Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə43/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   39   40   41   42   43   44   45   46   ...   111

147 
 
qədər  mis  yonqarı  əlavə  etdikdən  sonra  onu  zəif  qızdırın.  Nə  müşahidə  olunur? 
Reaksiyanın tənliyini yazın. 
 
 
3-cü iş. Fosfor və onun birləşmələri. 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  metal  ştativ,  sınaq  şüşələrini  yığmaq 
üçün ştativ, spirt lampası, kibrit, şüşə qıf, asbestli tor, çini kasa, şüşə çubuq, qırmızı 
fosfor, göy lakmus kağızı, qatı nitrat turşusu, gümüş-nitrat, kalsium-xlorid, dəmir(III) 
xlorid, alüminium-sulfat, natrium-dihidroortofosfat, natrium-hidroortofosfat, natrium 
-ortofosfat məhlulları. 
Təcrübə 1. Qırmızı fosforun ağ fosfora çevrilməsi. Quru sınaq şüşəsini şaquli 
vəziyyətdə  ştativin  pəncəsinə  bərkidib,  şüşə  çubuğun  ucunda  buğda  boyda  quru 
qırmızı fosforu onun dibinə qədər olmaqla içərisinə daxil edin. Sınaq şüşəsinin dibini 
güclü  qızdırın.  Əvvəlcə  ağ  duman  kimi  fosfor(V)oksidin  çıxmasına  diqqət  edin. 
Qızdırılma  davam  etdikdə  sınaq  şüşəsinin  soyuq  divarında  və  şüşə  şubuqda  sarımtıl 
rəngli ağ fosfor damcılarının yığılmasına müşahidə edin. 
Qızdırılmanı dayandırın və sınaq şüşəsi soyuduqdan sonra, içərisində olan şüşə 
çubuğu çıxarın. Nə müşahidə olunur?  
Təcrübə  2.  Ağ  fosforun  öz-özünə  alışıb  yanması.  Yuxarıdakı  təcrübədəki 
sınaq şüşəsindəki ağ fosfor soyuduqdan sonra, onun üzərinə 4-5 ml karbon(IV) sulfid 
əlavə edin. Sınaq şüşəsinin ağzını tıxacla  bağlayıb möhkəm çalxalayın  və ağ  fosforu 
karbon(IV)  sulfiddə  həll  edin.  Süzgəc  kağızı  zolağını  metal  maşa  ilə  tutaraq,  sınaq 
şüşəsindəki  məhlul  ilə  isladın  və sorucu şkafda yellədin. Nə  müşahidə edilir? Nəticə 
çıxarın və reaksiya tənliyini yazın. 
Təcrübə  3.  Fosfat  anhidridinin  alınması  və  suda  həll  olması  (təcrübə 
sorucu şkafda aparılmalıdır). Ştativin halqasında olan asbestli tor üzərinə qoyulmuş 
kiçik  çini  kasaya  təqribən  0,5  q  qırmızı  fosfor  yerləşdirin.  Çini  kasanın  üzərində 


148 
 
qurudulmuş şüşə qıfı ağzı aşağı olmaqla ştativin pəncəsində 
elə bərkidin ki, qıf qapaqdan 0,5 sm yuxarıda durmuş  olsun  
(şəkil 42). 
Qızdırılmış  şüşə  çubuğu  fosfora  toxundurun.  Nə 
müşahidə  olunur?  Bir  neçə  dəqiqədən  sonra  fosfat 
anhidridinin  yaşarması  onun  hansı  xassəyə  malik  olduğunu 
göstərir? Reaksiyanın tənliyini yazın. 
Sınaq  şüşəsinə  bir  qədər  distillə  edilmiş  su  tökün  və 
içərisinə  təcrübədə  alınmış  fosfat  anhidridindən  salın.  Nə 
müşahidə  olunur?  Alınmış  məhlulu  göy  lakmus  kağızı  ilə 
yoxlayın və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın. 
Təcrübə 4. Ortofosfat turşusunun alınması. Sorucu 
şkafda  sınaq  şüşəsinə  buğda  boyda  qırmızı  fosfor  qoyub, 
üzərinə  4-5  damcı  qatı  nitrat  turşusu  əlavə  edin  və  maili 
vəziyyətdə  ştatvin  pəncəsinə  bərkidərək  spirt  lampası  alovunda  zəif  qızdırın.  Sınaq 
şüşəsində  qaz  ayrılmağa  başladıqda  qızdırmanı  dayandırmalı.  Sınaq  şüşəsi 
soyuduqdan sonra məhlul üzərinə bir neçə damcı gümüş-nitrat məhlulu əlavə edin. Nə 
müşahidə edilir? Reaksiyaların  tənliklərini  yazın. 
Təcrübə  4.  Ortofosfatların  alınması.  Ayrı-ayrı  sınaq  şüşələrində  kalsium-
xlorid,  dəmir(III)xlorid  və  alüminium-sulfat  məhlullarından  3-4  ml  tökün.  Birinci 
sınaq şüşəsinə 1-2 ml natrium-hidroortofosfat, ikincisi sınaq şüşəsinə 1-2 ml natrium-
dihidroortofosfat,  üçüncü  sınaq  şüşəsinə  isə  1-2  ml  natrium-ortofosfat  məhlullarını 
əlavə  edin.  Nə  müşahidə  edilir?  Sınaq  şüşələrində  alınan  duzlardan  hansı  suda  həll 
olur? Reaksiyaların tənliklərini yazın. 
Təcrübə  5.  PO
4
3-
  ionunun  təyini.  Sınaq  şüşələrinə  fosfat  turşusu  və  natrium-
ortofosfat məhlullarından 1-2 ml  töküb üzərinə bir neçə damcı gümüş-nitrat məhlulu 
əlavə edin. Nə müşahdə olunur? 
Şəkil 42. Fosfat 
anhidridinin 
alınması.
 


149 
 
3.9.  Karbon, silisium və onların birləşmələrinin öyrədilməsi zamanı kimya 
eksperimenti. 
 
1-ci iş. Karbon və onun birləşmələri. 
 
Ləvazimat  və  reaktivlər:  metal  ştativ,  kolba,  büret,  rezin  boru,  tıxac,  sınaq 
şüşələri, şüşə qıf, silindirlər, stəkanlar, şüşə bankalar, kristallizator, çini həvəng, şüşə 
boru, Kipp aparatı, dəmir maşa, şüşə çubuq, yumrudib kolba, aktivləşdirilmiş kömür, 
mis(II)oksid tozu, mürəkkəb, fuksin məhlulları, xlorla dolu banka, 0,01N qurğuşun(II) 
asetat, 0,01N kalium-yodid, qurğuşun(II) nitrat, qarışqa turşusu, , qatı sulfat turşusu 
məhlulları, 
oksalat  turşusu,  əsasi  mis(II)  karbonat,  mərmər  kristalları, 
durulaşdırılmış  xlorid  turşusu  məhlulu,  şam,  göy  lakmus  kağızı,  maqnezium  lenti, 
duru  natrium-hidroksid  məhlulu,  əhəng  və  barit  suyu,  natrium-karbonat,  barium, 
kalsium  və  stronsiumun  həll  olan  duzlarının  məhlulları,  sirkə  turşusu,  kalium-
karbonat, alüminium-sulfat,  kalium-sulfat,  fenolftalein, mis(II) sulfat  məhlulları. 
Təcrübə 1. Aktivləşdirilmiş kömürün adsorbsiya qabiliyyəti. 
a)
 
Rəngli  maddələrin  məhluldan  adsorbsiyası.  İçərisində  distillə  suyu  olan 
kolbaya  bir  neçə  damcı  bənövşəyi  mürəkkəb  və  ya 
fuksin  (C
20
H
20
N
3
Cl-rozanilin)  məhllulu  əlavə  edib, 
içərisinə 2-3 çay qaşığı aktivləşdirilmiş kömür tökün 
və  qarışdırın.  Bir  neçə  dəqiqədən  sonra  məhlulun 
rəngini müşahidə edin və nəticə çıxarın. 
b)
 
Qazların  adsorbsiyası. İçərisində  xlor qazı 
olan  bankaya  1-2  çay  qaşığı  aktivləşdirilmiş  kömür 
töküb,  ağzını  dərhal,  rəngli  suya  salınmış  büretlə 
rezin  boru  ilə  birləşdirilmiş  tıxacla  bağlayın  (şəkil  43). 
Bankanı  silkələyin,  rəngli  suyun  büretlə  yuxarı 
qalxmasını müşahidə edin və səbəbini aydınlaşdırın. 
Şəkil 43.Qazların kömür 
vasitəsilə adsorbsiyası 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə