Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə50/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   46   47   48   49   50   51   52   53   ...   111

168 
 
ehtiyatla  işlənmiş  reaktivlər  olan  bankaya  tökün.  Sonra  nitrobenzolu  distillə  edilmiş 
su ilə yuyun və az miqdar su  ilə  digər  sınaq  şüşəsinə  keçirin.  
Nitrobenzoldan  reduksiya  yolu  ilə  anilinin  alınması  turş  mühitdə  aparılır.  Bu 
prosesdə  anilinin  turş  duzu  əmələ  gəlir  ki,  onu  da  qələvi  əlavə  etmək  və  distilləyə 
uğratmaqla  anilinə  çevirmək  lazımdır.  Belə  olduqda  proses  çox  vaxt  aparır. 
Təcrübəni sadləşdirmək üçün nitrobenzol olan sınaq şüşəsinə bir qədər 10 %-li 
qələvi  məhlulu  töküb,  içərisinə  iri  alüminium  qırıntıları  salın.  Başlanğıcda  sınaq 
şüşəsini  zəif  qızdırın.  Təcrübə  zamanı  sınaq  şüşəsini  yüngülcə  çalxalamaq  lazımdır. 
Prosein gedişini izah edin və alınan anilinli məhluldan bir qədər digər sınaq şüşəsinə 
tökərək,  üzərinə  xlorlu  əhəng  əlavə  etməklə  yoxlayın.  Xarakterik  bənövşəyi  rəngin 
əmələ gəlməsi məhlulda anilinin olmasını göstərir. Rəngi yaxşı müşahidə etmək üçün 
sınaq  şüşəsinin  arxasına  ağ  kağız  tutun. 
Təcrübə 4. Anilinin xassələri.  
a)
 
Stəkanda 100 ml suya 1 ml anilin töküb yaxşıca qarışdırın. Anilin məhlulunu 
iki  hssəyə  ayırıb  sınaq  şüşələrinə  tökün,  birinə  neytral  lakmus  məhllulu,  diğərinə  isə 
fenolftalein  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Anilin  indikatorların  rəngini 
dəyişirmi? Hadisəni  izah  edin  və  nəticə  çıxarın. 
b)
 
Sınaq  şüşəsinə  5  ml  anilin töküb,  üzərinə  bir  o  qədər  də  qatı  xlorid  turşusu 
əlavə  edin.  Sınaq  şüşəsini  soyuq  suda  soyudun.  Nə  müşahidə  edilir?  Hansı  maddə 
əmələ gəlir? Bu reaksiya  anilinin  hansı  xassəyə  malik  olduğunu  sübut  edir? 
Alınan maddədən bir qədər şüşə çubuqla başqa sınaq şüşəsinə keçirn və üzərinə 
qələvi  məhlulu  əlavə  edin.  Nə  baş  verər?  Maddə  qalan  sınaq  şüşəsinə  bir  qədər  su 
əlavə edin və qarışdırın. Nə müşahidə edilir? Nəticə çıxarın və müvafiq reaksiyaların 
tənliklərini yazın. 
Təcrübə  5.  Zülal  məhlulunun  hazırlanması.  İri  toyuq  yumurtasının  ağını 
sarısından  ayırıb  kolbaya  tökün  və  üzərinə  100  ml  distillə  edilmiş  su  əlavə  edərək 
qarışdırın. Hazırlanmış  zülal  məhlulunu  sonrakı  təcrübələr  üşün  saxlamalı.  
Təcrübə 6. Zülalların xassələri. 


169 
 
a)
 
Zülalların  denaturasiyası.  Yuxarıdakı  təcrübədə  hazırlanmış  zülal 
məhlulundan hər birinə 2 ml olmaqla, beş sınaq şüşəsinə töküb, onları  nömrələyin və 
ştativə  yerləşdirin. 
Birinci sınaq şüşəsini taxta maşa ilə tutaraq spirt lampası alovunda qızdırın. Nə 
müşahidə edilir? 
İkinci  sınaq  şüşəsinə  2  ml  etil  spirti  əlavə  edin  və  qarışdırın.  Nə  müşahidə 
olunur? 
Üçüncü  sınaq  şüşəsinə  2  ml  natrium-hidroksid  məhlulu  əlavə  edin.  Nə 
müşahidə olunur? 
Dördüncü  sınaq  şüşəsinə  5  damcı  gümüş-nitrat  məhlulu  əlavə  edin  və 
çalxalayın. Nə  müşahidə  edilir? 
Beşinci  sınaq  şüşəsinə  ehtiyatla  5-6  damcı  qatı  nitrat  turşusu  əlavə  edin  və 
çalxalayın. Nə  müşahidə  edilir? 
 Müşahidələri 
 
dəftərinizə 
yazın  və  müxtəlif  amillərin  zülalların 
denaturasiyasına  necə  təsir  etməsi  barədə  nəticə  çıxarın. 
b)
 
Dönən denaturasiyanın  öyrənilməsi. Universal indikator kağızı vasitəsi ilə 
zülal  məhlulunun  pH-nı  təyin  etdikdən  somra  həmin  məhluldan  1  ml  kiçik  stəkana 
tökün və üzərinə 1 ml durulaşdırılmış xlorid turşusu əlavə edin. Nə müşahidə edilir? 
Alınmış məhlulun pH-nı təyin edin. 
İynəsiz şprisə 2  ml natrium-hidroksid məhlulu çəkin  və onu damcı-damcı,  hər 
dəfə  çalxalamaqla  stəkandakı  məhlula  əlavə  edin.  Məhlulun  rəngi  açıldıqça  natrium-
hiroksidin əlavə edilməsini tədriçən azaldın və məhlul tam şəffaf olduqda dayandırın. 
Yenə də məhlulun pH-nı təyin edin. Denaturasiya prosesinə pH-ın dəyişməsinin təsiri 
barədə  nəticə  çıxarın. 
Təcrübə 7. Zülalların  rəngdəyişmə  reaksiyaları.  
a)
 
Ksantoprotein reaksiyası. Sınaq şüşəsinə 1 ml zülal məhlulu töküb, üzərinə 
5-6  damcı  qatı  nitrat  turşusu  əlavə  edin  və  ehtiyatla  zəif  qızdırın.  Nə  müşahidə 


170 
 
olunur?    Bu    reaksiya    zülalların    tərkibində    hansı    üzvi    maddənin    olduğunu 
göstərir? 
b)
 
Biuret reaksiyası. Sınaq şüşəsinə 1-2 ml zülal məhlulu töküb, üzərinə bir o 
qədər qələvi  məhlulu  və 2-3  ml durulaşdırılmış  mis(II) sulfat  məhlulu əlavə edin. Nə 
müşahidə  olunur?    Bu    reaksiya    zülal    molekulunda    hansı    qrupun  olduğunu  
göstərir? 
c)
 
Sınaq  şüşəsinə  1-2  ml  zülal  məhlulu  töküb,  üzərinə  əvvəlcə  bir  qədər 
qurğuşun(II)asetat  məhlulu,  sonra  isə  1-  2  ml  natrium  hidroksid  məhlulu  əlavə  edib, 
zəif  qızdırın.  Nə  müşahidə  edilir?  Bu  reaksiya  zülalların  tərkibində  hansı  elementin 
olduğunu göstərir? 
 
2-ci iş. Polimerlər. 
 
Ləvazimat  və  reaktivlər:  metal  ştativ,  stəkanlar,  asbestli  tor,  spirt  lampası, 
kibrit,  şüşə  çubuq,  çini  puta,  sınaq şüşələri,  qazaparan  borusu  olan tıxac,  polietilen 
kəsikləri,    kalium-permanqanat,  qatı  sulfat,  nitrat  turşuları,  duru  natrium-hidroksid, 
gümüş-nitrat  məhlulları, lakmus kağızı, aseton. 
Təcrübə 1.Polietilenin xassələri.  
a)
 
Kiçik  polietilen  kəsiyini  stəkana  salın  və  üzərinə  su  tökün. 
b)
 
Polietilen  borunun  kiçik  bir  parçasını  asbest  toru  üzərinə  qoyub,  ehtiyatla 
qızdırın.  Şüşə  çubuğun  köməyi  ilə  məmulatın  formasını  dəyişin.  Məmulatı  soyudun 
və  onun  formasını  yenidən  dəyişməyə  çalışın. 
c)
 
Polietilen qırıntılarını  çini  putada  yandırın. Nə  müşahidə  edilir? 
d)
 
Sınaq  şüşələrinə  polietilen  qırıntılarını  yerləşdirib,  üzərlərinə    ayrı-ayrılıqda 
kalium-permanqanat,  qatı  sulfat,  qatı  nitrat  turşuları,  duru  natrium-hidroksid 
məhlulları əlavə edin və ehtiyatla qızdırın. Aparılan bütün təsrübələrin müşahidələrini 
qeyd edin və müvafiiq  nəticələr  çıxarın. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə