükürd  qaynamağa  başladıqda,  ensiz  mis  zolağını  metal 
maşa  ilə  tutaraq,  azca  qızdırıb  sınaq  şüşəsinə  daxil  edin.  Nə  müşahidə  olunur? 
Reaksiya  məhsulunun  suda  və  xlorid  turşusunda  həll  olub-olmamasını  yoxlayın. 
Müvafiq reaksiya tənliklərini yazın. 
c)
 
 Kükürdün  sinklə  qarşılıqlı  təsiri.  1,5  q  narın  əzilmiş  kükürd  ilə  3  q  sink 
tozunu qarışdıraraq, təpəcik şəklində çini kasaya tökdükdən sonra qarışığa yanar çöp, 
yaxud  qızdırılmış  şüşə  çubuq  yaxınlaşdırın.  Nə  müşahidə  olunur?  Nəticə  çıxarın  və 
reaksiyanın tənliyini yazın. 
 
Hidrogen-sulfidin alınması və xassələri. 
Təcrübə  1.  Hidrogen-sulfidin  alınması  (hidrogen-sulfidlə  olan  bütün 
təcrübələr sorucu şkafda aparılmalıdır!). 
a)
 
Hidrogen-sulfidin  hidrogen  ilə  kükürdün  sintezindən  alınması. 
Odadavamlı  şüşə  borunun  geniçləndirilmiş  hissəsinə  bir  qədər  narın  əzilmiş  kükürd 
tozu  tökün.  Şüşə  borunun  bir  ucuna  qazaparan  borusu  olan  tıxac  taxın  və  onu 
içərisində  qurğuşun(II)  nitrat  məhlulu  olan  stəkana  daxil  edin.  Borunun  digər  ucunu 
isə  hidrogenin  alınması  üçün  hazırlanmış  Kipp  aparatı  ilə  birləşdirin  və  içərisinə 
havanın  qovulması  üçün  hidrogen  buraxın  (şəkil  33,  a).  Cihazdan  keçən  hidrogenin 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə