Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə45/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   41   42   43   44   45   46   47   48   ...   111

153 
 
f)
 
Karbon  qazının  oksidləşdirici  xassəsi.  Maqnezium  lentini  dəmir  maşa  ilə 
tutub, alovda yandırın və dərhal karbon qazı ilə dolu bankaya daxil edin. Nə müşahidə 
edilir? Bankaya bir qədər duru xlorid turşusu töküb, çalxalayın. Yanma məhsullarının 
hansı turşuda həll olur? Reaksiyaların  tənliklərini  yazın. 
g)
 
Karbon  qazının  qələvilərlə  qarşılıqlı  təsiri.  Stəkanın  yarısına  qədər  duru 
natrium-hidroksid  məhlulu  tökün.  Karbon  qazı  ilə  dolu  sınaq  şüşəsinin  ağzını  təmiz 
barmaqla örtərək ağzı aşağı olmaqla qələvi məhlulunun içərisinə salın və barmağınızı 
çəkin.  Sınaq  şüşəsini  öz  oxu  ətrafında  fırladın  və  onun  qələvi  məhlulu  ilə  dolmasını 
müşahidə edin. Hadisənin  səbəbini  izah  edin və reaksiyanın tənliyini yazın. 
h)
 
Karbon  qazının  təyini.  İki sınaq şüşəsi  götürüb. Birinə 3-4  ml əhəng suyu 
Ca(OH)
2
  digərinə  isə  barit  suyu  Ba(OH)
2
  məhlulları  tökün.  Hər  iki  sınaq  şüşəsinə 
karbon qazı buraxın. Nə müşahidə edilir? 
Karbon qazının buraxılmasını davam etdirin, məhlullarda baş verən dəyişikliyi 
müşahidə  edin və nəticə  çıxarın. Reaksiyaların  tənliklərini  yazın. 
 
Karbonat turşusu və onun duzları. 
Təcrübə 1. Kipp aparatında karbon qazını alın və suya buraxın. Karbon qazının 
suda həll olmasından alınan  karbonat  tuşusunu  göy  lakmus  kağızı  ilə  yoxlayın. 
Təcrübə  2.  Az  həll  olan  karbonatların  alınması.  Sınaq şüşələrində ayrılıqda 
götürülmüş  kalsium,  stronsium  və  bariumun  suda  həll  olan  duzlarının  üzərinə  bir 
qədər natrium-karbonat məhlulu əlavə edin. Nə müşahidə olunur? Alınmış çöküntlərin 
sirkə  turşusunda  həll  olub-olmamasını  yoxlayın.  Müvafiq  reaksiyaların  tənliklərini 
yazın. 
Təcrübə  3.  Karbonatların  termiki  parçalanması.  Dəmir  maşa  ilə  kiçik 
mərmər  parçası  götürüb  4-5  dəqiqə  qaz  lampası  alovunda  közərtdikdən  sonra  çini 
kasaya  qoyub,  üzərinə  2-3  ml  su  və  1-2  damcı  fenolftalein  məhlilu  əlavə  edin.  Nə 
müşahidə edilir? Səbəbini  izah edin və reaksiya tənliklərini  yazın.  Hansı karbonatlar 
qızdırıldıqda  parçalanmır? 


154 
 
Təcrübə 4. 
a)
 
Karbonatların  hidrolizi.  Üç  sınaq  şüşəsi  götürüb,  birinə  3-4  ml  natrium-
hidrokarbonat,  ikincisinə  natrium-karbonat,  üçüncüsünə  isə  kalium-karbonat 
məhlullarından  2-3  ml    tökün  və  məhlulları  göy  lakmus  kağızı  ilə  yoxlayın.  Nə 
müşahidə olunur?  Səbəbini  izah  edin  və  reaksiyaların  tənliklərini  yazın. 
b)
 
 İki  sınaq  şüşəsinin  birinə  2-3  ml  mis  (II)  sulfat  məhlulu,  digərinə  isə  bir  o 
qədər  alüminium-sulfat  məhlulları  tökün.  Hər  iki  sınaq  şüşəsinə  bir  qədər  natrium-
karbonat məhlulu əlavə edin və ağızlarına əhəng suyu ilə isladılmış şüşə çubuq tutun. 
Nə müşahidə olunur?  Reaksiyaların  tənlikləri  aşağıdakı  kimidir: 
 
2CuSO
4
 + 2Na
2
CO
3
 + H
2
O → Cu
2
(OH)
2
CO
3
 + CO
2
↑+2Na
2
SO
4
 
Al
2
(SO
4
)
3
 + 3Na
2
CO
3
 + 3H
2
O → 2Al(OH)
3
 + 3CO
2
 ↑+ 3Na
2
SO
4
 
 
Təcrübə  5.  Hidrokarbonatların  termiki  parçalanması.  Sınaq  şüşəsinə  bir 
qədər  natrium-hidrokarbonat  töküb,  ağzına  qazaparan  borusu  olan  tıxac  taxın.  Sınaq 
şüşəsini  ştativin  pəncəsinə  bərkidin.  Qazaparan  borunun  ucunu  isə  içərisində  əhəng 
suyu  olan  stəkana  salın.  Sınaq  şüşəsini  maddə  olan  yerdən  qızdırın.  Nə  müşahidə 
edilir?  Qızdırılmanı  davam  etdirdikdən  bir  qədər  sonra  karbon  qazının  çıxması 
dayanacaq. Səbəbini izah edin və nəticə çıxarın. Reaksiyanın tənliyini yazın. 
 
2-ci iş. Silisium və onun birləşmələri 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  metal  ştativ,  sınaq  şüşələrini  yığmaq 
üçün  ştativ,  şini  kasa,  çini  həvəng,  metal  maşa,  çini  puta,  asbest  kartonu,  Kipp 
aparatı,  şüşə  qıf,  süzgəc  kağızı,  kvars  qumu,  maqnezium  tozu,  duru  və  qatı  xlorid 
turşusu  məhlulları,  10%-li  natrium-silikat  məhlulu,  natrium-hidroksid  kristalları, 
kalsium-xlorid,  mis(II)  sulfat,  qurğuşun(II)  nitrat,  fenolftalein,  ammonium-xlorid 
məhlulları. 


155 
 
Təcrübə 1. Amorf silisiumun alınması. Narın əzilmiş 1 q  kvars qumunu 1,5 q 
maqnezium  tozu  ilə  çini  həvəngdə  yaxşıca  qarışdırıb  kiçik  çini  putaya  tökün  və 
ortasına  maqnezium  lenti  taxın.  Putanı  asbest  kartonu  üzərinə  qoyub  maqnezium 
lentini yandırın. Nə müşahidə edilir? Putanı metal maşa ilə tutub ağzı aşağı çevirməli 
və  silisiumu  çini  kasaya  boşaltmalı.  Bu  reaksiyada  maqnesium  oksiddən  başqa  bir 
qədər də maqnezium silisid Mg
2
Si əmələ gəldiyini  nəzərə alaraq reaksiya tənliklərini 
yazın. 
Silisiumu  maqnezium-silisiddən  ayırmaq  üçün,  reaksiya  məhsulları  olan  çini 
kasaya  ehtiyatla  duru  xlorid  turşusu  tökün.  Maqnezium-silisidin  xlorid  turşusu  ilə 
qarşılıqlı  təsirindən  alınan  monosilanın  SiH
4
  havaya  çıxan  kimi  dərhal  alışıb 
yanmasına diqqət edin. Reaksiyaların  tənliklərini  yazın. 
Təcrübə 2. Silikat turşusunun alınması. 
a)
 
İki  sınaq  şüşəsi  götürüb,  birinə  2-3  ml  10%-li  natrium-silikat  məhlulu, 
ikincisinə isə 2-3  ml qatı xlorid turşusu məhlulu tökün. Birinci sınaq şüşəsinə 2-3 ml  
2  N  xlorid  turşusu  məhlulu,  ikincisinə  isə  1-2  ml  qatı  natrium  silikat  məhlulu  əlavə 
edin.  Sınaq  şüşələrinin  ağzını  bağlayıb  məhlulları  qarışdırın.  Nə  müşahidə  edilir? 
Alınan çöküntülərin fərqi nədir? Reaksiya  tənliyini  yazın. 
b)
 
Sınaq  şüşəsinə  2-3  ml  10%-li  natrium-silikat  məhlulu  töküb,  içərisinə  Kipp 
aparatından  güclü  axınla  karbon  qazı  buraxın.  Nə  müşahidə  edilir?  Reaksiyanın 
tənliyini  yazın. 
Təcrübə  3.  Həll  olan  silikatların  alınması.  Sınaq  şüşəsində  bir  qədər  narın 
əzilmiş  kvars  qumu  üzərinə  bir  iki  natrium–hidroksid  kristalları  əlavə  edin.  Sınaq 
şüşəsini maili vəziyyətdə ştativin pəncəsinə bərkidin və qaz lampası alovunda qarışığı 
əridin.  Sınaq  şüşəsi  soyuduqdan  sonra  onun  içərisindəki  kütləni  az  miqdar  suda  həll 
edin  və  məhlulda  qalan  kvarsı  süzməklə  ayırın.  Məhlulda  natrium-silikatın  olmasını 
necə yoxlamaq olar? Reaksiyaların  tənliklərini  yazın. 
Təcrübə  4.  Az  həll  olan  silikatlatların  alınması.  Üç  sınaq  şüşəsi  götürüb 
birincisinə kalsium-xlorid, ikincisinə mis(II) sulfat, üçüncüsünə isə qurğuşun(II) nitrat 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə