161
Şəkil 48. Etil spirtindən ayrılan hidrogenin miqdarca təyini.
Təcrübə 3. Qliserinin natriumla reaksiyası. Sınaq şüşəsinə 2-3 ml qliserin
töküb, içərisinə kiçik natrium parçası salın və ağzını sivri ucu olan şüşə borulu tıxacla
bağlayın və şaquli vəziyyətdə ştaivin pəncəsinə bərkidin. Reaksiyanın başlaması
üçün əvvəlcə sınaq şüşəsini zəif qızdırın və çıxan hidrogeni yandırın.
Şiddətli reaksiya
nəticəsində qliserinin qaralmasını, bəzən də yanmasını müşahidə edin.
Təcrübə 3. Mis (II) qliseratın alınması. Sınaq şüşəsinə 2-3 damcı
durulaşdırılmış mis(II) sulfat məhlulu, bir o qədər də natrium-hidroksid məhlulu
töküb, alınan çöküntünün rənginə diqqət etdikdən sonra, sonuncu həll olanadək
damcı-damcı qliserin əlavə edin. Nə müşahidə edilir? Bu reaksiya nə üşün
xarakterikdir? Cavabınızı əsaslandırın. Təcrübənin dəqiq nəticə verməsi üçün qələvini
artıq miqdarda götürmək məqsədəuyğundur.
Təcrübə 4. Qliserinin yanması. Əvvəlcədən susuz mis (II) sulfat kristalları ilə
qurudulmuş bir qədər qliserini çini kasaya tökərək, ştativin halqası üzərində
yerləşdirdikdən sonra çöplə yandırın. Qliserinin yanması alovunun rənginə diqqət
edin və nəticə çıxarın.