Azərbaycan respublikasi təHSİl naziRLİYİ azərbaycan döVLƏt pedaqoji universiteti



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə46/111
tarix02.10.2017
ölçüsü4,8 Kb.
#2599
1   ...   42   43   44   45   46   47   48   49   ...   111

156 
 
məhlullarından  1-2  ml  tökün.  Hər  bir  sınaq  şüşəsinə  3-4  damcı  natrium-silikat 
məhlulu əlavə edin. Nə müşahidə edilir? Reaksiyaların  tənliklərini  yazın. 
Təcrübə  5.  Silikatların  hidrolizi.  İki  sınaq  şüşəsinin  hər  birinə  1-2  ml 
natrium-silikat  tökün.  Birinci  sınaq  şüşəsinə  bir  damcı  fenolftalein  əlavə  edin.  Nə 
müşahidə  olunur?  İkinci  sınaq  şüşəsinə  3-4  damcı  ammonium-xlorid  məhlulu  və  bir 
damcı  fenolftalein  əlavə  edin.  Hansı  sınaq  şüşəsində  hidroliz  yaxşı  gedir?  Səbəbini 
aydınlaşdırın və reaksiyanın  tənliyini  yazın. 
 
3.10. Karbohidrogenlərin öyrədilməsi zamanı kimya eksperimenti. 
 
           1-ci iş. Doymuş  və  doymamış  karbohidrogenlər 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  çini  həvəng,  ştativ,  yumrudib  kolba, 
spirt  lampası,  kibrit,  qazaparan  borusu  olan  tıxac,  stəkanlar,  natrium-asetat 
kristalları,  natronlu  əhəng,  bromlu  su,  kalium-permanqanat məhlulu,  etil spirti,  qatı 
sulfat turşusu məhlulu, kalsium-karbid. 
Təcrübə  1.  Metanın  alınması  və  xassələri.  3q  natrium-asetatla  6  q  natronlu 
əhəngi  (natrium-hidroksidlə  kalsium-hidroksidin  qarışığı)  çini  həvəngdə  əzərək 
yaxşıca  qarışdırdıqdan  sonra  yumrudib  kolbaya  tökün.  Kolbanın  ağzını  qazaparan 
borusu olan tıxacla bağlayaraq, ştativin pəncəsinə bərkidin və ehtiyatla qızdırın (şəkli 
46).  Havanın  çıxmasını  gözlədikdən  sonra,  qazaparan  borunun  ucuna  yanan  kibrit 
çöpü  yaxınlaşdırın  və  alınan  alovun  rənginə  diqqət  edin.  Qazaparan  borunun  ucunu 
ardıcıl olaraq bromlu suya və 2-3 damcı 2N sulfat turşusu ilə turşulaşdırılmş kalium-
permanqanat  məhluluna  daxil  edin.  Nə  müşahidə  edilir?  Nəticə  çıxarın  və  metanın 
alınması  reaksiyasının  tənliyini  yazın. 
 
 


157 
 
 
 
 
 
 
Şəkil 46. Laboratoriyada metanın alınması. 
 
Təcrübə  2.  Etilenin  alınması  və  xassələri. 
Əvvəlcədən  hazırlanmış  bir  həcm  etil  spirti  və  üç 
həcm  qatı  sulfat  turşusundan  ibarət  qarışıqdan  sınaq 
şüşəsinə,  onun  üçdə  bir  hissəsi  qədər  tökün.  Sınaq 
şüşəsinin  ağzını  qazaparan  borusu  olan  tıxacla 
bağlayaraq  ştativin  pəncəsinə  bərkidin.  Qarışığı  1-2 
dəqiqə ehtiyatla qızdırın və sınaq şüşəsindən havanın 
çıxmasını  gözlədikdən sonra alınan etileni   su üzərində 
silindrə  toplayın  (şəkil 47).  
Etilenlə  dolu  silindrə  yanan  kibrit  çöpü  daxil  edin  və  dərhal  silindirin  içəri 
divarı  ilə  su  tökün.  Etilenin  yanmasından  alınan  alovun  rənginə  diqqət  edin  və 
metanın  yanmasından  alınan  alovla  müqayisə  edin. 
Etilen  alınan  cihazın  qazaparan  borusunun  ucunu  ardıcıl  olaraq  içərisində 
bromlu  su  və  kalium-permanqanat  məhlulu  olan  sınaq  şüşələrinə  daxil  edin 
(məhlulların rəngi açıq olmalıdır ki, rəngsizləşməyə çox vaxt getməsin). Nə müşahidə 
olunur?  Etilenin  xassəsi  barədə  nəticə  çıxarın  və  reaksiyaların  tənliklərini  yazın. 
Təcrübə  3.  Asetilenin  alınması  və  xassələri. Quru odadavamlı sınaq şüşəsinə 
ehtiyatla  1-2  parça  kalsium-karbid  salıb,  ştativin  pəncəsinə  bərkitdikdən  sonra, 
içərisinə 1-2 ml su əlavə edin və ağzını dərhal qazaparan borusu olan tıxacla bağlayın. 
Qazaparan  borunun  uçunu  içərisində  bromlu  su  olan  sınaq  şüşəsinə  daxil  edin  və 
Şəkil 47. Etilenin alınması. 


158 
 
gözləyin.  Nə  müşahidə  edilir?  Asetilenin  xassəsi  barədə  nəticə  çıxarın  və  reaksiya 
tənliyini yazın. 
Asetilen  alınan  cihazın  qazaparan  borusunu  düz  şüşə  boru  ilə  əvəz  edin  və 
alınan qazı onun uçunda yandırın. Alovun rənginə diqqət edin və onun hisli olmasının 
səbəbini  izah  edin.  Asetilenin    alınması    və    yanması  reaksiyasıyaları  tənliklərini 
yazın. 
 
2-ci iş. Benzolun xassələri 
 
Ləvazimat  və  reaktivlər:  sınaq  şüşələri,  kimyəvi  stəkanlar,  şüşə  çubuq, 
içərisində  buz  olan stəkan,  konusşəkilli  kolba,  benzol,  kalium-permanqanat məhlulu, 
bromlu su. 
Təcrübə 1. Benzolun fiziki xassələri.  
a)
 
Benzolun qaynama temperaturunun müəyyən edilməsi. İçərisində 1-2 ml 
benzol  olan  sınaq  şüşəsini  qaynayan  suya  salın.  Nə  müşahidə  edilir?  Benzolun 
qaynama  temperaturu  barədə  nəticə  çıxarın. 
b)
 
 Benzolun  bərkimə  temperaturunun  təyini.  İçərisində  1-2  ml  benzol  olan 
sınaq  şüşəsini  bir  neçə  dəqiqə  buzlu  suda  saxlayın  və  onun  bərkimə  temperaturu 
barədə  nəticə  çıxarın. 
c)
 
Benzolun  sıxlığının  təyini.  Kiçik  stəkanda  su  üzərinə  4-5  ml  benzol  tökün. 
Nə müşahidə edilir? Benzolun  sıxlığı  barədə  nəticə  çıxarın. 
Təcrübə 2. Benzolun kimyəvi xassələri. 
a)
 
Benzolun  yanması.  Şüşə  çubuğun  ucunu  benzola  batırıb  spirt  lampasının 
alovuna tutun. Nə müşahidə edilir? Benzolun alovunu digər karbohidrogenlərin alovu 
ilə  müqayisə  edin  və  nəticə  çıxarın. Reaksiyanın tənliyini yazın. 
b)
 
Benzolun  doymamışlıq  xassəsinin  olmamasının  sübut  edilməsi.  İki sınaq 
şüşəsinə  1-2  ml  benzol  töküb,  birinə  bir  qədər  bromlu  su,  digərinə  isə  kalium-
permanqanat  məhlulu  əlavə  edin.  Nə  müşahidə  edilir?  Benzolda  doymamış 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   111




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə