Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə47/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   43   44   45   46   47   48   49   50   ...   111

159 
 
karbohidrogenlərə  məxsus  xarakterik  xassə  vardırmı?  Sualı  benzolun  quruluşunun 
izahı ilə cavablandırın. 
c)
 
Benzolun 
xlorla 
birləşmə 
reaksiyası  (təcrübə  sorucu  şkafda 
aparılmalıdır).  Böyük  konusşəkilli  kolbanı  havanı  sıxışdırıb  çıxartmaqla  xlorla 
doldurun. Kolbaya təxminən 2 ml  benzol tökün və ağzını rezin tıxacla bağlayın. Adi 
işıqda reaksiya getmədiyini müşahidə etdikdən sonra kolbanı güclü işıqlanan elektrik 
lampasının  qarşısına  qoyun.  Nə  müşahidə  edilir?  Hansı  maddə  alınır?  Kolbanı  bir 
neçə  dəfə  silkələyin  və  yarım  saatdan  sonra  onun  daxili    divarlarını  örtən  maddəni 
nəzərdən  keçirin.  Kolbanın  ağzını  açın,  maddənin  iyini  müəyyən  edin  və  onu  başı 
aşağı  içərisində  su  olan  kristallizatora  daxil  edin.  Nə  müşahidə  edilir?  Hadisəni  izah 
edin və reaksiya  tənliyini  yazın. 
 
3.11. Oksigenli üzvi birləşmələrin öyrədilməsi zamanı kimya eksperimenti. 
 
1-ci iş. Spirt, aldehid və karbon turşuları. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  metal  ştativ,  spirt  lampası,  kibrit,  ucu 
əridilərək  dartılıb  nazikləşdirilmiş  şüşə  boru,  tıxac,  şüşə  lövhə,  büret,  kolbalar,  iki 
deşiyi olan tıxac, , düzbucaq şəkilli şüşə boru, ölçü silindri, şüşə çubuq, çini kasa, su 
hamamı,  etil  spirti,  natrium  metalı,  qliserin,  mis(II)  sulfatın  duru  məhlulu,  natrium-
hidroksid  və  qatı  sulfat  turşuları  məhlulları,  mis(II)  sulfat  kristalhidratı,  çay  qumu, 
mis(II) oksid tozu, 2%-li ammonium-hidroksid, gümüş-nitrat  və  formalin  məhlulu. 
Təcrübə  1.  Etil  spirtinin  natriumla  qarşılıqlı  təsiri.  Sınaq  şüşəsinə  2-3  ml 
susuz  spirt  töküb,  içərisinə  1-2  kiçik  parça  təmizlənmiş  natrium  saldıqdan  sonra, 
ağzını  ucu  dartılıb  nazikləşdirilmiş  şüşə  borusu  olan  tıxacla  bağlayın.  Sınaq 
şüşəsindən  havanın  çıxmasını  gözlədikdən  sonra  ayrılan  hidrogeni  yandırın. 
Natriumun  hamısı  reaksiyaya  daxil  olmayıbsa,  bir  qədər  də  spirt  əlavə  edin. 
Reaksiya başa çatdıqdan sonra sınaq şüşəsində qalan natrium-etilatdan bir qədər şüşə 


160 
 
lövhə  üzərinə qoyub, ehtiyatla buxarlandırın. Soyuduqdan sonra quru  natrium-etilata 
1-2  damcı  fenolftalein  məhlulu  əlavə  edin.  Nə  müşahidə  olunur?  Sonra  fenolftaleinli 
natrium  etilatın  üzərinə  az  miqdarda  su  əlavə  edin.  Nə  müşahidə  olunur?  Baş  verən 
hadisələri izah edin və reaksiyaların tənliklərini yazın. 
Təcrübə  2.  Etil  spirtindən  ayrılan  hidrogenin  miqdarca  təyin  edilməsi. 
Təcrübəni  aparmaq  üçün  48-cı  şəkildəki  cihazı  yığmalı. 
Birinci  kolbaya  büret  vasitəsilə  3  ml  təmiz  etil  spirti 
töküb  ağzını  içərisindən  hündür  soyuducu  rolunu  ifadə 
edən  şüşə  boru  keçirilmiş  tıxacla  bağlayın.  Spirt 
buxarlarının  yaxşı  mayeləşməsi  üçün    borunun  şaquli 
hissəsini yaş kağıza bükməli. Su ilə dolu ikinci kolbanın 
ağzına  iki  deşiyi  olan  tıxac  taxmalı.  Tıxacın  bir 
deşiyiniə  düzbucaq  şəkilli  şüşə  boru  keçirib,  birinci 
kolbadan  çıxan  soyuducu  boru  ilə  birləşdirin.  Tıxacın 
ikinci deşiyinə isə bir  ucu 3-cü kolbaya salınmış qazaparan boru keçirin. Cihaz hazır 
olduqdan sonra birinci kolbanı ştativin pəncəsindən açıb əyərək, içərisinə 2-3 q səthi 
təmizlənmiş  və  xırdalanmış  natrium  parçlarını  salın.  Kolbanın  ağzını  örtərək,  şaqulu 
vəziyyətdə  yerinə  bərkidin.  Reaksiyanın  gedişini  müşahidə  edin  və  birinci  kolbanı 
zəif  qızdırın.  Üçüncü  kolbaya  suyun  gəlməsi  dayandıqda,  reaksiyanı  başa  çatmış 
hesab  etmək  olar.  Birinci  kolbanın  soyumasını  gözləyin.  Ayrılan  qazın  sıxılması 
nəticəsində  3-cü  kolbada  yığılmış  suyun  bir  hissəsi  2-ci  kolbaya  qayıdır.  Bundan 
sonra  3-cü  kolbadakı  suyun  həcmini  menzurka  ilə  ölçün.  Həmin  su  etil  spirtindən 
ayrılan  hidrogenin  həcminə  uyğundur.  Prosesin  gedişini  izah  edin,  hesablama 
nəticəsində  etil  spirtindən  ayrılan  hidrogenin  həcminə  görə  onun  molekul  formulu 
barədə nəticə çıxarın. 
 
 
 
Şəkil 48. Sirkə aldehidinin 
alınması. 
 


161 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 48. Etil spirtindən ayrılan hidrogenin miqdarca təyini. 
 
Təcrübə  3.  Qliserinin  natriumla  reaksiyası.  Sınaq  şüşəsinə  2-3  ml  qliserin 
töküb, içərisinə kiçik natrium parçası salın və ağzını sivri ucu olan şüşə borulu tıxacla 
bağlayın  və  şaquli  vəziyyətdə  ştaivin  pəncəsinə  bərkidin.  Reaksiyanın  başlaması  
üçün əvvəlcə sınaq şüşəsini zəif qızdırın və çıxan hidrogeni yandırın. Şiddətli reaksiya 
nəticəsində  qliserinin  qaralmasını, bəzən də  yanmasını  müşahidə  edin. 
Təcrübə  3.  Mis  (II)  qliseratın  alınması.  Sınaq  şüşəsinə  2-3  damcı 
durulaşdırılmış  mis(II)  sulfat  məhlulu,  bir  o  qədər  də  natrium-hidroksid  məhlulu 
töküb,  alınan  çöküntünün  rənginə  diqqət  etdikdən  sonra,  sonuncu  həll  olanadək 
damcı-damcı  qliserin  əlavə  edin.  Nə  müşahidə  edilir?  Bu  reaksiya  nə  üşün 
xarakterikdir? Cavabınızı əsaslandırın. Təcrübənin dəqiq nəticə verməsi üçün qələvini 
artıq  miqdarda  götürmək  məqsədəuyğundur. 
Təcrübə 4. Qliserinin yanması. Əvvəlcədən susuz mis (II) sulfat kristalları ilə 
qurudulmuş  bir  qədər  qliserini  çini  kasaya  tökərək,  ştativin  halqası  üzərində 
yerləşdirdikdən  sonra  çöplə  yandırın.  Qliserinin  yanması  alovunun  rənginə  diqqət 
edin və nəticə çıxarın.  


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə