Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə42/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   38   39   40   41   42   43   44   45   ...   111

144 
 
 
b)
 
Maye azot (IV) oksid doldurulmuş sınaq şüşəsinin tıxacını çıxararaq, ağzına 
yod-nişastalı kağız tutun. Nə müşahidə olunur? Nəticə çıxarın və reaksiyanın tənliyini 
yazın. 
c)
 
Azot  (IV)  oksidlə  dolu  ikinci  sınaq  şüşəsinin  tıxacını  çıxararaq  ağzı  aşağı 
olmaqla  içərisində  su  olan  stəkana  daxil  edin.  Nə  müşahidə  edilir?  Sınaq  şüşəsini 
sudan  çıxarın  onda  yığılmış  suyu  göy  lakmus  kağızı  ilə  yoxlayın.  Nə  müşahidə 
olunur? Nəticə çıxarın və müvafiq reaksiya tənliklərini yazın. 
Təcrübə  3.  Nitrat  turşusunun  alınması  və  xassələri  (təcrübələr  sorucu 
şkafda aparılmalıdır!) 
a)
 
Nitrat  turşusunun  retortda  alınması.  Şlifli  şüşə  tıxacla  bağlanan  tubusu 
olan  retortu  ştativə  bərkidin  və  borusunu  içərisində  buzlu  su  olan  kasaya 
yerləşdirilmiş yumrudib kolbaya daxil edin (şəkil 41, a). Retorta onun tubusundan 10 
q narın əzilmiş natrium-nitrat və 10 ml qatı sulfat turşusu  məhlulu (duzun üzəri turşu 
ilə  tamamilə  örtülməlidir)  tökün.  Tubusun  tıxacına  asbest  sarıyıb  yerinə  taxmalı  və 
retortu qaz lampası alovunda ehtiyatla qızdırmalı. Nə müşahidə edilir? Retortda alınan 
qırmızı  qonur  qaz  nədir?  Yumrudib  kolbada  4-6  ml  nitrat  turşusu  yığıldıqda 
qızdırılmanı  dayandırmalı  və  turşunu  rəngli  şüşəyə  (nə  üçün  rəngli  şüşə  təklif 
olunur?) tökərək, sonrakı təcrübələr üçün saxlamalı. Reaksiyanın tənliyini yazın. 
b)
 
Nitrat  turşusunun  sınaq  şüşəsində  alınması.  Retort  olmadıqda  nitrat 
turşusunu  sınaq  şüşəsində  də  almaq  olar  (şəkil  41,  b).  Sınaq  şüşəsinə  bir  qədər 
natrium-nitrat töküb üzərinə duzun səthi  örtülənə qədər qatı sulfat turşusu əlavə edin. 
Sınaq  şüşəsinin  ağzını  qazaparan  borusu  olan  tıxacla  bağlayıb,  ştativin  pəncəsinə 
bərkidin.  Qazaparan  borunun  ucunu  buzlu  suya  salınmış  sınaq  şüşəsinə  daxil  edin. 
İçərisində  maddələr  qarışığı  olan  sınaq  şüşəsini  zəif  qızdırın  və  alınan  nitrat turşusu 
buxarının  mayeləşərək ikinci sınaq şüşəsində yığılmasına diqqət edin. Bu təcrübənin 
çatışmazlığı odur ki, reaksiya zamanı alnan nitrat turşusu buxarları rezin tıxacı tez bir 


145 
 
zamanda  yeyib  dağıdır  və  alınan  məhsul  çirklənmiş  olur.  Bunun  qarşısını  qismən 
almaq üçün rezin tıxac nazik asbest kartonuna bükülür. 
 
 
 
 
 
 
 
 
 
 
 
Şəkil 41. Nitrat turşusunun alınması: a-nitrat turşusunun retortda alınması;  
b-nitrat turşusunun sınaq şüşəsində alınması 
 
c)
 
Yuxarıdakı təcrübədə alınmış nitrat turşusundan 2-3 ml sınaq şüşəsinə töküb, 
sorucu şkafda şaquli vəziyyətdə ştativin pəncəsinə bərkidin və zəif qızdırın. Közərmiş 
çöpü  sınaq  şüşəsinə  daxil  edin.  Nə  müşahidə  edilir?  Nəticə  çıxarın  və  reaksiyanın 
tənliyini yazın. 
d)
 
Müxtəlif qatılıqda olan nitrat turşusunun metallara təsiri. Ayrı-ayrı sınaq 
şüşələrində  bir  qədər  mis  yonqarı,  bir-iki  parça  sink  və  qalay  vərəqi  götürün  və 
üzərilərinə 5-6 ml qatı nitrat turşusu məhlulu əlavə edin (sorucu şkafda!) Nə müşahidə 
olunur?  Bu təcrübələri duru  nitrat turşusu  ilə də təkrar edin  və  müvafiq reaksiyaların 
tənliklərini yazın. 
e)
 
Qatı  nitrat  turşusunun  kükürdlə  təsiri.  Çini  kasada  bir  qədər  qatı  nitrat 
turşusu məhlulu götürüb, asbestli tor üzərində zəif qızdırın. Kasaya bir qədər kükürd 
salın  və  qızdırmanı  davam  etdirin  Nə  müşahidə  olunur?  Kasanı  soyudaraq,  mayeni 


146 
 
sınaq  şüşəsinə  tökün  və  içərisinə  bir  qədər  barium-xlorid  məhlulu  əlavə  edin.  Nə 
müşahidə olunur. Baş verən reaksiyaların tənliklərini yazın. 
Təcrübə 4. Nitratların termiki parçalanması. Üç sınaq şüşəsi götürüb, birinə 
bir  qədər  kalium-nitrat,  ikincisinə  qurğuşun  (II)  nitrat,  üçüncüsünə  isə  gümüş-nitrat 
tökün. Sınaq şüşələrini ardıcıl olaraq şaquli vəziyyətdə ştativə bərkidərək, qaz lampası 
alovunda  duzlar  əriyənə  qədər  ehtiyatla  qızdırın  və  qaz  qabarcıqları  çıxmağa 
başladıqda  onların  içərilərinə  közərmiş  çöp  daxil  edin.  Nə  müşahidə  olunur? 
Nitratların  onları  əmələ  gətirən  metalların  fəallıqlarından  asılı  olaraq,  müxtəlif 
məhsullar  əmələ  gətirməklə  parçalanmalarını  yada  salın  və  reaksiyaların  tənliklərini 
yazın. 
Təcrübə  5.  Yüngül  metal  nitratlarının  oksidləşdirici  xassələri.  Sınaq 
şüşəsinin 1/3 hissəsini quru kalium- nitratla doldurun. Onu ştativin pəncəsində şaquli 
vəziyyətdə  bərkidin.  Duzu  qızdırın.  Duz  əridikdən  sonra  sınaq  şüşəsinə  bir  parça 
közərmiş kömür atın. O, ərimiş nitratın səthi ilə “qaçaraq”, gur alovla yanır. Bundan 
sonra  sınaq  şüşəsinə  atılan  kükürd  kristalları  gözqamaşdırıcı  alovla  yanacaq.  Kömür 
və kükürdün  miqdarı çox olduqda sınaq şüşəsi əriyib düşə bilər. Ona  görə də ehtiyat 
üçün  onun  altına  qumla  dolu  kasa  qoymaq  lazımdır.  Reaksiyaların  tənliklərini 
aşağıdakı  kimi  yazmaq  olar: 
 
4KNO
3
 + 5C → 2K
2
CO
3
 + 2N
2
 +3CO
2
 
4KNO
3
 + 5S → 2K
2
SO
3
 + 2N
2
 + 3SO
2
 
 
Təcrübə 6. Nitrat turşusu və onun duzları  üçün  keyfiyyət  reaksiyaları.  
a)  Sınaq  şüşəsinə  5-6  ml  qatı  nitrat  turşusu  töküb  içərisinə  bir  qədər  mis 
yonqarı  atın. Nə müşahidə olunur? Reaksiyann tənliyini yazın. 
b) Sınaq şüşəsinə bir qədər narın əzilmiş natrium-nitrat töküb ştativin pəncəsinə 
bərkidin.  Sınaq  şüşəsindəki  duzun  üzərinə  2-3  ml  qatı  sulfat  turşusu  töküb  və  bir 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə