134
təmizliyini yoxlayın. Bunun üçün, stəkana daxil edilmiş qazaparan borunun ucunu
yuxarı qaldırın və çıxan hidrogeni yandırın. Hidrogenin təmizliyinə əmin olduqdan
sonra borunun geniş hissəsinə tökülmüş kükürdü qızdırın və hidrogenin buraxılmasını
davam etdirin. Nə müşahidə edilir? Stəkanda alınan maddə nədir? Prosesin gedişini
izah edin və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın.
Şəkil 33. Hidrogen-sulfidin alınması: a-hidrogen-sulfidin sintezi;
b-hidrogen sulfidin yandırılması
b)
Hidrogen-sulfidin dəmir(II) sulfiddən alınması. Sınaq şüşəsində bir qədər
narın əzilmiş dəmir(II) sulfid götürüb, üzərinə 2-3 ml duru xlorid turşusu məhlulu
tökün və dərhal ağzını qazaparan borusu olan tıxacla bağlayın və qazaparan borunun
ucunu içərisində su olan stəkana daxil edin. Reaksiya qurtardıqdan sonra alınan
hidrogen-sulfidli suyu göy lakmus kağızı ilə yoxlayın. Nə müşahidə olunur? Nəticə
çıxarın və reaksiyanın tənliyini yazın.
Təcrübə 2. Hidrogen-sulfidin xassələri.
a)
Hidrogen sulfidin yanması. Hidrogen-sulfid alınan sınaq şüşəsinin
ağzındakı qazaparan borunun ucunu əridilərək dartılmış şüşə boru ilə əvəz edin. Yenə
də sınaq şüşəsinə bir qədər dəmir (II) sulfid kristalları salıb, üzərinə 3-4 ml duru
xlorid turşusu əlavə edin. Ucu dartılmış borunun ağzına yanar çöp yaxınlaşdırın və
135
hidrogen sulfidin yanmasını müşahidə edin (şəkil 33, b). Hidrogen-sulfid alovunun
üzərinə quru stəkan çevirin. Stəkanın divarlarının tərləməsinin səbəbini izah edin.
Sonra hidrogen-sulfid alovunun üzərinə soyuq saat şüşəsi tutun (saat şüşəsi alova
toxunmalıdır). Nə müşahidə olunur? Nəticə çıxarın və reaksiyaların tənliklərini yazın.
b)
Hidrogen-sulfidin reduksiyaedici xassəsi. İçərisində kalium-permanqanat
məhlulu olan sınaq şüşəsinə 4-5 damcı qatı sulfat turşusu və bir o qədər hidrogen-
sulfidli su əlavə edin. Nə müşahidə olunur? Səbəbini aydınlaşdırın və reaksiya
tənliyini yazın.
c)
Sulfid (S
-2
) ionunun təyini. Sınaq şüşəsində 4-5 ml Pb(NO
3
)
2
məhlulu
götürüb, üzərinə bir neçə damcə hidrogen-sulfidli su tökün. Nə müşahidə olunur?
Nəticə çıxarın və reaksiyanın tənliyini yazın.
d)
Az həll olan sulfidlərin alınması. Ayrı-ayrı sınaq şüşələrində sink-xlorid,
barium-xlorid, manqan(II) sulfat və qurğuşun(II)asetat məhlullarından 2-3 ml götürüb,
hər bir sınaq şüşəsinə 1-2 ml ammonium-sulfid məhlulu əlavə edin. Nə müşahidə
olunur? Əmələ gələn çöküntülərin rəngini müəyyən edin. Alınmış çöküntülərin
üzərinə bir qədər 2N nitrat turşusu məhlulu əlavə edin. Hansı çöküntü nitrat
turşusunda həll olur?
Bu təcrübələri ammonium-sulfid məhlulu əvəzinə hidrogen-sulfidli su
götürməklə də təkrar edin və reaksiyaların tənliklərini yazın.
Təcrübə 6. Sulfidlərin hidrolizi. Sınaq şüşəsində bir qədər natrium-sulfidi
distillə suyunda həll edin və alınmış məhlulu qırmızı lakmus kağızı ilə yoxlayın.
Lakmus kağızının aldığı rəngə görə mühiti təyin edin.
Sınaq şüşəsində 2-3 ml alüminium-sulfat məhlulu üzərinə bir qədər
ammonium-sulfid məhlulu əlavə edin. Sınaq şüşəsini zəif qızdırın. Nə müşahidə
olunur? Alınmış çöküntünü məhluldan ayırın və onun alüminium-hidroksid olduğunu
təcrübi olaraq yoxlayın. Müvafiq hidroliz reaksiyalarının molekulyar və ion-
molekulyar tənliklərini yazın.
136
2-ci iş. Kükürdün oksigenli birləşmələri.
Ləvazimat və reaktivlər: Metal ştativ, sınaq şüşələri, spirt lampası, kibrit,
tutqac, kimyəvi stəkan, şüşə çubuq, Vürs kolbası, damcı qıfı, kristallizator, kalium-
permanqanat məhlulu, lakmus kağızı, durulaşdırılmış və qatı sulfat turşusu,
alüminium-sulfat, natrium-sulfat, mis (II) sulfat məhlulları, dəmir (II) sulfat
kristalhidratı, şəkər tozu, lakmus məhlulu.
Təcrübə 1. Kükürd (IV) oksidin alınması və xassələri.
a)
Ştativin pəncəsinə bərkidilmiş Vürs kolbasına 4-5
q natrium-sulfit, onun ağzında olan damcı qıfına isə bir
qədər qatı sulfat turşusu tökün (şəkil 34). Vürs kolbasından
çıxan qazaparan borunun ucunu silindrin dibinə çatmaq
şərti ilə içərisinə daxil edin. Kolbaya damcı-damcı sulfat
turşusu məhlulu axıdın. Reaksiya yavaş gedərsə, kolbanı
spirt lampası alovunda zəif qızdırın. Alınan kükürd qazı ilə
iki sınaq şüşəsini və bir stəkanı doldurun, ağzını örtərək
sonrakı təcrübələr üçün saxlayın. Qazaparan borunun
ucunu içərisində 3-4 ml distillə suyu olan kiçik stəkana
daxil edin və ora 2-3 dəqiqə kükürd qazı buraxın və
sonrakı təcrübə üçün saxlayın.
b)
Yuxarıdakı təcrübədə kükürd qazı ilə doldurulmuş sınaq şüşələrindən birinə
yanar çöp daxil edin və onun sönməsini müşahidə edin. Kükürd qazı mühitində yanar
çöp nə üçün sönür?
c)
Kükürd qazının suda həll olması. Stəkana yarısına qədər distillə suyu
töküb, üzərinə 3-4 damcı göy lakmus məhlulu əlavə edin. Yuxarıdakı təcrübədə
kükürd qazı ilə doldurulmuş ikinci sınaq şüşəsinin ağzından tıxacı çıxarıb, başı aşağı
həmin suya salın və öz oxu ətrafında fırladın. Nə müşahidə olunur? Nəticə çıxarın və
reaksiyanın tənliyini yazın.
Şəkil 34. Kükürd qazının
alınması üçün cihaz.
Dostları ilə paylaş: |